GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elçibəy İnstitutunun Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi münasibəti ilə bağlı AÇIQLAMASI

Elçibəy İnstitutunun Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi münasibəti ilə bağlı AÇIQLAMASI

Tarix: 18-10-2021, 12:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 257


30 il əvvəl 1991- ci ilin 18 oktyabrında Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq  və  "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında"  1991-ci il 30 avqust tarixli Bəyannamə rəhbər tutularaq Azərbaycan  xalqının dövlətçilik  tarixinin ən böyük, şərəfli  hadisələrindən biri olan Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu və bu Aktda  müasir müstəqil Azərbaycan Respublikasının   dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsasları təsis edildi.

Məhz 18 oktyabr 1991-ci il tarixli Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı əsas göstərilərək BMT və dünya dövlətlərinə   Azərbaycan Respublikasının beynəlxalq hüququn bərabər hüquqlu subyekti, beynəlxalq aləmin üzvü kimi tanınması barədə müraciət edildi. 7 noyabr 1991-ci ildə qardaş Türkiyə Respublikasının  Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımasından  başlanan müstəqilliyin tanınma sürəci  bu Konstitusiya Aktına istnad edilərək həyata keçib hüquqi qüvvəyə minmiş, Azərbaycan Respublikası beynəlxalq birliyin tam hüquqlü üzvü, beynəlxalq hüququn subyekti kimi tanınmış, BMT-yə üzv qəbul edilmiş, dünya dövlətləri ilə diplomatik münasibətlər qurmuşdur.

Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana daxil olaraq, Azərbaycan Demokratik Respublikasının ərazisini zəbt etməsini, Rusiyanın müstəqil Azərbaycana  silahlı təcavüzü, işğalı və ilhaqı,  SSRİ dövründə Azərbaycana münasibətdə yeridilən siyasəti müstəmləkəçilik siyasəti  kimi dəyərləndirdi və müasir Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikası ilə  varislik əlaqəsini   təsbit etdi. 

1991- ci il oktyabrın 18- də dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının 1920- ci il aprel işğalından sonra represiya, kütləvi cəza tədbirləri, terror və çoxsaylı qurbanlara baxmayaraq  fasiləsiz davam edən istiqlal mübarizəsinin yekunu olmuşdur. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından dərhal sonra ölkə daxilində başladılmış əvvəl açıq,  daha  sonra gizli yürüdülən istiqlal savaşı komunist rejimi tərəfindən yatırıldıqdan və kütləvi təqiblərlə məhv edildikdən sonra müstəqilliyin bərpası uğrunda mücadilə Məhəmməd Əmin Rəsulzadə öndərliyində, Azərbaycan Demokratik Respublikası  xadimlərinin rəhbərliyi ilə Azərbaycan mühacirəti tərəfindən,  Azərbaycan mühacir höküməti kimi fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi, onun leqal təşkilatları olan, M. Ə. Rəsulzadə tərəfindən yaradılmış Ankara mərkəzli Azərbaycan Kültür Dərnəyi və s. ictimai və siyasi təsisatlar tərəfindən böyük fədakarlıqla  yürüdülərək davam etdirilmişdir. Mühacir Azərbaycan Höküməti -Azərbaycan Milli Mərkəzi tərəfindən koordnasiya olunan mühacirətdəki istiqlal mübarizəsi  1918-ci ildə qaldırılmış istiqlal bayrağını enməyə qoymayaraq,  müstəqil Azərbaycan dövləti ideyasının və amalının yaşamasında müstəsna rol oynadı.

XX əsrin 60-cı illərin sonu  70- ci illərin əvvəllərində   kommunist Sovet imperiyasının ən qüdrətli dövründə   Əbülfəz  Elçibəyin Bakıda milli mübarizəyə başlaması ilə istiqlal hərəkatının mərkəzi yenidən SSRİ sərhədləri daxilindəki Azərbaycana keçdi. Ə. Elçibəy    SSRİ-də yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının mili dilinin, milli kadrlarının  siyasi və elmi- mədəni elitadan sıxışdırılması,  onların  karyeraları  üçün süni manelər yaradılması, milli tarixin təlim və tədris olunmaması, xalqların tarix şüurunun təhrif və təxrib edilməsi kimi vasitələrlə ruslaşdırma formasında  assimiliyasiyaya uğradılıb milli varlığının məhv edilməsini göstərərək bunlara  qarşı çıxıb siyasi mücadilə başlatdı. Totalitar kommunist  rejiminin sovet adamlarının fikir, düşüncə və zehniyyətlərinə, hiss və duyğularına hakim kəsildiyi bir mühitdə-dövrdə Elçibəyin təbliğ etdiyi “Şimali Azərbaycan SSRİ-nin, Cənubi Azərbaycan İranın tərkibindən ayrılb müstəqil bir dövlət halında birləşməlidir; Bu dövlət tərəfindən deyil, xalq tərəfindən həll edilmə yolu ilə mümkündür; Dil milləti müəyyənləşdirən amillərdən biridir. Əgər Azərbaycan dili sıxışdırılıb aradan çıxarılarsa və Azərbaycanlıların indiki ərazisi bütov deyilsə (yəni ərazi birliyi yoxdursa) deməli azərbaycanlılar bir millət kimi təşəkkül tapmayacaq, əksinə, öz əlamətlərini itirəndən sonra özü də yox olmağa başlayacaq; Türkdilli  xalqlar birləşib bir Turan dövləti yarada bilər. Onun da mərkəzi Azərbaycan olmalıdır” kimi  ideyalar Azərbaycanda tələbə gənclər və ziyalılar arasında geniş yayılıb  keçən əsrin 20-ci illərindən sonra ilk dəfə   Azərbaycan daxilində  milli hərəkatın təşkilatlanması istiqamətində təşəbbüslərə və real addımlara səbəb oldu.

Ə.Elçibəy SSRİ tipli totalitar cəmiyyətlərdə milli azadlıq, demokratiya, sosial ədalət uğrunda kütləvi hərəkatların bir biri ilə  qarşılıqlı əlaqə forması və taktikası haqqında nəzəriyyəni işləyib hazırlayaraq  istiqlal mübarizəsinin demokratk forma və vasitələrlə, leqal siyasi yolla kommunist totalitar rejiminin idarəçilik mexanizmlərindən də istifadə edərək  aparılmasının mümkünlüyünü və zəruriliyini, milli müstəqilik və demokratik azadlıqların üzvi vəhdətdə olmaqla biri birini şərtləndirib  qüvvətləndirdiyi ideyasını əsaslandıraraq bunu Azərbaycan xalq hərəkatı praktikasında dahiyanə şəkildə tətbiq etdi.  Elçibəyin Azərbaycanın daxilində başlatdığı milli mübarizənin gedişində dövlət müstəqilliyi naminə milli azadlıq hərəkatı demokratik məqsədlər uğrunda hərəkatla birləşdi və milli demokratik hərəkat xarakteri kəsb etdi.

Ə. Elçibəyin Azərbaycanın dövlət müstəqilliyi ideyasını mənimsəyib bu sahədə real mübarizə meydanına atılmış gənclər və ziyalılar 80- ci illərin ikinci yarısında SSRİ-nin totalitar kommunist rejiminə, sosial-siyasi istibdada, istismara  qarşı  çıxaraq, demokratik hüquq və azadlıqlar, sosial ədalət uğrunda mübarizədə fəal iştirak etmiş, habelə  erməni separatçılarının  Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinə qarşı  milli müqavimətə qalxaraq, Azərbaycan Xalq hərəkatının formalaşıb genişlənməsində əsas rol oynayıb, bu hərəkatda  aparıcı mövqe tutdular. Tariximizə Mili Dirçəliş günü kimi daxil olmuş, milyonlarla insanın cəlb olunduğu 1988- ci il 17 noyabr hərəkatı müstəqilik ideyasının yayılmasında mərhələ xarakterli əhəmiyyətli rol oynadı.  

1989- cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında, “Azərbaycan Demokratik Respublikası haqqında” “Azərbaycanın dövlət suverenliyi haqqında”, “SSRİ-də yaşayan türk xalqlarının vəziyyəti haqqında” proqram statuslu qətnamələrin qəbul edilməsi ilə Elçibəyçi Azərbaycan Xalq Cəbhəsi formalaşdı. 1988- ci ilin əvvələrində SSRİ-də gedən proseslərin təsiri  nəticəsində kütləvi müstəqil ictimai-siyasi təşəbbüslərin təşkilatlandırılması forması kimi meydana gələn Azərbaycan Xalq Cəbhəsinin  Elçibəy ideyalarını qəbul edib milli demokratik  platformaya çevrilməsi,   bu hərəkat- təşkilatın  həqiqətən xəlqi, kütləvi və ümümmilli bir təşkilat və hərəkat kimi uğurlarını təmin etdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ümumxalq təşkilatı tərəfindən idarə olunan və yönləndirilən mərhələyə daxil oldu. 

1989-cu ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi ictimai təzyiq nəticəsində Azərbaycan SSR Ali Soveti SSRİ-də Baltik respublikalarından sonra ilk dəfə olaraq respublika qanunlarının İttifaq qanunları üzərində prioritetliyini bəyan edən “Azərbaycan SSR- in iqtisadi suverenliyi haqqında” Qanunu qəbul etdi. 1990- cı ilin 20 yanvarında İmperiyanın Azərbaycana hərbi təcavüzlə törətdiyi qətliam zamanı xalqın milyonlarla Azərbaycan insanının dünyanın ən güclü ordularından birinə qarşı əliyalın müqavimətində ifadə olunmuş iradəsini əsas götürərək,  öz proqram prinsiplərinə uyğun olaraq,  Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın SSRİ tərkibindən çıxmaqla tam müstəqil dövlət olması uğrunda mübarizəyə başladığını elan etdi.

Totalitar idarəçilik  rejiminin saxlandığı, antidemokratik   şəraitdə demokratik mübarizə formalarından istifadənin nümunəsi olan 1990- cı il Ali Sovet seçkilərindən sonra tarixdə  “Demokratik Blok “ kimi qalmış, əksəriyyətini Azərbaycan Xalq Cəbhəsi üzvü  olan deputatların təşkil etdiyi “Müstəqil Azərbaycan” Deputat Bloku fəaliyətə başladığı ilk andan Azərbaycan Xalq Cəbhəsinin təşkilati və kütləvi aksiyalarda ifadə edilən dəstəyinə arxalanaraq SSRİ tərkibindən çıxmaqla  Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq məsələsini parlament müstəvisinə gətirdi. 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referendum keçirilməsinə qarşı parlamentdə aparılan  mübarizə, Elçibəylə birlikdə həmin deputatların bir qrupunun keçirdiyi aclıq aksiyası müstəqillik uğrunda mücadilə tariximizin parlaq səhifələrindən oldu və 43 nəfərdən ibarət bu deputatlar xalq tərəfindən istiqlalçı deputatlar adına layiq görülərək, istiqlal tarixinə  yazıldılar. 

1991-ci ilin avqustunda Moskvada imperiyapərəst qüvvələrin SSRİ-ni saxlamaq  məqsədilə həyata keçirdikləri dövlət çevrilişi cəhdinə qarşı  SSRİ-də ilk olaraq Azərbaycan Xalq Cəbhəsinin sədri  Əbülfəz Elçibəy Bəyanat verərək Azərbaycan xalqını demokratiyanı müdafiə etməyə və müstəqillik uğrunda açıq mübarizəyə çağırdı.  Həmin günlərdə Ə. Elçibəyin liderliyində Azərbaycan Xalq Cəbhəsinin mübarizəsi və Moskvada  imperiyapərəst qüvvələrin qiyamının yatırılmasından sonra yaranmış siyasi vəziyyətin təsiri altında  Azərbaycan Respublikasının  Ali Soveti avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannaməni qəbul edərək, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi qərarını aldı və 18 oktyabr 1991- ci il tarixində Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.

 Ə.Elçibəy müstəqil Azərbaycan dövlətinin yaranmasının xalqımızın tarixində yerini, rolunu və əhəmiyyətini aşağıdakı şəkildə dəyərləndirirdi: ”Milli Azadlıq Hərəkatının indiki mərhələdə əsas nailiyyəti olan Azərbaycan Respublikası bu hərəkatın bundan sonrakı uğurlarının əsas şərti və vasitəsidir. Yəni güneyin, həm də digər yurdların taleyi həlledici şəkildə Azərbaycan Respublikasının taleyindən asılıdır. Azərbaycan Respublikası hansı dövlətin ərazisində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli- siyasi sərvətidir. Bu ideya hər bir azərbaycanlının şüuruna hakim olmalıdır. Güclü, inkişaf etmiş, öz vətəndaşına ləyaqətli həyat təmin edən, dünya dövlətləri sırasında  layiqli yer tutan  Azərbaycan Respublikası qələbəmizin mənbəyidir”. 30 illik müstəqillik tarixi bu dəyərləndirmənin əyani sübutudur.

2020- ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Xalqının erməni işğalçıları üzərində tarixi zəfəri, işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsi, erməni ekspansiyasının dayandırılması və erməni faşizminin həlledici şəkildə sarsıdılması Azərbaycan Respublikasının müstəqil dövlət olması sayəsində mümkün olmuşdur. 2020-ci il müharibəsində qələbə həm də Azərbaycan xalqının dövlətqurucu, dövlət yaradan, dövlətini qoruyub saxlamağa, müdafiə etməyə, möhkəmləndirməyə qadir olan xalq kimi qüdrətini və potensialını ortaya qoymaqla, bütün dünyaya nümayiş etdirmişdir.

Elçibəy İnstitutu əziz xalqımızı dövlət müstəqilliyimizin bərpasının 30 illiyi münasibəti ilə təbrik edir və dərindən inanır ki, istiqlaliyyətini bərpa edib müstəqil dövlət qurduğu   kimi, müstəqil dövlət olmanın imkan və resurslarından tam şəkildə yararlanaraq, Rəsulzadə-Elçibəy yolu  ilə ən müasir mədəniyyətlər səviyyəsində inkişaf etmiş, demokratik dəyərlər və azadlıqların bərqərar olduğu, vətəndaşlarının təminatlı rifah içərisində yaşayacağı Azərbaycana da çatacaqdır. 


GÜNDƏMXƏBƏR.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür ...

    18-10-2019, 10:10

  • 
  • Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə parad keçiriləcək

    Sentyabrın 15-də Bakının azad edilməsinin 100 ...

    13-09-2018, 15:45

  • 
  • 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi ...

    18-10-2018, 11:11

  • 
  • Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir

    Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq ...

    20-06-2018, 12:26

  • 
  • Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI

    Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI ...

    24-07-2013, 13:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu