GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tağı Əhmədovun yeyə bilmədiyi milyonları - onun üçün də tunelin sonu göründü...

Tağı Əhmədovun yeyə bilmədiyi milyonları - onun üçün də tunelin sonu göründü...

Tarix: 15-09-2021, 11:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 520



YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan sabiq metropoliten rəisinin “qəpik-qəpik” yığdığı pulu indi də sələmçilər əlindən alıb; hüquqşünas: “Ən qısa zamanda barəsində həbs qərarı verə bilərlər...”

“3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən ona, yaxud da Çovdarova pul verim?!” - deyən Tağı Əhmədovun varidatı daha 3 milyon manat azalıb. Bu dəfə “Bakı Metropoliteni” QSC-nin keçmiş sədrinin, ötən həftə YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan Tağı Əhmədovun “qəpik-qəpik” yığdığı pulu sələmçilər əlindən alıb.

İş üzrə 3 nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov. Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilirlər. Adları çəkilənlərdən yalnız S.Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Bir nəfər - Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. Pul isə əslində T.Əhmədovun olub...

Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib.

Təqsirləndirilən Abuşov deyir ki, mərmər biznesilə məşğul olublar. Mərməri Qazaxıstandan, İrandan gətiriblər. Elə hallar olub ki, malın gətirilməsində və s. problem yaranıb: “Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda, YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik... Amma daşın sonrakı aqibətindən mənim xəbərim olmadı. Mən arada ofisdə Səadət müəllim və Soltanın söhbətlərini eşidirdim, ondan bilirdim ki, Tağı Əhmədovun faizlərini gecikdirirlər, deyəsən. Amma mənim bu məsələlərə aidiyyətim olmayıb”.

İş üzrə fiqurantlardan Qulu Muxtarov vaxtilə Bakı şəhər Baş Polis İdarəsində işləyib, bir müddət öncə təqaüdə çıxıb. O bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı: “Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bir dəfə faizi ödəməyə gedəndə mən də onlarla getdim. Tağı müəllim hər adamı qəbul eləməzdi, amma mən vaxtilə Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olmuşdum. Tağı Əhmədovun onunla arası yaxşı olduğu üçün məni içəri buraxdı. Bir müddət sonra Səadətin işlərində problemlər yarandı və Tağı müəllimin faizlərini ödəyə bilmədilər. Soltan deyirdi ki, bunlar məni Tağı müəllimin yanında biabır ediblər”.

Qulu Muxtarovun sözlərinə görə, hətta Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün Səadət Xəlilovu yanına çağıraraq döyüb...

Tağı Əhmədovun əlindən gedən 3 milyonun mənbəyi haqda da hər hansı bir məlumata rast gəlinmir. İstintaqçılar Tağı Əhmədovun faizə verdiyi pulları haradan əldə etməsini araşdırmayıblar. Bu haqda Tağı Əhmədovun özü MTN generalı Akif Çovdarovun cinayət işi üzrə məhkəməsində açıqlama vermişdi. Demişdi ki, “40 illik əmək haqqım idi, yığıb saxlamışdım”.

Akif Çovdarov isə Tağı Əhmədovu yalan danışmaqda ittiham etmişdi.

Onun məhkəmədəki ifadəsindən sitat:

“Generalın sözlərinə görə, detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedib. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Bundan başqa, biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb ”kraskalayıb"lar. Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları deyəcəm. “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən hotelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi... Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı hoteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib".

Akif Çovdarov Tağı Əhmədovun bank hesablarındakı pullar haqda da danışmışdı. O bildirmişdi ki, Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu olub: “Digər pulları isə ”Bank of Baku" və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə, Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi. Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik".

Tağı Əhmədov Akif Çovdarovun məhkəmədə sadaladıqlarını bu günə qədər təkzib etməyib. Hazırkı cinayət işinin materiallarında əlindən alınmış vəsaitlə bağlı da hələlik, sabiq sədrin hər hansı bir izahatı, açıqlaması yoxdur.

Bəs hakim partiyanın Yasamal rayon təşkilatının sədrliyindən istefaya göndəriləndən sonra onun üçün tunelin sonu göründümü?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Tağı Əhmədovun barəsində mətbuatda olan məlumatlar kifayət edir ki, istintaq başlansın: “Tağı Əhmədovun metropolitendəki fəaliyyəti haqda söylənilən hər bir fakt araşdırılmalı, hüquqi qiymət verilməlidir. Akif Çovdarov sıradan biri olmayıb ki, faktsız danışsın. Onun özünün məhkum olunması da məsələnin mahiyyətini dəyişmir. Akif Çovdarov araşdırma aparıbsa, bu özbaşına olmayıb ki?! Araşdırma qərar əsasında aparılıb və həmin qərar əsasında toplanan materiallar üzrə cinayət işi başlamayıbsa, həmin materaillar deməli ki, arxivdədir. O materialları arxivdən çıxarıb üstünün tozunu üfürüb Baş Prokurorluğa yollamaq lazımdır. Tağı Əhmədov metropolitendə 40 il deyil, 400 il də işləsəydi, Akif Çovdarovun sadaladığı qədər varidata, banklarda üst-üstə 30-40 milyonu aşan məvacib ala bilməzdi”.

Hüquqşünas deyir ki, bu gün Azərbaycanda büdcə pullarına ictimai nəzarət zəifdir: “Bu gün büdcədən maliyyələşən elə təşkilatlar var ki, adi 30-40 qəpiklik qələmi 3-4 manata rəsmiləşdirirlər. Büdcə təşkilatlarında korrupsiya cinayəti də adi haldır. Nə qədər büdcə vəsaitlərinin xərclənməsi ”örtülü bazar" olacaqsa, Tağı Əhmədovlar “yetişəcək”. Digər tərəfdən, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət deyil. Qanunda məmurlardan, iri ranqlı vəzifə sahiblərindən mal-mülklərinin mənşəyini rəsmi qaydada təqdimetmə tələbi yoxdur. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Məmurlar bundan məharətlə istifadə edirlər. Amma məmur vəzifədən getdisə, deməli, onun barəsində illərlə araşdırılmayan materiallar ildırım sürəti ilə istintaqa, oradan da məhkəməyə göndərilir. General Rövşən Əkbərovun timsalında bu bir daha sübut olundu. 2001-ci ildə Ukraynada törədilən cinayətə görə Rövşən Əkbərov 2021-ci ilin əvvəlində qandallandı. Yəni Tağı Əhmədovu da Rövşən Əkbərov kimi ən qısa zamanda istintaqa cəlb edib, barəsində həbs qərarı verə bilərlər"./yeni müsavat/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”

    Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu” ...

    18-02-2016, 22:48

  • 
  • “Mən də 3 milyonu Çovdarova halal edirəm” - Tağı Əhmədov

    “Mən də 3 milyonu Çovdarova halal edirəm” - Tağı ...

    23-04-2020, 18:08

  • 
  • Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”

    Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı ...

    9-03-2014, 14:23

  • 
  • Gülər Əhmədovanı Tağı Əhmədovun həyat yoldaşı əvəzləyəcək?

    Gülər Əhmədovanı Tağı Əhmədovun həyat yoldaşı ...

    2-07-2013, 16:08

  • 
  • Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?

    Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu ...

    27-04-2016, 17:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu