Akif Əlizadə: "AMEA-da çalışmayanların adları siyahıdan çıxarılıb”
Təhsil “Bakıda aspirantlar yataqxanasının yerində tikilən binada mənzil alacaq alimlərin siyahısı müəyyənləşib”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
A. Əlizadə bildirib ki, siyahıda AMEA-da çalışmayanların adları da var imiş: “Siyahıdan belə şəxslərin adları çıxarılıb”.
AMEA preziddenti jurnalistlər kimi, alimlər üçün də mənzillər tikilməsini arzuladıqlarını söyləyib: “Bu, niyyətdir və bununla bağlı ölkə prezidenti qarşısında təşəbbüslə çıxış etmək istəyirik. Jurnalistlər şəhərciyi kimi alimlər şəhərciyi də olsun”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?