Gundemxeber.az » GündəmXəbər » Operativ Qərargahın daha bir məntiqsiz qərarı: Vətəndaş ölkədən “COVID pasportu” ilə çıxa bilər, amma qayıda bilməz
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sərnişinləri ölkəyə qəbul edərəkən pandemiya ilə əlaqəli PCR testi tələb edir.
Başqa sözlə desək, “COVID -19 pasportu” olan sərnişinlər Bakıdan uçuş edən zaman onu qəbul edən Türkiyə və ya Avropa ölkəsində heç bir test tələbilə qarşılaşmır. Səfərdən sonra Azərbaycana qayıdan vətəndaşlar isə bu testi verməli olurlar. "COVID pasportu"nu təsdiq edən, tanıyan ölkədə bu kimi şərtlərin qoyulmasının hansı məqsəd daşıması hər kəsi düşündürən sualdır. Həmçinin məlumatlarda bildirilir ki, aviareyslər zamanı hər hansı səbəbdən sərnişinin gedişi ləğv olunduğu halda onun ödədiyi məbləğin geri qaytarılmasında problemlər yaranır. Bu, yalnız sərnişinin testinin pozitiv çıxdığı halda dərhal mümkün olur, digər hallarda isə sərnişinlərə həmin pulun pandemiya müddəti bitəndən sonra ödəniləcəyi deyilir.
Cebhe.info-nun sorğusunu “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski cavablandırıb.
O, ölkəyə hava yolu ilə giriş edən vətəndaşlardan PCR testinin tələb olunması ilə bağlı fikrə “Hökümətin qərarıdır.
Ona görə bunu AZAL-dan deyil, hökumətdən dəqiqləşdirin“ deyib. AZAL rəsmisi bildirib ki, ümumiyyətlə, beynəlxalq səviyyədə 3 növ bilet satışı həyata keçirilir: “Biletlərin satış şərtləri cəriməsiz, cərimə ilə və məbləği ödənilməyən qaydada həyata keçirilir. Bunu təkcə AZAL tətbiq etmir, bütün aviaşirkətlər tətbiq edir”.
Paşa Kəsəmənski əlavə edib ki, əgər sərnişinin reysi ləğv olunubsa, biletlərin ödənişinin pandemiya bitəndən sonra sərnişinə qaytarılması halı yoxdur: “Əgər kimsə belə şeylə qarşılaşıbsa, buna uyğun olaraq araşdırma edə bilərik. Pandemiya vaxtında biletlərin satışında hansısa qayda yoxdur. Qeyd edilən kimi, AZAL 3 halda bilet satışı həyata keçirir”.
Qeyd edək ki, əvvələr, yəni peyvəndləmə başlamazdan öncə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslə Bakıya gələn bütün sərnişinlər PCR testi verir və cavab mənfi çıxdığı təqdirdə uçuşa buraxılırdı. Ancaq bu şəxslərə də iki həftə ərzində evdə özünütəcrid şəraiti məcburu idi.
İndi dünyanın “COVID-19 pasportu” ilə səyahətləri asanlaşdırdığı bir zamanda Azərbaycanın öz verdiyi pasportu sonradan, yəni ölkəyə qayıdan zaman tanımaması vətəndaşa və elə həmin sənədin özünə hörmətsizlik deyilmi? Necə olur ki, məsələn, Türkiyə Azərbaycan vətəndaşını “COVID-19 pasportu" ilə ölkəyə buraxır və ondan əlavə olaraq test tələb etmir, Azərbaycan isə öz vətəndaşından ölkəyə qayıdan zaman yenidən PCR testi tələb edir?
Bu da Operativ Qərargahın həftəsonu ictimai nəqliyyata qoyduğu qərar qədər məntiqsizdir.
GUNDEMXEBER.AZ
29-07-2020, 12:15
14-06-2020, 10:41
25-05-2021, 14:41
18-08-2014, 01:10
22-06-2021, 15:42
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?