Milli Məclisin deputatı İlham Əliyev prezident İlham Əliyevin yeni hökumətin üzvləri ilə bağlı təyinatına münasibət bildirib.Millət vəkili Publika.Az-a eksklüziv açıqlamasında prezident İlham Əliyevin hər bir sərəncamının ölkə əhalisi üçün böyük əhəmiyyət daşıdığını söyləyib: “Əlbəttə ki, yeni təyinatlara mənim fikrim çox müsbətdir. Təbii ki, Azərbaycanda daim islahatlar aparılır və yeni təyinatlar da gözlənilən idi. Cənab prezident kimi məsləhət görürsə, onu çıxarıb yerinə məsləhət bildiyi şəxsi təyin edir. Biz bütün hallarda cənab prezidentin bu təyinatlarını alqışlayırıq”.
Deputat bəzi mətbu orqanlarda yeni müdafiə naziri Zakir Həsənovun Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin “adamı” olması barədə yazılanlara da münasibət bildirib: “Ramiz müəllim Prezident Administrasiyasının rəhbəridir. Zakir Həsənov da Daxili Qoşunların komandanı olub. Axı bunu Ramiz müəllimə necə bağlamaq olar? Hamı bilir ki, Azərbaycanda kadr məsələləri cənab prezidentin səlahiyyətlərinə aiddir. İndi bunu götürüb kiməsə bağlamaq ki, bu filankəsin adamıdır, bu, düz deyil. Müxalifət bu barədə fikirlər səsləndirməklə yenə cəfəngiyyat danışır. Zakir Həsənov özünü sübuta yetirmiş bir insandır, təcrübəli hərbçi və generaldır. Ona görə də cənab prezident çox düzgün addım ataraq onu müdafiə naziri təyin etdi”.
Deputat həmçinin qeyd edib ki, hakimiyyət daxilində heç bir klan yoxdur: “Azərbaycanda klanların olması barədə fikirlər çox yalnışdır. Bu, müxalifətin cəfəngiyyatıdır. Müxalifət cəfəng fikirlər söyləyir ki, guya Azərbaycanda klan və ya klanlararası kadr yerləşdirilməsi və s. var. Bütün bunlar tamamilə yalandır. Azərbaycanda belə şey yoxdur, ola da bilməz”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?