Artıq Azərbaycan paytaxtında olan 25 nəfərə yaxın sərnişinin yükləri Türkiyənin Sabiha Gökçən Hava Limanında qalıb
Avqustun 17-də Türkiyənin Sabiha Gökçən Hava Limanından AZAL-ın J2 88 saylı reysi ilə Bakıya qayıdan sərnişinlər gözlənilməz hadisə ilə üzləşiblər. Belə ki, 25-ə yaxın sərnişin öz yüklərini ya tamamı ilə ala bilməyiblər, ya da yüklərin bir hissəsi onlara verilib. Bakı Hava Limanın görəvliləri sərnişinlərə bildiriblər ki, “Yükləriniz Sabiha Gökçən Hava Limanında qalıb”. "gundemxeber.az"ın "musavat.com"-a istinadən verdiyi məlumata görə, Bakı Hava Limanının əməkdaşlarından heç kəs baş vermiş bu hadisənin səbəblərini sərnişinlərə normal şəkildə izah etməyib. Hələlik sərnişinlərə verilən məlumat yalnız ondan ibarətdir ki, Türkiyənin Sabiha Gökçən Hava Limanında qalmış yüklər növbəti reyslə gətiriləcək. Amma buna baxmayaraq, sərnişinlər öz əşyalarina görə ciddi şəkildə narahatdırlar. Musavat.com-un əməkdaşı bu qeyri-adi hadisə ilə bağlı «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxlayıb. M.Səfərlinin sözlərinə görə, bu kimi hadisələr hər zaman ola bilər: “Bu, normal haldır. Böyük bir problem deyil. Yəqin ki, sərnişinlərin yükləri bir az gecikdiyi üçün problem yaranıb. Yüklər növbəti reyslə göndəriləcək. Heç bir sərnişinin yükü itməyəcək. Buna tam əmin ola bilərsiniz”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?