GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...

İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...

Tarix: 22-09-2021, 12:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 263


Artıq bir neçə müddətdir ki, yerli medianın gündəmində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı tez-tez hallanır.


Adını çəkdiyimiz bu qurum işini doğru-düzgün icra edərsə, təbiətimizlə bərabər insanların da sağlamlığı səhiyyə nazirliyi qədər məsuliyyətli qurumlardan biridir.

Ciyərlərimizə sağlam nəfəs almağımız üçün təbiətin təmizliyi, həmçinin bizə oksigen bəxş edən yaşıllıqların çoxluq təşkil etməsi çox vacibdir.

Amma, nə yazıq ki, ölkəmizdə bütün bu məsuliyyətlərin məsul daşıyıcısı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir kürsüsündə əyləşən nə Muxtar Babayev, nə də xələfi Hüseynqulu Bağırov oturduqları kürsünün məsuliyyətini o qədər də ciddiyə almırlar.

Bəlkə də başları daha "vacib" işlərə, yəni özləri üçün sərvət toplamağa qarışdığından bütün bunlara ayıracaq vaxtları qalmır.

Əvvəllər elə bilirdik bu qurum sadəcə dövlət büdcəsindən ayrılan maaş qarşılığında dövlətə və ölkəyə xidmət göstərir.

Sən demə bu qurum ən varlı qurumlardan biri imiş.

Onlar sərvəti elə təbiətin özündən, "ağac köklərindən qazıyıb çıxarırlar".

Özü də tək yox, qan qohumları ilə birlikdə.

Bu fikri bizdə yaradan, yaxınlarda mətbuatda yayımlanan, "Nazirin əmisi oğlunun ağacköçürmə biznesi" başlıqlı məlumat və məlumatda qeyd edilən: "Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub." - cümləsi oldu.


İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...

Belə ki, deyilənə görə Nazirin əmisi oğlu olan, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Fizuli Babayev gördüyünüz kimi çox vacib bir vəzifənin sahibidir.


Amma, işini aldığı maaşa görə deyil, rüşvət müqabilində İcra edir.


Yəqin ki, Fizuli Babayevin "ağacköçürmə biznesi"ndən bəhs edən məlumatlardakı rəqəmləri xatırlayırsınız. O görməli olduğu iki saatlıq işi görmək üçün 24.000 (iyirmi dörd min) manat pul tələb edib ki, bunu da riyazi hesablamalarla illik nə qədər etdiyini hesabladıqda milyonların üstündə bir rəqəm alındığını da gördünüz.

Özü də bu qədər məbləğ nə dövlət büdcəsinə ödənilir, nə də dövlətə məxsus hər hansı bir kassaya.

Birbaşa Flora xanıma ödənilir. Eşitdiyimizə görə Flora xanım da özgəsi deyil aa, cənab nazirin özbəöz yaxın qohumudur.

Öz aramızdır, hər qohuma da bu boyda məsuliyyətli iş həvalə edilmir. Yəqin ki, Flora xanım cənab nazirin xüsusi etimadını qazanıb ki, bu məsuliyyət ona etibar edilib.

Dövlət qurumunun rəhbər kürsüsündə əyləşib, dövlətin əmlakı olan avadanlıqlar vasitəsilə ölkə və xalq üçün görüləcək işlərin müqabilində elə xalqın özündən rüşvət tələb etmək...

Yeri gəlmişkən onu da qeyd edək ki, nə hikmətsə bu məlumatlar bir çox saytlardan silinib.

Adı hələ də "google" axtarış sistemində görünən bu məlumatlar doğruların nə yolla olursa-olsun bir gün mütləq ortaya çıxdığının göstəricisidir.

Cənab Babayevlər qanunsuz əməlləri ortaya çıxan kimi, vaxtlarını səhvlərini düzəltmək yerinə, məlumatları dərc edən sosial medialardan sildirməyə xərcləyirlər.

Nə yazıq ki, ölkəmizdəki məmurların əksəriyyəti bu cür çalışır. Elə bu səbəbdən də nələrsə düzəlmək yerinə, ötür-ötür beləcə, hətta getdikcə daha da bərbad vəziyyətdə sonsuzluğa doğru davam edir.

Biz cəmiyyət olaraq gördüyümüz bütün qanunsuzluq hallarını aidiyyəti qurumlara xəbər verərsək, ölkədə bu kimi halların azalacağını düşünürük.

Odur ki, "DogruXeber.az" informasiya agentliyi olaraq hər zaman bu cür çalışmışıq. Gördüyümüz hər qeyri-normal hallar barəsində dərhal aidiyyəti üzrə rəsmi, yaxud şifahi məlumat veririk.

Dəfələrlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bu cür müraciətlərimiz olub.

Məsələn, Tiblisi prospektində yerləşən "İST petrol"un yanında, vaxtilə sakinlərin dinləndikləri yaşıllıq ərazidə ağacların arasında tikilmiş "Həci" kimi tanınan iş adamına məxsus restoranın fəaliyyətinin ağacların inkişafına mane olması, onları məhv etməsi barəsində sözügedən nazirliyə məlumat vermiş, həmçinin redaksiyamızda dərc etmişdik.



Amma, nazirlik nədənsə, (bəlkə də hər hansı bir razılaşma qarşılığında) bizim müraciətimizi də, təbiət üçün maneə olan o boyda obyekti də görməzdən gəldi.

Görünür "Həcilər"in məşhur namı təkcə şou-biznes aləmində deyil, elə bəzi dövlət qurumlarında da "xüsusi hörmət" sahibidir.

Bəlkə də tək bununla da bitsəydi heç bu mövzuya təkrar qayıtmazdıq.

Onlar, yaxın keçmişimizdə dördüncü mikrorayon dairəsinin yaxınlığında, "köhnə hamam" deyilən ərazidə "köçürmə" adı ilə məhv edilən ağacları da, Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının yaxınlığında, beş mərtəbəli yaşayış binalarının qarşısında, "köhnə bağça" adlanan ərazidəki ağacların kəsilməsini də, ictimai-iaşə obyektlərinin tikintisi üçün Nizamı rayonunda, "Neftçilər" metrostansiyasının yaxınlığındakı ağacların kəsilməsini də, Xətai rayon, "Əhmədli" qəsəbəsi N.Tusi küçəsindəki ağacların kəsilməsini də, Binəqədidə kəsilən ağacları da və sair, ümumiyyətlə bu kimi bir çox halları görmədi.

Əslində, görməməsi mümkün deyil də, görməzdən gəldi desək daha doğru olar.

Təbii ki, görməzdən gəlməsinin səbəbi, yaxud qarşılığının kiçik bir "təşəkkür" olması mümkünsüzdür əlbəttə.

Görməməsinə əminliyimiz isə mətbuatda sözügedən problemləri əks etdirən bu qədər məlumatların yayımlanması, həmçinin redaksiya olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimovaya gördüklərimiz barəsində şəxsən məlumat verdiyimiz üçündür.

Amma, İradə xanım da üstünlüyü hər dəfəsində: "mən öyrənib, sizə də məlumat verəcəm" - deyərək, qurumu məlumatlandırmaq yerinə, bizi gözlətməyə verir.

Nə baş verməkdə olan problem dayandırılır, yaxud aradan qaldırılır, nə də İradə xanım söz verdiyi kimi bizi arayıb bir açıqlama verir.

Bu da bizə onu deməyə verir ki, bizim "gözüaçıqlığ"ımız bu nazirliyin işinə yaramır.

Hələ, bu harasıdır.

Hələ bir neçə müddətdir elə sosial mediada yayımlanan "meşə terrorları", Quba, Xaçmaz, Qəbələ, Cəlilabad, Yardımlı, və adlarını çəkmədiyimiz digər bəzi rayonlarımızdakı meşələrdə baş verən "yaşıllıq qətliamlarını" əks etdirən məlumatlar belə Ekologiyamızı qorumalı olan Ekologiya Nazirliyini zərrə qədər narahat etmir.



Şükürlər olsun ölkəmiz ekvatorun elə bir hissəsində yerləşir ki, bəlkə də sözügedən məsul qurum, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işini düzgün icra etsəydi, Azərbaycan ekologiyasına, təbiətinə görə dünyada birinci yerdə olardı.

Odur ki, yəqin cənab nazirə və qohumlarına tezliklə "dur" deyiləcəkdir.

Bir də ümid edək ki, bir gün ölkəmizdəki bütün məmur kürsülərinə "zatən ölkəmizdə olan iqlim şəraitinə, sahib olduğumuz təbii sərvətlərə göz dikən mənfur, xayin qonşularımız var. Bir də özümüz dünyada qoyub gedəcəyimiz sərvətlər üçün bu ölkənin, bu xalqın gələcəyini məhv etməyək"- deyə düşünən məmurlar əyləşəcəkdir.

Hələlik isə bu yalnız bir arzudur...

Söhbət sağlamlıqdan düşdü deyə Ekologiya Nazirliyinin daha bir "qazanc fəaliyyəti"ndən danışmağı unutduq.

Demək, ötən ay "DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına daha bir məlumat daxil oldu.

Məlumatda Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Fizuli Babayevin bir gündə ayrı-ayrı saatlarda bir neçə şirkətlərlə "tender" müqaviləsi imzalanmasından bəhs edilirdi.

"İDEAL MOTORS" MMC, "SUN CARS" MMC, "AZƏRMAŞ GROUP" MMC və adlarını çəkmədiyimiz digər bir neçə şirkətlər.

Bu qədər şirkətlərlə özü də bir gündə yüksək məbləğlərin də qeyd edildiyi müqavilələrin imzalanması bizdə şübhəli suallar yaratdığı üçün, redaksiyamız tərəfindən rəsmi sorğu hazırlayıb sözügedən qurumun rəhbəri Fizuli Babayevin şəxsi email ünvanına, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi email ünvanına göndərdik.


Qeyd: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda deyilir:
8.5. Müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətə isə ən geci 30 iş günü müddətində baxılır.
8.6. Müraciətə baxılması üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldikdə, orqanın rəhbəri tərəfindən müraciətə baxılma müddəti müstəsna hallarda 30 iş günü uzadıla bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması yuxarı orqan tərəfindən nəzarətdə saxlandıqda isə həmin orqana rəsmi surətdə yazılı məlumat verilməlidir.
Elektron müraciətlər isə 24 saat müddətində cavablandırılmalıdır.


Bundan əlavə biz elektron müraciət göndərdiyimizi nazirliyin mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimova ilə telefon əlaqəsi saxlayıb şəxsən də diqqətinə çatdırmışdıq.

İradə xanım hər zamankı kimi məlumat öyrənib, bizimlə əlaqə saxlayacağını dedi.

Bir neçə gün keçdikdən sonra nə sorğumuzun cavablandırılmadığını, nə də İradə xanım İbrahimovadan bir cavab gəlmədiyini görüncə təkrar İradə xanımla telefon əlaqəsi saxladıq. Xanım isə sorğumuzu bu barədə Fizuli Babayevə artıq məlumat verdiyini, bir neçə gün sonra zəng etdiyimizdə sorğumuza cavab hazırlanmaqda olduğunu, bir neçə gün sonrakı zəngimizdə cavabın gəldiyini, lakin müəyyən yanlışlıqlar olduğu üçün geri göndərildiyini, və sair bu kimi sözlər deyərək, 3 həftədən çox müddətdir ki, hələ də cavabsız qoyub.

Hansı ki, yuxarıda da qeyd etdiyimiz kimi cavab 24 saat müddətində göndərilməli idi.

Qurumun suallarımız qarşısında bu qədər susması şübhələrimizin doğruluğuna bir işarədir.

Deyəsən Füzuli Babayevin də, digər səlahiyyətli şəxslərin də "sözü qurtarıb".

Yeri gəlmişkən Fizuli Babayevin onun rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında redaksiyamızda məlumatlar dərc edildiyindən də, göndərdiyimiz sorğulardan da şəxsən məlumatlı olduğundan xəbərdarıq.

Bəlli ki, cənab Babayevlər atalarımızın "danışmaq gümüşdürsə, susmaq qızıldır" kəlamından ibrət götürüb, susmağı seçiblər.

Yəqin, atalarımızın nəsihət dolu aforizmlərindən ibrət götürməyi bacaran bəzi məmurlar, "artıq tamah baş yarar" aforizmini vaxtında eşitməyiblər.

Kim bilir, bəlkə eşitsəydilər məsələləri heç hər kəsin diqqətini çəkəcək dərəcəyə qədər gətirməzdilər...

Qeyd: Sözügedən qurumun əsrarəngiz fəaliyyətlərinin bir yazıya sığdıra bilməyəcək qədər çox olması, bizi bu mövzuya silsilə şəkildə toxunmaq məcburiyyətində qoyur.

Odur ki, burada qeyd etmədiyimiz əlavə bir neçə məlumatları da növbəti yayımlarımızda diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?

    İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- ...

    14-04-2021, 13:48

  • 
  • Muxtar Babayev özü ilə gətirdiyi kadrı vəzifəsindən azad etdi

    Muxtar Babayev özü ilə gətirdiyi kadrı ...

    7-09-2018, 14:11

  • 
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib - VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ...

    6-11-2015, 18:01

  • 
  • ​İşdən çıxarılan nazir 2 ZAVOD TİKDİRİR

    ​İşdən çıxarılan nazir 2 ZAVOD TİKDİRİR ...

    14-05-2018, 17:27

  • 
  • Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq

    Çimərliklərə kanalizasiya sularının axıdılmasının ...

    31-03-2017, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu