“Mətbuatda mənim biznesimin olması haqda yazılanlar yanlışdır, tamamilə cəfəngiyyatdır”. Bunu Avropa.info-ya açıqlamasında keçmiş təhsil naziri, hazırda Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışan Misir Mərdanov nazir vəzifəsindən uzaqlaşdırılandan sonra böyük biznes fəaliyyəti ilə məşğul olması haqda mətbuatda yazılanlara münasibət bildirərkən dilə gətirib. Sabiq təhsil naziri fəaliyyəti boyunca yalnız təhsil və elmlə məşğul olduğunu bildirib: “Mən kemişdə də, indi də yalnız və yalnız təhsil və elmlə məşğul olmuşam”. Mətbuatda Novxanıda yerləşən və hazırda rekonstruksiya olunan “Olimpik Hotel”-in ona məxsus olması barədə yazılanlara gəlincə, M.Mərdanov bunu da “cəfəngiyyat” adlandırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?