GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MEHDİYEVİN KÜRƏKƏNİ 4 MİLYON VERGİNİ BÜDCƏDƏN YAYINDIRIB - Bu əmlaklarını sataraq pulları xaricə çıxarmağa çalışır + FOTOLAR

MEHDİYEVİN KÜRƏKƏNİ 4 MİLYON VERGİNİ BÜDCƏDƏN YAYINDIRIB - Bu əmlaklarını sataraq pulları xaricə çıxarmağa çalışır + FOTOLAR

Tarix: 10-09-2021, 10:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 243


Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. “Yeni Müsavat”ın  məlumatna görə, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik “özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.

Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.



Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib. Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb. Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib.

İlham Əliyev Zirə qəsəbəsi ərazisində hektarlarla torpaq sahələrinə də sahibdir və həmin torpaqları da satışa çıxarıb. Qaynağımız deyib ki, İlham Əliyev çaşqın durumdadır və sanki nə etdiyini bilməyən biri təəssüratını bağışlayır.



İlham Əliyevin biznes imperiyası haqda məlumatlara gəldikdə isə bu haqda kifayət qədər məlumatlar var. Bilinir ki, İlham Əliyevin biznesi qayınatası Ramiz Mehdiyevin böyük biznesinə daxildir. Bura tikinti kooperativləri - “Topaz” MTK və “Qala-R.L” MTK, MMC-lər - “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza”, hazırda “German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzi və bu qəbildən olan xeyli obyektlər daxildir.



“Gandezza” ticarət mərkəzi Bakıda, “Torqovı” adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. “Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə “Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haqverdiyev və Adil Güloğlan oğlu Aldostovdur. “Premium Store” MMC-nin birinci direktoru Səftər - Fikrət Əliyevin oğlu olub.



Fikrət Əliyev İlham Əliyevin qardaşıdır. Fikrət Əliyevin iki oğlu var: Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev - “Topaz” MTK-nın, Orxan Əliyev “NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev “Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə “E & S” MMC və “Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda “Dry Tech” şirkətinə, eləcə də “Aqua Safe H2O” MMC-yə eyni şəxs - Mehman Əliyev rəhbərlik edir.

Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur.



Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyində təmsil olunurdu. Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir. 



Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub.



2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib. “Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.

Qeyd edək ki, bu məlumatlar İlham Əliyevin təmsil olunduğu ailənin böyük biznesini tam olaraq əhatə etmir.







GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edildi

    Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və ...

    29-01-2021, 17:25

  • 
  • Keçmiş deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

    Keçmiş deputat İlham Əliyevin xalası oğlu və ...

    24-09-2020, 17:01

  • 
  • Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı

    Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı ...

    23-10-2013, 16:42

  • 
  • Ramiz Mehdiyevin deputat kürəkəni: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!”

    Ramiz Mehdiyevin deputat kürəkəni: “Özbaşıma ...

    13-12-2019, 14:59

  • 
  • Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - "“Fotoları Ramiz Mehdiyevin qızı paylaşıb"

    Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - ...

    25-09-2020, 12:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu