Ekspert: “Qiymət sıçrayışları 2025-ci ilədək davam edəcək”
Tarif Şurasının dekabrın 3-də gecəyarısı neft məhsullarının qiymətlərini kəskin artırması Azərbaycanda uzunmüddətli bahalaşma dalğasının başlanğıcıdır. Bu barədə yerli iqtisadçı-ekspertlərdən biri ABC agentliyinə şərhində bildirib. Ekspert deyib ki, neft hasilatının və ixracının azalması qiymət artımının əsas səbəbidir.
“Bu motivlə əsaslandırılmış qiymət artımları neft amilinin iqtisadiyyatda tam aradan qaldırılacağı vaxta qədər - 2025-ci ilədək davam edəcək. Özü də qiymət artımları sıçrayışla formasında olacaq və bunun iqtisadi baxımdan əsaslandırılmamış, qeyri-ədalətli olduğu görünəcək” - deyə iqtisadçı-ekspert bildirib.
Xatırladaq ki, bir gün əvvəlki qiymət artımları həm ekspertlər, həm də cəmiyyət tərəfindən əsassız olaraq qiymətləndirilib. Parlamentdə də bu qərarın düzgün olmadığı haqda fikirlər səsləndirilib.
Ekspert deyib ki, hazırda tariflər iqtisadiyyatı nizamlamaq üçün yeganə alətdir və faktiki olaraq iqtisadiyyatın qeyri-effektivliyi istehlakçıların cibləri hesabına ört-basdır edilir. Ekspert gözləyir ki,Tarif Şurası növbəti bahalaşma qərarını yanvarın 15-dək verəcək. Həmin tarixə qədər əhaliyə satılan təbii qazın, elektrik enerjisinin, içməli suyun, kanalizasiya xidməti tariflərinin və digər tariflərin artırılacağı gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?