Paytaxtın Ələt qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub.
Axar.az-ın xəbərinə görə, Sabirabad rayon sakini Əziz Zeynalov yüksək sürətlə idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini, 1966-cı il təvəllüdlü Rövşən Məmmədovu vurub. Qəza R.Məmmədovun həyat yoldaşı və qızının gözü önündə baş verib.
Xəstəxanaya yerləşdirilən R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?