GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Əlizadə AMEA-nın “duzuna necə qurd saldı”... - İLGİNC İDDİALAR...

Akif Əlizadə AMEA-nın “duzuna necə qurd saldı”... - İLGİNC İDDİALAR...

Tarix: 8-10-2021, 11:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 300


Mudrik və ağıllı insanlardan biri xırda və çox da önəm daşımayan bir bürokratik maneə ilə üzləşir. Bu mənasız bürokratik əngəli aşmaq, ağlının gücünü toparlayaraq onu həll etmək üçün nə qədər çalışşa belə, mümkün olmur. Axırda əllərini qaldıraraq təslim olur və bu ifadəni işlədir: “Bu yaşıma qədər görmüşdüm ki, hər şeyə qurd düşdüyündə onu duz səpib qurddan azad edərdilər. Amma deyəsən, bu dəfə duzun özünə qurd düşüb”.

Bu məsəli nədən xatırladım, bir azdan qələmə alınacaq bu yazıda baş verən çirkli hadisələrə, olanlar və onların cəmiyyətə və insanlığa vurduğu zərərlərə, doğurduğu fəsadlara toxunduğumda öz-özünə bu məsəl də öz yerini tapmış olacaq. Bakı Dövlət Universitetinin 2-ci Tələbə yataqxanasının ərazisi çox da böyük olmayan, Mirəli Seyidov küçəsinin, 3138-ci məhəlləsi ilə, Şərifzadə küçələrinin qovşağında və AMEA-nın ailəli yataqxanalarına (bir neçə il bundan əvvəl) bitişik və cəmisi 0,8 ha ərazidən ibarətdir. Bu ərazidə BDU-nun 8 və 9 saylı yataqxana binaları yerləşir. Bir neçə il bundan əvvəl sabah saatlarında bu binaların komendantı tərəfindən Milli Elmlər Akademiyası rəhbərliyinin binadan cəmisi 3 metr aralıda yüksək mərtəbəli bina tikintisi üçün çala qazdırdığı barədə xəbər gəlmişdi.

Dərhal bir qrup universitet əməkdaşı baxış keçirmək və araşdırma aparmaq məqsədi ilə, rəhbərliyin göstərişinə uyğun olaraq, əraziyə göndərildi. İndiki şəhərsalma qaydalarının tələbləri və normaları ciddi çəkildə pozulmuşdu. Belə ki, sağda mövcud olan 8 sayli yataqxana binası ilə, qazıntı işləri arasında cəmi bir neçə metr məsafə vardı (Tikildikdən sonrakı vəziyyət isə göz önündə).

Tikinti işlərini aparan “Evrostroy” şirkətinin nümayəndələrinə bu tikintinin təhlükəli və yolverilməz olduğu haqqında bildirilsə belə, "akademik Akif Əlizadəyə müracət edin" cavabını verdilər. Əlavə olaraq ərazinin hasarının qanunsuz söküldüyü və 10 sota yaxın universitetin yataqxana ərazisinə daxil olduqları ilə bağlı xəbərdarlıq və izahat verildi. Bu məqsədlə rayon icra hakimiyyətinə, polis idarəsinə və Tikinti Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və İqtisad Məhkəməsinə bu tikintinin aparılmasının yolverilməzliyi ilə əlaqədar müraciətlər göndərilsə belə, müvəqqəti tikintisi dayandırılsa da, sonradan işlərə daha intensiv start verildi. Məhkəmənin gedişatında sədrlik edən hakimin Elmlər Akademiyasının BDU-ya aid ərazisinin qırmızı xəttini keçdiyi səbəbləri tez-tez xatırlatmasından, çıxarılacaq qərarın universitetin xeyrinə həll olunacağı açıq-aydın görünürdü. Lakin məhkəmə bir ilə qədər davam etdi...

Əslində məhkəmənin getdiyi müdddətdə tikinti işləri dayandırılmalı idi. Amma AMEA-nın başında duran və fəaliyyəti dövründə mənzil biznesinə qoşulan Akif Əlizadə heç kimi nəzərə almadan, tikintini davam etdirməklə universitetin zərərinə qərar çıxartdırmağa nail oldu.

Ən azından şəhərsalma qaydalarına zidd olan və bütün normativ qaydaları pozan, Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Memarlıq və Planlaşdırma Baş İdarəsinin rəisi əvəzindən sənədlərə imza atan Bakı Şəhər İcra hakimiyyəti başçısı işləmiş Hacıbala Abutalıbova gələcək planlaşdırma işlərində səvhlər etməməsi üçün xəbərdarlıq belə edilmədi. Bununla da saxta akademik istəyinə nail oldu. "Saxta" sözünü ona görə yazıram ki, hələ 2015 və 2017-ci illərdə AMEA seçkilərində protokol saxtalaşdırmağı bu ağsaqqal yaşında özünə rəva bilən Akif Əlizadə keçən il dünyasını dəyişən, BDU-nun Fizika fakultəsinin dekanı, Azərbaycanda ilk dəfə Nanotexlogiya elmi istiqamətlərini prioritet sahə bilərək, onun, Bakı Dövlət Universitetində həm elmi məktəbinin qurulmasına, həm də tədrisinin təşkilinə rəhbərlik edən mərhum professor Məhəmmədəli Ramazanovun haqqını tapdalaması, bir-biri ilə ziddiyyət təşkil edən və fərqli mövzulardan ibarət olan bu yazını yazmağa məcbur etdi.

AMEA-ya seçkilər keçirilən günün axşam saatlarında artıq hər kəs prof. Məhəmmədəli Ramazanovu seçkilərdə qələbə qazandığına görə təbrik etmişdi. Amma saat 22.00-dan sonra bu seçkinin nəticələri ilə əlaqədar protokolun necə tərtib edilməsi barədə bizə sızan məlumata görə, guya Prezident Administratiyasının keçmiş rəhbərinin göstərişi ilə dəyişdirilərək, saxtalaşdırılmışdı.

Bu gün İtaliyanın Sapenza Universiteti ilə Elmi müstəvidə yaradılan əlaqələr birbaşa mərhum professorun zəhməti və elmi müstəvidə apardığı müştərək araşdırmaların nəticəsində mümkün olmuşdur. Onun qayğısı və gərgin əməyinin və qurduğu beynəlxalq elmi şəbəkənin nəticəsi olaraq Nano Materialların Fiziki və Kimyəvi kafedrasının yetirmələrinin səsi artıq uzaq Yaponiyadan, İtaliyadan, Dubnadan və s. eşidilməyə başladı. Və təbii ki, buna qısqanclıqla yanaşan məkrli insanlar da yetişirdi və Akiflərin əli ilə öz işlərini görürdülər. Fizika sahəsində onun qurduğu Beynəlxalq əlaqələr günü-gündən öz sərhədlərini genişləndirməsinə nə qədər zəhmət çəkilsə belə, o, bunlara baxmadan öz potensialını və imkanlarını bu yolda xərcləməkdən yorulmurdu. 20-yə yaxın qrant layihəsinin həmmüəllifi olan alimin 230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən, onlardan 112 məqalə “Thomson Reuters” Agentliyinin siyahısına daxil olan və yüksək impakt faktora malik jurnallarda çap olunmuşdu. 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin və 2 dərs vəsaitinin müəllifi olan prof. M. Ramazanov iki dəfə Elmlər Akademiyasına seçkilərdə iştirak etdi, yalnızca nəzəri olaraq qalib gələ bildi.

Yaratdığı və 8 il rəhbərlik etdiyi Nano Materialların Kimyəvi Fizikası kafedrasına 5 milyon dollardan artıq irihəcmli Qrant layihələri gətirərək, onun müvəffəqiyyətlə icra edilməsinə və başa çatdırılmasına nail oldu. Dəfələrlə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının hesabatlarında ilin alimi seçilən mərhum prof. Məhəmmədəli Ramazanov Akif Əlizadə senzurasının qoyduğu barajı adlaya bilmədi. Səbəbsə aydın idi: Hər iki seçkidə Fatma Abdullazadə-Akif Əlizadə cütlüyü bu istəyininin reallaşmasına imkan vermədi. İrihəcmli udulan Qrant layihəsini Sapenza Universiteti prof. Məhəmmədəli Ramazanovun adı ilə adlandırdı, lakin AMEA-da seçkilər Akiflərin əli ilə saxtalaşdırıldı. Bu gün Akif Əlizadə mərhum professorun hələ də canlı olan və tələbələri tərəfindən yaşadılan feysbuk səhifəsini incələmək qabiliyyətinə malik olsaydı, xəcalət çəkə biləcəyini ehtimal etmirəm, yalnızca paxıllığı tuta bilər deyə düşünürəm. Çünki vicdan senzurasını hər kəs özünə tətbiq edə bilmir. Burada 80-lərdə yazılmış bir şeir yadıma düşdü:

Palçıq üstə çıxdı, dağ altda qaldı,

Şikəst üzə çıxdı, sağ altda qaldı,

Zəmanə nehrəsi tərs çalxalandı,

Ayran üstə çıxdı, yağ altda qaldı.

Bütün sahələrdə olan nöqsanları qismən də olsa yoluna qoymaq olur, amma elmdə saxtakarlıq zaman ötdükcə zərər vurmaqda davam edir və bunu elm adamları və ziyalılar çox yaxşı bilirlər.

Hz. Məhəmməd Peyğəmbər elm və savad haqqında demişdir:

“Biliyi ilə xalqı faydalandıran bir alim yetmiş il ibadət edən adamdan xeyirlidir.

İnsanların içərisində iki qrup adam var: alimlər və buyruq verənlər. Bunlar düzgün olsa, bütün insanlar düzələr, bunlar pozulsa, bütün xalq pozular

Bir an elmlə məşgul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir. Alimin yatmazdan əvvəl yatağında bir an kitaba baxması, ibadətlə məsğul olan adamın yetmiş il ibadət etməsindən xeyirlidir”.

Böyük Atatürk ətrafındakılara üz tutaraq: “Gələcəkdə mənim söylədiklərimlə elm arasında ziddiyyət yaranarsa, siz elmi seçin”, - demişdir.

Cənab prezidentimiz İlham Əliyev 2008-ci ildə Bakı Dövlət Universitetindəki çıxışında “Bizim məqsədimiz insan kapitalını intellekt kapitalına çevirməkdir”, - demişdi. Elmli və yaradıcı bir alimin yetişdirilməsi üçün 40 ildən çox zamana ehtiyac vardır. Akademik Akif Əlizadə AMEA-nın rəyasət heyətinin 2017-ci ildəki hesabat-toplantısında çıxış edən mərhum professorun elmi nəticələrinin, onun rəhbərlik etdiyi AMEA-nın Fizika institutunun nəticələrindən çox olduğundan utansaydı və vicdanı olsaydı, yəqin ki, seçkilərin nəticələrinin saxtalaşdırılmasına təzyiq edənlərə ən azından izahlı müqavimət göstərərdi. Bunlara görə, “duza qurd düşüb” məsəli yadıma düşdü. Bəli, mərhum akademik Mahmud Kərimovdan sonra, Akif Əlizadənin əli ilə AMEA-nın duzuna doğrudan da qurd düşdü./
hurriyyet.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AMEA-da ciddi kadr problemi var”

    “AMEA-da ciddi kadr problemi var” ...

    22-11-2013, 11:46

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • AMEA prezidenti Hacıbala Abutalıbovdan kömək istəyib

    AMEA prezidenti Hacıbala Abutalıbovdan kömək ...

    14-01-2015, 16:41

  • 
  • AKİF ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU – Yeni namizədlər axtarılır(Yenilənib)

    AKİF ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU – Yeni ...

    23-10-2019, 11:56

  • 
  • Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

    Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib ...

    22-11-2013, 12:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu