GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alimpaşa Məmmədovun bandası indi də yeni icra başçısının komandasında – Nə baş verir?

Alimpaşa Məmmədovun bandası indi də yeni icra başçısının komandasında – Nə baş verir?

Tarix: 28-09-2021, 16:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 307


2021-ci ilin aprelində Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi rayonda böyük maraq və sevinc hissi ilə qarşılanıb. O zaman hər kəs düşünüb ki, istintaq Alimpaşa Məmmədovun bütün əməllərini üzə çıxaracaq. Hamı fikirləşdi ki, başlanan istintaq Alimpaşa Məmmədovun bütün əməllərini üzə çıxarıb, ona pul yığan, tələb etdiyi rüşvətin üzərinə bir o qədər də əlavə edib alan və beləcə milyonçuya çevrilən Qüdrət Əliyev, Rasim Mustafayev, Mahir Əliyev və digərləri də cəzalarına çatdıracaq. 


Gundemxeber.az reportyor.info-ya istinadla xəbər verir ki, əməliyyatdan sonrakı ilk günlərdə istintaq ciddi şəkildə aparılırdı. Hətta əməliyyat zamanı qolları burularaq başı aşağı vəziyyətdə İcra Hakimiyyətinin binasına gətirilmiş Alimpaşa Məmmədovun keçmıs birinci müavin Qüdrət Əliyev yaxın adamlarına hər şeyin bitdiyini, yüzlərlə adamın üzünə durduğunu, həbsinin qaçılmaz olduğunu deyib.
İndi isə Şəmkirdə hər kəs vəziyyətin dəyişməsindən xəbərdardır. İstintaqa çağrılan bir sıra şəxslər, o cümlədən Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri postunu həmin o Qüdrət Əliyev hər şeyin yaxşı olduğunu, hətta öz işlərində qalıb işləyəcəklərini, hədəfin Alimpaşa Məmmədov olduğunu, onlarlıq iş olmadığını elan etməkdən çəkinmirlər.
Belə aydın olur ki, Alimpaşa Məmmədovun dəstəsi artıq məsuliyyətdən kənar qalacaqlarına əmindirlər və həmin şəxslər yeni başçı Rəşad Tağiyevin yanında yer almaqdadırlar. Amma məsələnin daha ağrılı tərəfləri bu deyil.
Yeni icra başçısı Rəşad Tağıyev şəhid uşaqları ilə görüş keçirib. İcra başçısının sağında oturan isə təhsil şöbəsinin müdiri həmin məhşur Qüdrət Əliyevdir. Adı Alimpaşa Məmmədovun cinayət işində ən cox çəkilən, uzun illər Şəmkirdəki korrupsiyanın başında dayanan, heç bir pedaqoji təcrübəsi və savadı olmayan, şəhid anasına “ərə get, problemin həll olunsun” deyən Qüdrət Əliyev… Şəmkir sakinləri deyir ki, bu görüş başqa şəxslərlə olsaydı, onlara bu qədər pis təsir etməzdi. Qanını, canını bu millətin yolunda verən şəhidlərin övladlarının qarşısına millətin qanına susayan birinin çıxarılması Şəmkir sakinlərində məyusluq, qəzəb doğurub. Yeni başçının fəaliyyətinin Alimpaşa Məmmədovun əməllərindən fərqlənməyəcəyi qənaətini formalaşdırıb.
Bundan başqa yeni başçı idarə müdirlərinə tapşırıq verib ki, hərə 5-6 şəhid ailəsinə yardım göstərsin. İdarə müdirləri də dəyəri maksimum 70- 80 manatlıq ərzaqla yardım paketi hazırlayıb, şəhid ailələrinin evinə gedirlər. Yardımları ailələrə sədəqə verirmiş kimi kamera qarşısında poz verərək təqdim edirlər. Sonra da çəkilən fotoşəkilləri Şəmkir İcra Hakimiyyətinin səhifəsində paylaşırlar. Daha sonra isə rəhbərlik etdikləri kollektivə həmin fotoşəkilləri göstərərək xərcə düşdüklərini deyir və kollektivdən çəkdikləri xərcdən dəfələrlə artıq pul yığırlar. Şəmkirdən camaat sual edir ki, şəhid dəfnlərində artistlik edib, sonra Şəmkirin qanını soran Alimpaşa Məmmədovla Qüdrət Əliyev kimilərinə şəhid adından istifadə edib çirkin əməllərlə məşğul olmağa şərait yaradan Rəşad Tağıyevin nə fərqi var? Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI

    Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI ...

    30-04-2021, 12:32

  • 
  • Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK İDDİA

    Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK ...

    26-12-2019, 14:20

  • 
  • Alimpaşa Məmmədovun həbsi gözlənilir... - İDDİA

    Alimpaşa Məmmədovun həbsi gözlənilir... - İDDİA ...

    12-04-2021, 11:17

  • 
  • Alimpaşa Məmmədov məhkəməyə gətirilib

    Alimpaşa Məmmədov məhkəməyə gətirilib ...

    28-04-2021, 16:48

  • 
  •  Alimpaşa Məmmədovdan TƏHSİLƏ ZƏRBƏ: - Hələ də kirillə yazan necə müdir oldu?

     Alimpaşa Məmmədovdan TƏHSİLƏ ZƏRBƏ: - Hələ də ...

    9-04-2021, 10:52


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu