GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Tarix: 22-10-2021, 14:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 632


Sabiq Baş Qərargah rəisinin karton zavoduna şərikliyi və baş verən ilginc hadisələr...


6 il əvvəl Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə ifşa olunandan sonra xüsusən iş adamları dərindən nəfəs aldılar. Bu, səbəbsiz deyildi. Eldar Mahmudov ona göstərilən etimaddan sui-istifadə edib iş adamlarına qan uddururdu. Böyük rezonans doğuran bu ifşa prosesindən və ölkə rəhbərliyinin ortaya qoyduğu prinsipial mövqedən sonra bir daha oxşar cinayətlərin təkrarlanmayacağı ehtimal olunurdu. MTN-də yuva salan dəstənin ifşası Eldar Mahmudovun yolunu getmək istəyənlərə də bir dərs olmalı idi. Təəssüf ki, belə olmadı...


Baş redaktorun başına gətirilənlər


Tanınmış baş redaktor Emin Eminbəylinin üzləşdiyi cinayətə bərabər qanunsuzluqlara Müdafiə Nazirliyinin sabiq baş Qərargah rəisi Nəcməddin Sadıkovun və onun qudası Elçin Muradovun adı qarışıb.
Emin Eminbəyli  2001-ci ildə jurnalistikadan uzaqlaşandan sonra iş qurub, kiçik biznes fəaliyyətinə  başlamağı qərara alıb. Bir neçə yaxını ilə Almaniyada "EPT-Almaniya” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. Həmin ili Almaniyada keçirilən hərracda sutkada  50 ton  kağız tullantılarından xrom-erzas karton istehsal edən zavod alıb. Şərikləri arasında alman, türk və bolqar iş adamları da olub. Müzakirələrdən sonra qərara alırlar ki, zavodu söküb Azərbaycana gətirsinlər. Bunun üçün onlara həm  maliyyə dəstəyi, həm də hakimiyyətlə münasibətləri tənzimləyə bilən adam lazım idi. Hakimiyyətə yaxınlığı və real maliyyə imkanı olan bir neçə iş adamı ilə görüşürlər. Onları karton istehsalının rentabelli olmasını təsdiqləyən hesablamalarla tanış edirlər. Emin Eminbəyli hələ birinci Qarabağ savaşından yaxın münasibətdə olduğu Nəcməddin Sadıkovla da görüşür. Bu o vaxtlar idi ki, müdafiə naziri Səfər Əbiyevlə münasibətləri gərgin olan Nəcməddin Sadıkovun Baş Qərargah rəisi vəzifəsində çıxarılması məsələsi gündəmdə idi. Nəcməddin Sadıkov ona edilən təkliflə razılaşır.
Emin Eminbəyli

Bir şərtlə ki, rəsmiyyətdə onun adı çəkilməsin, başqasının adı olsun. Şəriklər üçün bu, prinsipial əhəmiyyət daşımır. Uzun müzakirələrdən sonra karton zavodu tərəflər arasında dörd milyon ABŞ dolları ilə dəyərləndirilir və iki tərəf arasında 50-50 bölüşdürülür. Görüşdə Sadıkovun qaynı Gərayxan Gərayxanov da iştirak edir. Və bütün məsələlərdə onun təmsilçisi olacağı tərəflər arasında razılaşdırılır. Nəcməddin Sadıkov bu iş üçün 2 milyon ABŞ dolları sərmayə yatırmalı idi. Zavodun sökülüb gətirilməsi, himayədarlıq edilməsi də onun üzərinə düşürdü. Bu da qeyd edilməlidir ki, razılaşma imzalanana qədər qarşı tərəf Almaniyaya mütəxəssis göndərib zavodun texniki parametrləri, vəziyyəti, qiyməti ilə maraqlanmışdı. İtaliyadan olan həmin mütəxəssis zavodla bağlı geniş bir rəy yazıb sifarişçiyə təqdim etmişdi. İtalyan mütəxəssis zavodun texniki vəziyyəti ilə bağlı müsbət rəy vermiş və bildirmişdi  ki, zavodun real dəyəri 7 milyon ABŞ dolları civarındadır. Bu qədər vəsaitin ayrılması iqtisadi baxımdan sərfəlidir, dünya bazarındakı karton məmulatına artan tələbata görə  sərmayə riski  yox dərəcəsindədir.

Gundemxeber.Az musavat.com-a istinadla bildirir ki, məhz bu rəydən sonra şəriklik təklifi Nəcməddin Sadıkovun qaynının adına nəzərdə tutulan kimi rəsmiləşir. İlkin olaraq texniki məsələləri həll etmək üçün 300 min ABŞ dolları vəsait xərclənir. Bu vəsaitlə  zavodu sökmək üçün 15 nəfərdən ibarət mütəxəssis və  fəhlə Azərbaycandan Almaniyaya ezam edilir. Drezden şəhərinin yaxınlığında yerləşən  zavod 6 ay müddətinə sökülüb, 44 ədəd yük konteyneri ilə Azərbaycana göndərilir. Abşeron rayonu ərazisində "Binəqədi Dəmir Beton ASC”nin bir hissəsini alıb zavodu oradakı korpuslardan birində quraşdırmaq üçün zəruri addımlar atılır.
Nəcməddin Sadıkov alınan istehsalat korpusunun bir hissəsinin qaynının və oğlunun adına keçirilməsini istəyir. Etiraz edilmir. Bir şərtlə ki, zavod quraşdırılıb qurtarana qədər o, tərəflərin razılığı olmadan heç kimə satıla bilməz. Təklif protokollaşdırılır və tərəflər onu imzaları ilə təsdiqləyir.
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər məsuliyyətə cəlb olunub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi


Gözlənilməz təklif

Zavod sökülərək ölkəyə gətiriləndən sonra Nəcməddin Sadıkov zavodun gəlirinin 80 faizinin "yuxarı”lara verilməsini "yuxarı”ların şərti kimi şəriklərə bildirir. Əks təqdirdə, zavodun işləməsi mümkünsüzdür. Şəriklər bu təklifi öz aralarında  müzakirə edir və təbii ki, təkliflə razılaşmırlar. Avadanlıq bir ildən artıq elə konteynerlərin içərisində qalır. Ondan sonra Nəcməddin Sadıkov zavodu Dərbəndə aparıb orada quraşdırmaq təklifini verir. Çıxış yolu olmayan şəriklərin razılaşmaqdan başqa əlacları qalmır. Tərəflər Dərbənddə "EPT- Dərbənd” birgə müəssisəsi yaradıb zavodu bu dəfə Dərbəndə daşıyır və Türkiyədən mütəxəssislər dəvət edib "Dərbənd Cilalayıcı Dəzgahlar Zavodu”nun bir korpusunda karton  zavodunu quraşdırmağa başlayırlar.

İldırım çaxdı, buludlar çəkildi, günəş hər tərəfi işıqlandırdı

Zavod Dərbənddə quraşdırılıb, işlərin tamamlandığı vaxt  Nəcməddin Sadıkovun həyatında dəyişikliklər oldu.  Elçin Muradovla qohumlq onu Səfər Əbiyev təhlükəsindən qurtardı. Daha onun karton zavoduna ehtiyacı qalmadı. Müdafiə Nazirliyinin bir sahəsi onun ixtiyarına verildi. Bu, yüksəkliyə uçuşun hələ başlanğıcı idi.

O, üzərinə götürdüyü öhdəlikləri bir anın içərisində unudur. Şərikləri ilə təmaslarını kəsir. Necə deyərlər, ayaqları yerdən üzülür. Yüksələ bildikcə səmalara yüksəlməyə başlayır. Amma bu arada imkan tapıb zavodun iki korpusunu oğlu və qaynının adına özəlləşdirməyi də unutmur. Şəriklərini yenə də aldada bilir. Bu dəfə general poqonuna and içir. Amma yenə sözünün üstündə durmur.
Karton istehsalından gələn gəlir nazirlikdə möhkəmlənmiş mövqeyinin dividentinin yanında onun üçün heç nəyə çevrilir. Başı daha ciddi işlərə qarışır. Hərbi hissələrin ərazisində mülklər tikməyə və s.
Şəriklər 19 ildir ki, Nəcməddin  Sadıkovun verdiyi "general sözü”nün ziyanını çəkməklə məşğuldurlar. "Qara gün” üçün nəzərdə tutulan zavod indiyədək Dərbənddə ağzı günə qalır.
Elçin Muradov Eldar Mahmudov rolunda
Dərbənddən əli üzülən Emin Eminbəyli respublikada Eldar Mahmudov təhlükəsi sovuşandan sonra  yenidən bir iş görmək qərarına gəlir. Nəcməddin Sadıkovun oğlu və qaynının (notarial şəkildə) razılığı ilə həmin korpusu abadlaşdırır. Dam örtüyünü təzələyir, işıq, qaz, su xətti çəkdirir. Yeri betonlayır. İnzibati idarə binası tikdirir. Bir sözlə, xeyli xərcdən sonra korpusu normal vəziyyətə salır. Bir neçə şəriki ilə birlikdə ağac yonqarlar pilitəsi (DSP) istehsal edən mini zavod quraşdırmağa başlayır. İrandan mütəxəssislər dəvət edir. Zavodu işə salmaq üçün olan-qalan əmlaklarını satmalı olur. İşlər başa çatmağa yaxın məlum olur ki, həmin istehsalat korpusunu  Nəcməddin Sadıkov qudası Elçin Muradovun adına keçirib...
Emin Eminbəyli Elçin Muradovla görüşür və bütün olanları ona danışır. Elçin Muradov sanki bütün olanlardan xəbərsiz kimi təəssüfləndiyini bildirir. Bundan sonra Elçin Muradov Nəcməddin Sadıkovun qaynını çağırtdırır və Emin Eminbəylinin dediklərinin həqiqət olduğunu dəqiqləşdirəndən sonra bu işdə onların haqsız olduqlarını söyləyir. Bundan sonra Emin Eminbəyliyə öz işini davam etdirməyi, heç kimin onun işinə müdaxilə edə bilməyəcəyinə söz verir.
Bundan sonra Emin Eminbəyli  zavodu işə salmaq üçün bu sahədə səriştəli olan bir firma ilə uzunmüddətli müqavilə bağlayır. Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün iranlı mütəxəssislər zavodun müxtəlif sahələrini müasir tələblərə uyğunlaşdırmaq təklifini verirlər. Bu təkliflər reallaşdırılmağa başlanır. İşlər yekunlaşan vaxtı...

Təkrar göy guruldayır və...

Bu dəfə meydana Elçin Muradovun özü atılır. Qudası Nəcməddin Sadıkovun 20 il əvvəl açdığı oyunu bu dəfə özü təkrarlamaq  istəyir.  Daha bilmir ki, artıq iş adamlarının arxasında Azərbaycan Prezidentinin özü dayanıb. Və dəfələrlə bunu iş adamlarına elan edib.
Bu çıxışları izləsəydi, bu qəbildən olan vərdişindən və xasiyyətindən əl çəkərdi. Ən azından yaxşı nəticə verməyəcək səhvini təkrarlamazdı. Və bir də Elçin Muradov Eldar Mahmudovun yerişini yeriyə bilməsə də, heç olmasa ayaqqabısını geyməyə cəhd etməzdi.
Daha ölkədə "kim nə istəyir edə bilər” dövrü arxada qalıb. Nəcməddin Sadıkovun hərbidə "at oynatdığı” zamanlar da tarixə çevrilib. İndən sonra onun etdiklərinin istintaqı zamanı əməllərinin cavabının verilməsi vaxtı gəlir.
44 günə arxalı düşmənin arxasını yerə vuran Azərbaycan Prezidenti bu gün iş adamlarının arxasındadır. Elçin Muradov, Nəcməddin Sadıkovun düşdüyü vəziyyətdən nəticə çıxarmırsa, ən azı Prezidentin qətiyyətindən nəticə çıxarmalıdır. Yoxsa axırı qudası kimi olacaq. Bəlkə ondan da pis...

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu

    Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu ...

    28-01-2021, 10:54

  • 
  • Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə rəsmi reaksiya - Nazirlikdən açıqlama

    Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə ...

    10-05-2016, 22:43

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

    Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan ...

    28-01-2021, 13:31

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu