Redaksiyamıza təhsil sahəsində baş verən rüşvət hallar ilə bağlı təqdim olunan və utanc verici hadisəni çoxsaylı oxucularımıza təqdim edirik:
"Haşiyə: Astara rayonu, ucqar və gözdən-könüldən uzaq bir yer olduğu üçün burdakı məmurlar "dərə xəlvət, tülkü bəy" prinsipinə uyğundurlar.
Astara təhsil rəhbəri Rəşad Həsənov son vaxtlar, demək olar ki, ən populyar təhsil müdiridir. Onun adı, indiyədək çoxlu "qaranlıq" işlərdə hallanmaqdadır. İşdən çıxartma, maxinasiya, rüşvət və s.
Amma bir müddət öncə, elə bir hadisə aşkara çıxdı ki....
Məlum oldu ki, o, YOXSUL VƏ HİMAYƏSİNDƏ ŞİKƏST UŞAĞI OLAN BİR QADINI aldadıb və ona "atıb"!
Hadisə, tam olaraq belə baş verib: Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın dərs saatı kəsilib və pul müqabilində başqasına verilib. Biçarə qadın da dərs saatının qayıtması üçün kredit götürüb və Həsənov ondan 200 azn və 1 balon bal alıb. Amma, nə dərs saatı qayıdıb, nə də pul və bal...
Yoxsul, ərsiz, himayəsində şikəst uşağı olan bir qadını aldadıb, pulunu, balını mənimsəməyin adını siz qoyun!
Astara təhsil müdiri zənn edib ki, 200 azn və 1 balon bal, "qabağa düşüb", amma əslində, yenə "dala düşüb"... Belə görünür ki, bu səhvdən də qaça bilməyəcək...
Həmin xanım verdiyi yeni açıqlamada, Həsənovun ondan rüşvət aldığını bir daha cəsarətlə bəyan etdi və səsinə səs verilməsini, problemin mediada işıqlandırılmasını xahiş etdi.
Məlum hadisə barədə "Təhsil Araşdırmalar Mərkəzi" olaraq, əməkdaşlarımızın hazırladığı sujeti "isti-isti" GundemXeber.Az informasiya portalına təqdim edirik."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?