GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » UNEC şefinin UNİKAL TƏFƏKKÜRÜ... - VALLAH, AYIBDIR...

UNEC şefinin UNİKAL TƏFƏKKÜRÜ... - VALLAH, AYIBDIR...

Tarix: 20-10-2021, 12:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 273

Məlum olduğu kimi Tarif Şurası əhali, sənaye, xidmət, ticarət və aqrar sektor üçün qazın və elektrik enerjisinin qiymətlərini artırıb. Bu barədə qərar Tarif Şurasının 16 oktyabr iclasında qəbul edilib. Şuranın qərarları noyabrın 1-dən qüvvəyə minəcək. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə bəzi eksprtlərin süni bəhanələri etirazla qarşılanıb. Bu sırada Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun facebook paylaşımı qəzəb doğurub. Gundemxeber.Az olaraq cumhuriyyet.az-a istinadən həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq: “TARİF DƏYİŞİKLİYİNİN SƏBƏBLƏRİ:

– təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir və təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına (!) və dövlət büdcəsindən asılılığın artmasına (!) səbəb olur;
– qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına (!) qarşılanmaqdadır;
– dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb (!). İlin əvvəlində 1.000 kub metri 335 dollar olan təbii qaz oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında (!) təklif olunub;
– Azərbaycanda təbii qazın qiymətləri region və Avropa ölkələri ilə müqayisədə ucuzdur (!). 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik:
o Türkiyədə – 36 qəpik;
o Ukraynada – 87 qəpik;
o Gürcüstanda – 29 qəpik;
o Belarusda – 34 qəpik”.
Son 15 ildə kommunal xərclər artanda ənənəvi arqumentlər səsləndirilir. ADİU kimi ölkənin əsas iqtisadi təhsil ocağının rəhbərinin də eyni fikirlər səsləndirib, Azərbaycanda qazın qiymətini qaz istehsal etməyən ölkələrlə müqayisə etməyi gülüncdür. Cənab rektor başqa ölkələrlə müqayisə aparanda tariflərin səviyyəsinə görə deyil, əhalinin gəlirləri nöqteyi-nəzərindən müqayisə aparın, kommunal idarəçiliyi şəffaflaşdırmadan, xərclərin səmərəliliyini təmin etmədən tarif artımı gözlənilən iqtisadi səmərəni verməyəcək. Ölkədə yoxsulluğun və işsizliyin real miqyasını ölçən mexanizmlər yoxdur ki, bütün gerçək yoxsular və işsizlər zəruri sosial müdafiə mexanizmləri vasitəsilə bu cür qiymət artımlardan qoruna bilsinlər. Ə.Muradovun diqqərtinə bir faktı da çatdıraq ki, son 4 ayda təbii qazın qiyməti orta hesabla 50%-ə, suyun qiyməti 2 dəfəyə, elektrikin qiyməti isə 20%-ə yaxın artıb. Pis-yaxşı müavinət-maaş pensiya alanları bir kənara qoyaq (hərçənd ki, onların da böyük əksəriyyəti də işləyən-pensiya alan yoxsullardır), onminlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq? Hansı sosial müdafiə mexanizmləri onlara dəstəyin yolunu açacaq?.
Azərbaycan 2005-ci ildən sonra böyük neft bumu nəticəsində əldə etdiyi nəhəng gəlirlər sayəsində zəngin dövlətə çevrildi, Dünya Bankınını təsnifatında orta aşağı gəlirli ölkədən orta yuxarı gəlirli ölkəyə çevrildi, amma yoxsulluğu ölçən standart və normativlər hələ də 2005-2006-cı illərdə qalıb. 0.1 ha torpağı olanı da, 10 ha torpağı olanı da eyni dərəcədə işləyən, yoxsul olmayan vətəndaş sayırsınız. Bu ölkədə on minlərlə ailə, yüz minlərlə vətəndaş bir həyətyanı torpaq sahəsi boyda pay torpağı almaq hesabına özünü nə gerçək işsiz, nə gerçək yoxsul kimi hökumətə tanıda bildi.
Görünür, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun özünün iqtisadi təhsilə ehtiyacı var. Belədirsə, “ağası gülüm olanın..”

Yeri gəlmişkən, Ədalət Muradovun Universitet daxilində islahatları da maraqlıdır. Belə ki, o 2016-cı ilin fevral ayında bir neçə kafedranı birləşdirərək “Maliyyə və maliyyə institutları” kafedrasını yaratmışdı. Həmin vaxt ali təhsil sahəsində heç bir təcrübəsi olmayan keçmiş maliyyə nazirini birdən-birə belə bir ağır çəkili kafedraya müdir təyin etmişdi. Əvəz Ələkbərov həm də universitetin “Professorlar Klubu” rəyasət heyətinin sədri seçdirilmişdi. Bir ay öncə isə , rektor Ədalət Muradov bu gün Əvəz Ələkbərovun müdir olduğu qalmaqallı kafedranı ləğv edərək yeni bir kafedra yaradıb… Maraqlıdır ki, yeni kafedraya isə Əvəz Ələkbərov təyin edilməyib… Görünür, ləğvetmədə məqsəd sabiq maliyyə nazirini “oyundan kənar vəziyyətə” salmaq imiş.
Bəs niyə bir neçə il əvvəl yaradılmış “Maliyyə və maliyyə institutları” kafedrası ləğv edildi? Mənbə bildirir ki, Əvəz Ələkbərov Prezident İlham Əliyevə teleqram vuraraq bu ədalətsizliyin qarşısının alınmasını xahiş edib. Məsələ ilə bağlı Əvəz Ələkbərovun mövqeyini öyrənməyə çalışırıq.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Tarif Şurasının qərarını ləğv etdi - ŞAD XƏBƏR

    İlham Əliyev Tarif Şurasının qərarını ləğv etdi - ...

    14-01-2015, 13:10

  • 
  • Cənub rayonlarında maye qazın qiyməti qalxdı

    Cənub rayonlarında maye qazın qiyməti qalxdı ...

    3-01-2014, 00:35

  • 
  • Benzin və neft məhsulları bahalaşdı

    Benzin və neft məhsulları bahalaşdı ...

    3-12-2013, 00:57

  • 
  • Metropolitendən qiymət artımı anonsu…

    Metropolitendən qiymət artımı anonsu… ...

    30-11-2016, 13:51

  • 
  • Tarif Şurasından növbəti “şok” yanvarın 15-də gözlənilir

    Tarif Şurasından növbəti “şok” yanvarın 15-də ...

    4-12-2013, 13:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu