GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zərərçəkənlər polislərin ört-basdır etdikləri dələduzluq əməlləri ilə bağlı Vilayət Eyvazova şikayət etdilər - ŞOK GƏLİŞMƏ

Zərərçəkənlər polislərin ört-basdır etdikləri dələduzluq əməlləri ilə bağlı Vilayət Eyvazova şikayət etdilər - ŞOK GƏLİŞMƏ

Tarix: 6-10-2021, 19:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 266


Bugünlərdə GundemXeber.Az xəbər portalının redaksiyasına Göyçay şəhəri, M. Hüseynzadə küçəsi, bina-29, mənzil-14 ünvanında yaşayan Musayev Rauf Rafayıl oğlunun və digər zərərçəkmiş şəxslərin, o cümlədən Musayev Rafayıl Abdul oğlunun, Cəbrayılova Gülşən Zeynəddin qızının, Cəbrayılova Şəhla Zeynəddin qızının, Musayeva Gülnar Rəfayıl qızının, Musayeva Kəmalə Kamal qızının, Məmmədova Ülviyyə Kamal qızının, Daşdəmirov Mürsəl Cavid oğlunun, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub.

 Şikayətçi şəxslər ərizələrində qeyd edirlər: “Göyçay rayon sakini, hal-hazırda Bakı şəhərində yaşayan Kərimova Rəvanə Çingiz qızı 2019-2020-ci illər ərzində hər birimizin etibarından sui-istifadə edərək bizi aldatmış və küllli miqdarda pullarımızı dələduzluq yolu ilə ələ keçirərək mənimsəmişdir. Rəvanə Kərimovanın etdiyi dələduzluq əməlləri ilə bağlı 2020-ci ilin sentyabr ayında Bakı şəhər Prokurorluğuna rəsmi qaydada şikayət ərizəsi göndərdik. Çox keçmədi ki, ərizəmiz Bakı şəhəri, Nizami RPİ-nə göndərildi və Rəvanə Kərimovanın qol qoyduğu dələduzluq əməllərinin aşkara çıxarılması, onun bu yöndə atdığı addımlara hüquqi qiymətin verilməsi üçün, iş materialları RPİ-nin baş müstəntiqi Rzayev Vüsal Rafiq oğlunun icraatına verildi.
     Qeyd edək ki, bizə qarşı dələduzluq əməllərinə qol qoymuş Rəvanə Kərimovanın qardaşı, hansı ki, Göyçay rayonunun Füzuli küçəsində yaşayan və yerli sakinlər arasında dolaşan söz-söhbətlərə görə, özünü kriminal aləmin üzvülərindən biri hesab edən Həbibbəyli Əbülfəz Çingiz oğlu, son bir ildə bizə qarşı müxtəlif vaxtlarda dəfələrlə hücumlar etmiş, işlədiyimiz mağazada, həmçinin mağazanın qarşısında xuliqanlıq əməllərinə qol qoymuş, konkret olaraq Musayev Rauf Rafayıl oğlunu öldürməklə hədələmişdir. Əbülfəz Həbibbəylinin əməlləri ilə bağlı bir neçə dəfə DİN-nin 102 xidmətinə şikayətlər etsək də, son anda heç bir nəticəsi olmamışdır. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları isə “O, dəlidir və öhdəsindən heç cür gələ bilmirik?” deyirlər. Polis əməkdaşlarının belə bir yanaşmasından ruhlanan  Əbülfəz Həbibbəyli, bizdən tələb edir ki, təcili onun bacısı Rəvanə Kərimova ilə bağlı şikayətimizi geri götürək, əks təqdirdə o, Rauf Musayevi qətlə yetirəcək. Bir qədər vaxt keçdikdən sonra Əbülfəz Həbibbəyli belə bir razılıq  verdi ki, bacısının ödəməli olduğu pulların müəyyən hissəsini o, ödəyəcək. Bu yöndə müəyyən razılaşmanın əldə olunmasına baxmayaraq, Əbülfəz Həbibbəyli bizə qarşı davam etdirdiyi hücumlarını daha da artırdı və bacısının verməli olduğu pulun müəyyən hissəsini ödəməkdən “vaz keçdi”, hətta bizdən hədə-qorxu ilə 70.000 manat pul da tələb etdi. Verməyəcəyimiz təqdirdə bizi ölümlə hədələdi”.

  Şikayətçi şəxslərdən olan Rauf Musayev bildirir ki, “Hal-hazırda 8 nəfərlik ailə üzvülərimiz qorxumuzdan öz evimizdə deyil, başqa bir evdə yaşamağa məcbur olmuşuq. Buna səbəb, Əbülfəz Həbibbəylinin bizlərdən kimisə qətlə yetirəcəyindən ehtiyat etməyimiz olur. Bildirirk ki, Göyçay polisi “o, dəlidir” deyib, bu gün üzərinə düşən vəzifəni yerinə yetirmir, təhlükəsizliyimizi təmin etmir. Ona görə də cənab Vilayət Eyvazova müraciət etmək məcburiyyətində qalmışıq. Belə bir səbəbdən də, ailə üzvlərimizin təhlükəsizliyinin təmin olunması, Əbülfəz Həbibbəylinin törədə biləcəyi cinayət əməllərinin durdurulması üçün, qanunu tədbirlərin görülməsini tələb edirik. Hər kəsə agah olsun ki, çox yaxın günlərdə Göyçay polisi adı çəkilən bu şəxslə bağlı lazımi tədbirlər görməsə, o halda o, bizlərdən kimisə qətlə yetirəcək. Cünki, bizim Əbülfəz Həbibbəyliyə verəcəyəmiz 70.000 manat borcumuz yoxdur. Əksinə onun bacısı Rəvanə Kərimova bizə 77 000 manat pul verməlidir”.
      Gundemxeber.az olaraq bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, zərərçəkən şəxslərdən olan Musayeva Gülnar Rəfayıl qızı 2017-ci ilin yay aylarında, əslən Göyçay rayonundan olan Kərimova Rəvanə Çingiz qızı ilə ilk dəfə Göyçayda tanış olur.  İlk tanışlıqdan sonra onlar bir-birinin evinə gedib gəlirlər və günlər keçdikcə münasibətləri daha da yaxşılaşır. Belə bir tanışlıqdan sonra Rəvanə Kərimova Gülnar Musayevaya bildirir ki, “Mən Bakı şəhərində “Viplife” firmasında çalışıram və bu firma Nizami rayonu, Q. Qarayev küçəsində yerləşir. Firma tez-tez kompaniyalar həyata keçirir və şərtlər əlverişli olur. Əgər firmaya pul yatrımı qoya bilsən, o halda yaxşı qazanc əldə edə bilərsən” deyib, gələcəkdə həyata keçirəcəyi dələduzluq əməllərinin bünövrəsinin əsasını qoyur. Gülnar Musayeva tanış olduğu həmyerlisi Rəvanə Kərimovaya etibar etdiyindən o, onun dediklərinə inanır və bu işə razı olduğunu da bildirir, hətta çox keçmir ki, ona hissə-hissə olmaqla pul da verir. Gülnar Musayeva bu işə xalası oğlu Mürsəl Daşdəmirovu, qardaşı Rauf Musayevi, dayısı qızı Ülviyyə Məmmədovanı da cəlb edir. Gələcəkdə Rəvanə Kərimovanın hansı fırıldaq əməllərinə qol qoyacağından xəbərsiz olan Gülnar Musayeva, 16 mart 2020-ci il tarixdə Ucar rayonunda ona 10 000 manat, iyul ayında Bakı şəhərinin Nizami rayonunda 10 000 manat, avqust ayında Nizami rayonunda 15 000 manat, 3-4 gündən sonra isə əlavə 15 000 manat pulu şəxsən Rəvanə Kərimovanın özünə verir. Bundan əlavə, Gülnar Musayevanın bu işə cəlb etdiyi şəxslər isə “Xalq Bank” vasitəsilə 193 688 manat, “Milion” vasitəsilə 100 000 manata kimi pulu Rəvanə Kərimovaya və ona bağlı olan şəxslərə göndərirlər. Düzdür, bir qədər vaxt keçdikdən sonra Rəvanə Kərimova gəlir əldə olunub adı altında, həmin şəxslərə 150 000 manat pulu bank və köçürmələr vasitəsilə geri qaytarır, qalan pulları isə vermir.
     Bundan əlavə, zərərçəkən şəxslərdən olan Rauf Musayev 2019-cu ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi Rəvanə Kərimovaya və ona yaxın olan şəxslərin hesablarına “Xalq Bank” və “Milion” vasitəsilə 199 935 manat pul köçürmüş, 2020-ci ilin iyun ayında 600 manat, avqust ayında isə 800 manat pulu Q. Qarayevdəki ofisdə əlbəəl onun özünə verir. Həmin vaxtlarda Rəvanə Kərimova bank və köçürmə vasitəsilə hissə-hissə olsa da, Rauf Musayevə 143 900 manat pul qaytarır. Beləliklə,  onun 56 035 manat pulunu ələ keçirib mənimsəyir. Digər zərərçəkən şəxs Mürsəl Daşdəmirov da, bu şəxslərin oxşar taleyini yaşayır. Yəni, Rəvanə Kərimova müxtəlif yollarla bu şəxsin 101 540 manat pulunu ələ keçirib, ona 77 150 manat pul qaytarsa da,  yerdə qalan 24 390 manat pulunu mənimsəyir. Ülviyyə Məmmədova adlı zərərçəkən şəxsin isə, müxtəlif yollarla 41186 manat pulunu ələ keçirən Rəvanə Kərimova, ona cəmi 7000 manat pul qaytarsa da,  yerdə qalan 34 186 manat pulunu mənimsəyə bilir.

 Məsələnin maraqlı və təəccüb doğuran tərəfi ondan ibarətdir ki, bir neçə nəfər şəxsin, yəni Gülnar Musayevanın, Mürsəl Daşdəmirovun, Rauf Musayevin və Ülviyyə Məmmədovanın müxtəlif adlar adı altında külli miqdarda pullarını ələ keçirib mənimsəyən Kərimova Rəvanə Çingiz qızına, hələ də bir kimsə “qaşın üstə qara var” demir. Bu şəxsin hüquqi məsuliyyətinin nədən ibarət olduğu ona izah olunub, barəsində lazımi cəza tədbiri görülmür. Adı çəkilən bu şəxsin lazım olduğu cəzaya məhkum olunmaması, birbaşa yeni dələduzların meydana çıxması ilə nəticələnir. Bu da o deməkdir ki, ölkəmizin hüquq-mühafizə orqanlarında çalışan və baş verən dələduzluq əməllərinə seyrçi münasibət bəsləyən bəzi vəzifə sahibləri, bu gün qanunu şah deyil, şahı qanun deyə qəbul edirlər. Bu məsələ ilə bağlı hansı vəzifə sahibinin hansı mövqedən çıxış etməsinə baxmayaraq, inanırıq ki, məqalənin yayımlanmasından sonra daxili işlər naziri cənab Vilayət Eyvazov, dələduzluq əməllərinə qol qoyan Rəvanə Kərimovanın atdığı addımlara hansısa maraqlar çərçivəsində göz yuman polis əməkdaşının fəaliyyətinin araşdırılmasını diqqətdə saxlayacaq və problemin həlli yöndə aidiyyatı üzrə lazımi tapşırığını da verəcək.

Mövzuya qayıdacağıq.


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib

    Vilayət Eyvazova general-polkovnik ali hərbi ...

    28-06-2019, 11:17

  • 
  • Nazpərinin qardaşı qızının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: Göbəyi açıq... - FOTOLAR

    Nazpərinin qardaşı qızının ŞOK GÖRÜNTÜLƏRİ ...

    27-05-2019, 13:07

  • 
  • Bank Atatürkün qızının evini satıdırır

    Bank Atatürkün qızının evini satıdırır ...

    25-12-2013, 13:45

  • 
  • Sabiq icra başçısının qızının məhkəməsi başladı

    Sabiq icra başçısının qızının məhkəməsi başladı ...

    11-01-2016, 13:53

  • 
  • Rövşən Məmmədovu qızının gözü önündə öldürdülər

    Rövşən Məmmədovu qızının gözü önündə öldürdülər ...

    17-11-2015, 16:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu