GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sakinlər MTK-ların ƏLİNDƏ QALIB... - GİLEY

Sakinlər MTK-ların ƏLİNDƏ QALIB... - GİLEY

Tarix: 7-10-2021, 17:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 379


Xırdalan şəhəri, “Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri Cebhe.info-ya iş adamı,hər iki MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçi olduqlarını bildiriblər.

Sakinlər illərdi yaşadıqları mənzilləri üçün çıxarış ala bilmədiklərini deyiblər. Onların sözlərinə görə, binanın 3 ilə hazır olub, çıxarış veriləcəyini deyən Rasim Həsənov 14 ildir binanı təhvil verə bilməyib. Sakinlər binada iki yük liftinin quraşdırılmadığını da bildiriblər:

“İllərlə boğazımızdan kəsib, qəpik-qəpik pul yığıb MTK-ya müraciət edib, Rasimin şirin dilinə aldanıb, “Kənan-Turan” MTK-dan mənzil aldıq. Mənzil alandan sonra indi də peşmanlıq hissi çəkirik. Çünki bu binada 2 lift quraşdırılmayıb. Biz sakinlər hər dəfə yük liftlərini soruşanda, bizlərə cavabı bu olur, yük liftləri Çində konteynerlərə vurulub və yola salınıb. Necə oldu ki, bu konteynerlər 14 ilə Azərbaycana gəlib çıxmadı? Bizim Biləcəri yük stansiyasına gedib konteynerlərin yolunu gözləməkdən başqa çarəmiz qalmayıb. Biz bilirik ki, bu liftlər hələ heç sifariş belə verilməyib, sadəcə olaraq, yalan sözlər və yalan vədlər verilir”.

Sakinlərin dediklərinə görə, binanın yerləşdiyi sahə də özəlləşdirilməyib. Sakinlər iddia edirlər ki, Rasim Həsənov qanunsuz olaraq vergidən də yayınıb:

“Biz bilirik ki, Vergi Xidmətinə “Kənan-Turan” MTK-nın inşa etdirdiyi binanın satışa yararlı sahəsini qəsdən azaldaraq düzgün məlumat verilməyib. Çünki “Rahat” MTK ilə “Kənan-Turan” MTK-nın inşasına eyni şəxs, Rasim Həsənov rəhbərlik edib. Həmin şəxs və onunla birgə olan təsisçilər “Rahat” MTK-da vergidən satışa yararlı sahəni bilərəkdən 5.000 kvm gizlədiblər. “Rahat” MTK-nın təsisçisi və birbaşa binanın inşasına rəhbərlik edən Rasim Həsənov binada 28% pay sahibi, Ramiz Hümbətov 24% pay sahibi, İlham Hümbətov 24% pay sahibi, Rumiyyə Mustafayeva 24% pay sahibi olub. Binanın 5-ci mərtəbəsi inşa olunanda təsisçilər artıq mənzilləri öz aralarında bölüşdürmüşdürlər. Onlar üçün sakinlərin gələcək taleyi heç vaxt maraqlı olmayıb. Biz inanırıq ki, yuxarıda adlarını çəkdimiz şəxslər vergidən milyonlarla manat yayındırdıqlarına, özbaşına torpaq zəbt etdikləinə görə (342 kv.metr) və liftlərin quraşdırılmaması (cəmi 7 ədəd) ilə layihədən kənara çıxaraq binanın çardaq hissəsini ayrı-ayrı şəxslərə, yəni 2 mənzilin inşası üçün 58.000 manat pul aldırına görə cavab verəcəklər. Zirzəmiyə giriş hissəsi olan pilləkəni qeyri-yaşayış obyekti kimi 20.000 manata satdıqlarından və bu kimi qanunsuz hərəkətlərinə görə binanın inşaasının 14 il keçməsinə baxmayaraq, təhvil verə bilmirlər”.

Sakinlər binanın özünün su hovuzu və trasformator binasının olmadığını qeyd ediblər:

“Bildiyimiz kimi, hər bir MTK-nın özünə aid su anbarı, trasformator binası inşa edilir. “Kənan-Turan” MTK-nın sakinləri qonşuluqda yerləşən “Rahat” MTK-nın su hovuzundan və trasformator binasından istifadə edirlər. Rasim Həsənov hər iki binanı özü inşa etdiyindən 2 binaya cəmi 1 texniki şərt alıb. Ona örə də binanın işlətdiyi su məsrəfi ayrıca kod olmadığına görə “Rahat” MTK-nın adına gəlir. Binada yanğına qarşı heç bir tədbir görülməyib, özünün su hovuzu, trasformator binası yoxdur, binanın yerləşdiyi sahə isə özəl deyil və belə çatışmazlıqları çox sadalamaq olar. Bina çöl fasadından yeni tikiliyə yox, ümumi yataqxanaya oxşayır. Binanın aşağı hissəsi ilə ən hündür hissəsində 40 sm-dən çox fərq var”.

Sakinlərin dediyinə görə, “Rahat” MTK-da 241 ailə, “Kənan-Turan” MTK-da isə 132 ailə yaşayır: “373 ailədə 400 nəfərdən artıq əsgər böyüdürük. Bu uşaqların aqibəti necə olacaq? Biz bir valideyn kimi istəyirik ki, uşaqlarımız sağlam olmaqla yanaşı, həm də sağlam ruhda böyüsünlər. Kimlərinsə varlanmasına görə biz və uşaqlarımız niyə əziyyət çəkib xəstə düşməliyik?”

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Şikayətdə adı çəkilən Rasim Həsənov hazırda xəstə olduğunu, ətraflı danışa bilməyəcəyini dedi. Buna görə də sakinlərin şikayətinə “Rahat” MTK-nın direktoru Ələddin Məmmədhəsənov münasibət bildirib:

"Sakinlərin çıxarış ala bilməməsi və ikinci yük liftinin quraşdırılmaması ilə bağlı şikayətləri var. İkinci yük liftini quraşdırılmasına artıq başlanılıb. Çıxarış almaq üçün də sənədləri müvafiq qurumun Abşeron şöbəsinə vermişik, yəni ləngimə bizim tərəfdən deyil. Şikayəti yəqin çoxdan yazıblar, amm bir 10-15 gündür ki, bu məsələ operativ formada həllini tapır. Liftlərin qoyulmasında gecikmə də subyektiv səbəblərdən idi. Biz bu işləri Alış adlı bir nəfər vardı ona tapşırmışdıq, o da müxtəlif səbəblər göstərib yayınırdı, gah xəstə olduğunu, gah pulunun olmadığını deyirdi. Halbuki biz ona həm pul, həm də obyekt vermişdik. Allahın köməkliyi ilə bir aya bir neçə lift quraşdırılacaq”.

Ələddin Məmmədhəsənov binada vergidən yayınma ilə bağlı iddalara da münasibət bildirib:
“Bu söhbət yalandır. Vergi söhbətini heç pulla həll etmək olar? Onu əvvəl “Rahat” MTK sədri işləmiş Mübariz Vəliyev adlı şəxs deyir. Sakin o söhbətləri heç bilmir də. Bütün vergi yoxlamaları elə Mübariz Vəliyevin dövründə olub. İndi bu gün başqa söhbətlər etməklə deyil ki... Sakinlərə işıq lazımdır, su lazımdır. Sakinin nəyinə lazımdır ki, su və işıq bunun balansındadır, yoxsa başqasının balansında? Bütün bunları yazan Mübariz Vəliyevdir. Sakinlərin adından da şikayət yazan da odur. O elə neqativ hərəkətlərinə və sakinlərin narazılığına görə işdən çıxarılıb. Mübariz Rasimin qohumudur, gətirib işə qoyub, çörək verirdi. Camaatın bu məsələlərə aidiyyti yoxdur. Camaat nə bilir vergi nə qədərdir, nə harada yerləşir? Hansı MTK-nın balansında 800 ton su hovuzu var? Amma bizdə var”.

Binanın yerləşdiyi sahənin özəlləşdirməsi məsələsinə gəldikdə isə MTK direktoru bu məsələdə o vaxt səhlənkarlıq olduğunu deyib: “Mən sənədləri bir-bir göstərə bilərəm. İcra hakimiyyətinin sərəncamı, rəyi, bələdiyyənin rəyi, alqı-satqı müqaviləsi, yəni bütün sənədlər var. Sadəcə, o vaxtı səhlənkarlıq edib, torpağın çıxarışını götürməyiblər. Ondan sonrakı, əvvəlki sənədlərin də hamısı var. İndi bu çıxarış üçün də idarə ilə danışmışıq ki, biz məhkəməyəmi verək, məhkəmə qərar versin, yoxsa özünüzmü məşğul olursunuz? Onlar da əlimizdə olan bütün sənədləri istəyiblər, mən də onları yığıb təqdim etmişəm. Uzağı bir aya onlar bizi sevindirəcəklər. Mən protokolu alan kimi sakinləri çağırıb, sənədi onlara təqdim edəcəyəm. Sakinlərimiz nə məndən, nə də Rasim Həsənovdan narazıdır. Vaxtında bu işlər gecikib, bizim bina Prezidentin güzəştli binalar siyahısına düşüb”.


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!

    “Sahil - S İnşaat” MTK sakinləri aldadır - ...

    30-06-2021, 11:27

  • 
  • “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - Şikayət

    “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - ...

    13-10-2014, 18:18

  • 
  • Şərurlu İsfəndiyar tikdiyi binalara niyə qaz vermir?

    Şərurlu İsfəndiyar tikdiyi binalara niyə qaz ...

    20-10-2014, 10:32

  • 
  • "Konstra" MTK sakinləri aldadıb, pullarını mənimsədi (VİDEO)

    "Konstra" MTK sakinləri aldadıb, ...

    5-03-2020, 21:10

  • 
  • “Rahat” MTK Xırdalanda rahatlığı pozub: Bir tikintinin qanunsuzluqları...

    “Rahat” MTK Xırdalanda rahatlığı pozub: Bir ...

    10-08-2021, 16:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu