GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 20 saylı məktəbdə nazirə sabotaj: RƏFİQƏLƏRİN OYUNU

20 saylı məktəbdə nazirə sabotaj: RƏFİQƏLƏRİN OYUNU

Tarix: 5-10-2021, 15:20 Bölmə :GündəmXəbər Baxış: 565


Bu gün müəllimlər günüdür. Təhsilin millətin gələcəyini düşünərək müəllim peşəsini ən uca, dövlət üçün gərəkli bir məqam sayırıq. Ancaq təəssüflər olsun ki,bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Bir zamanlar təkcə paytaxtın deyil, bütün ölkənin aparıcı təhsil ocaqlarından biri olan 20 saylı məktəb bu gün bir qrupun şəxsi maraqlarının girovuna çevrilib. Təəssüf ki, məktəb haqqında xoş sözləri məhz “bir zamanlar” təqdimatı ilə vermək məcburiyyətindəyik. Çünki, hazırda burada baş verənlərin təhsil adına heç bir aidiyyatı yoxdur. Belə ki, məktəb rəsmən Təhsil nazirliyinə tabe olsa da əslində nazirlikdə yarıtmaz fəaliyyətinə görə tutduğu vəzifədən uzaqlaşdırılan Məhəbbət Vəliyeva və onun yaxın qohumu və rəfiqəsi olan Esmira Ağayeva tərəfindən şəxsi müəssisə  kimi idarə olunur.
Diqqətli oxucuların nəzərinə cumhuriuyet.az olaraq çatdıraq ki, Təhsil nazirinin müavini olarkən paytaxtın bir çox məktəblərinə öz yaxınlarını direktor təyin etdirən M.Vəliyeva bu yolla öz hegamon mövqelərini qoruyub saxlayır. Z.Əliyeva adına liseyi ailə müəssisəsinə çevirən xanım Vəliyeva digər məktəbləri də nəzarətində saxlayır. Eyni mərkəzdən idarə olunan bu məktəblərdə son illər təhsil sistemində müşahidə olunan müsbət dinamikadan əsər-əlamət yoxdur. Hələ də köhnə qaydalarla idarə olunan bu təhsil ocaqları “portfelsiz nazir”in kurasiyasında qalmaqdadır.
Maraqlı odur ki, təhsil nazirliyi və bu sahəyə cavabdeh olan digər şəxslər hələ də M.Vəliyevanın əməllərinə göz yumur, sanki onun hegamon mövqeyi ilə razılaşırlar. Sual olunur ki, əgər xanım Vəliyeva təhsil sistemi üçün bu qədər əvəzolunmaz şəxs idisə, nədən vəzifəsindən azad olunurdu? Yox əgər öz işinin öhdəsindən doğru-düzgün gəlməyi bacarmayan biri idisə nə üçün indiyə qədər Bakı məktəblərində onun şəbəkəsi hələ də iş başındadır? Aldığımız məlumatlara görə,  M.Vəliyeva hal-hazırda Təhsildə İnnovativ Texnologiyalar Mərkəzində işləyir. Onun paytaxt məktəblərində kadrları vasitəsilə həyata keçirdiyi “innovativ texnologiyalar”ın bir neçəsini diqqətinizə çatdıraq qərarı siz özünüz verin.
Yuxarıda qısaca olaraq bəhs etdiyimiz 20 saylı məktəb E.Ağayevanın səs-küylü direktor təyinatından sonra narazılıqların səngimədiyi, tənqid hədəfindən düşməyən bir təhsil ocağına çevrilib. M.Vəliyevanın rəfiqəsi vasitəsilə burada tətbiq etdiyi innovativ texnologiyalardan sonra birinci siniflərə qəbul zamanı yol verilən maxinasiyalar yəqin ki, pedaqogika dərsliklərinə salınacaq. Ali məktəbə qəbuldan çətin olan bu proses zamanı valideyinlər nə qədər “zülüm” çəkirlər bir özləri bilir, bir də direktor. Müəllimlər günü ərəfəsində start verilən  “mübarəkdarlıq”  isə dünya təhsilinin innovativ texnologiyalarında hələ ki, patent almasa da bəlli çevrədə geniş tətbiq edilir.
Esmira Ağayevanın məktəbi gözəgörünməz qüvvə tərəfindən idarə olunduğu kimi burada bir xeyli “görünməz işçilər” də “fəaliyyət göstərir”. Çünki onların adına maaş yazılmasına, kartlarının direktorun seyfində olmasına baxmayaraq üzlərini hələ ki, görən olmayıb.
Bu günlərdə 20 saylı məktəbdə baş verən “növbə davası” barədə hətta millət vəkilləri belə dilə gəldi. Bununla bağlı daxil olan məlumata görə Valideynlər kütləvi narazılığa səbəb olan bu “növbə davası” barədə ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar. Bu davadan yeganə qazanan tərəf isə məktəb rəhbərliyi-şəxsən Esmira Ağayevadır. Belə ki, məktəbdə sinif çatışmazlığından yaranan bu problemi yaradan elə direktorun özüdür. Məktəbdə sinif otaqlarının azlığına baxmayaraq Təhsil nazirliyinin xüsusi layihələrini-rəqəmsal bacarıqlar və STEAMı ibtidai siniflərdən başlayaraq tətbiq etməklə mövcud problem süni olaraq yaradılıb. Belə ki, həm müəllimlərin sayı çoxalır, siniflər bölünür, həm də “növbə davası”nın həlli üçün valideynlər hərəkətə keçirlər. Çünki məktəbdə şagirdlərin ikinci növbəyə salınmaması üçün mütləq “birinci növbəli məsələləri” həll etmək lazım olur. Bu isə heç də siz düşündüyünüz qədər ucuza başa gəlmir.
Həmçinin mənbənin bildirdiyinə görə məktəbdə dərs saatlarının bölünməsində “xüsusi şərtlərin” mövcud olması barəsində də kifayət qədər məlumatlar var.
Beləliklə 20 saylı məktəbdə baş verənlərin səsi-sorağı artıq yaxınlığında yerləşən Milli Məclisə qədər gedib çıxıb. Nədənsə bunu eşitməli olanlar hələ ki, susqunluqlarını qoruyub saxlayırlar. Bəlkə də bu tufanqabağı sakitlikdir… 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

    Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini ...

    1-02-2021, 11:04

  • 
  • Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin etdi...

    Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin ...

    6-12-2014, 01:45

  • 
  • Məktəb direktorları yeni qaydayla vəzifəyə təyin olunacaqlar

    Məktəb direktorları yeni qaydayla vəzifəyə təyin ...

    18-07-2013, 19:07

  • 
  • Azərbaycanda 29 yaşlı məktəb direktoru

    Azərbaycanda 29 yaşlı məktəb direktoru ...

    22-09-2014, 15:28

  • 
  • Əlil puluna tamah salan təhsil işçiləri

    Əlil puluna tamah salan təhsil işçiləri ...

    12-12-2013, 21:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu