Fəaliyyəti qadağan olunan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərinə görə, mandatını itirən sabiq deputat Gülər Əhmədovanın seçki dairəsində Milli Məclisə təkrar seçki keçiriləcəyi gözlənilir.
Bu barədə Moderator.az-ı bilgiləndirən özəl mənbənin xəbərinə görə, Gülər Əhmədovanın boş qalmış seçki dairəsindəki mandata Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli sahib olmaq istəyir. Hazırda YAP Yasamal Rayon təşkilatında Qadınlar Şurasının sədri olan Salatın Əhmədlinin namizədliyi ilə bağlı artıq razılığın alındığı bildirilir. Mənbənin məlumatında o da qeyd olunur ki, Salatın Əhmədli hələ 2010-cu ildə deputatlıq iddiasında olsa da o zaman onun namizədliyi siyasi hakimiyyət tərəfindən “məsləhət” görülməyib.
Qeyd edək ki, Salatın Əhmədli YAP fəalı olmaqla yanaşı həm də yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktorudur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?