GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nə veteranlıq vəsiqəsindən, nə də müavinətdən xəbər var - Nazirlər Kabineti komissiya yaradıb, amma...

Nə veteranlıq vəsiqəsindən, nə də müavinətdən xəbər var - Nazirlər Kabineti komissiya yaradıb, amma...

Tarix: 22-10-2021, 16:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 406

"Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşlərə qatımışam, ötən ilin dekabr ayında ordudan təxris olundum. Amma 10 ay keçməsinə baxmayaraq, nə veteranlıq vəsiqəsini, nə də müavinət ala bilməmişəm. İki dəfə hərbi komissarlığa müraciət etdim, bildirdilər ki, bu məsələ ilə komissiya məşğul olur, bizlik deyil".

Gundemxeber.az xəbər verir ki, bunları "AzPolitika.info"-ya müraciət edən Şəmkir sakini Elşən Nağıyev bildirir. O, həm də veteranlıq müavinətinin hansı tarixdən hesablanacağından narahatdır: "Əslində, müharibənin başladığı gündən hesablanıb, ödəniş edilməlidir. Bunu edəcəklər, ya yox, bu müəmmalıdır". 

Kimlər müharibə veteranı hesab edilir və hansı sənəd tələb olunur?

Mövcud qanunvericiliyə görə, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

Şəxsin müharibə veteranı hesab edilməsi üçün “Müharibə veteranı vəsiqəsi” tələb olunur.

Xatırladaq ki, bu il aprelin 23-də Prezident İlham Əliyev “Veteranlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qərar verib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edək ki, bu ilin yanvar ayının 30-da Nazirlər Kabinetinin qərarı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə komissiya yaradılıb. Baş nazirin müavini Yaqub Eyyubovun sədrlik etdiyi quruma güc nazirlikləri və ədliyə, səhiyyə, sosial qurumlarda müavin postu tutan şəxslər üzv təyin edilib. Ötən 10 aya yaxın müddətdə komissiyanın hansı işlər gördüyü barədə heç bir məlumat yoxdur. Paradoksal haldır ki, Müdafiə Nazirliyi tərəfindən müharibə iştirakçılarının bir çoxu orden və medallarla təltif olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə döyüşlərdə yaralanaraq əlil olmuş 2 min nəfərdən artıq qaziyə müxtəlif dərəcəli əlillik qrupları təyin edib, onlar hazırda müəyyən edilmiş həcmdə müavinətlər alırlar. Amma müxtəlif mənbələrin məlumatına görə, sayı 80 min nəfərdən artıq olan müharibə iştirakçılarının veteranlıq statusu düyünə düşüb. Komissiya bu günə qədər hansı işləri görüb, müavinətlər hansı aydan hesablanacaq, təltif olunmuş hərbçilərə əlavə ödənişlər olacaqmı və s. suallar açıq qalıb.

Nazirlər Kabinetinə bu barədə ünvanladığımız suala cavabda bildirildi ki, hələlik yeni bir məlumat yoxdur.

Hərbi ekspert Ədalət Verdiyev yaranmış vəziyyəti "AzPolitika.info"ya şərh edərkən bildirib ki, Nazirlər Kabinetində yaradılan komissiya ötən 9 ay müddətdində yalnız bir dəfə, vəsiqələrin alınmasında hansısa dəyişiklik olacağı barədə açıqlama verib. Onun sözlərinə görə, bundan başqa sözügedən komissiyanın nə iş gördüyü bu günə qədər bəlli deyil: "Əslində, hərbçilər öncə veteran olur, sonra orden, medalla təltif edilir, yaxud qazi olurlar. Bizdə isə tam tərsinədir. Hərbçi müharibədə döyüşüb, əlini, ayağını, müxtəlif orqanlarını itirib, Prezident tərəfindən mükafatlandırılıb, lakin onun veteran olub-olmadığı hələ də müzakirə olunur. Əlbəttə, bəzi məsələlərin həlli bir müddət tələb edə bilər. Amma müharibə əlillərinin, qazilərin veteranlığının müzakirə edilməsi absurd məsələdir. Mən bunu nə qəbul edə, nə də anlaya bilmirəm".

Hərbi ekspert hesab edir ki, bu komissiyanın üzvlərindən biri təcili qaydada, bəlkə də media vasitəsi ilə çıxıb ləngimənin səbəblərini ictimaiyyətə, döyüşçülərimizə açıqlamalıdır. "Çünki problem uzun müddətdir davam edir və heç bir nəticə yoxdur. Veteranlardan mənə müraciət edənlərin sayı çoxdur. Onlar bildirirlər ki, keçən ilin sentyabrından bu günə qədər veterandırlar, amma 80 manatlıq vəsaiti nə zaman alacaqlar, onu bilmirlər", - ekspert əlavə edib.

Maraqlıdır, bəs həmin vəsait hansı tarixdən ödəniləcək?

Ə.Verdiyev təəssüflə vurğulayır ki, onun özü də bu suala cavab tapa bilmir: "Sizlərdən xahiş edirəm, Nazirlər Kabinetinin nəzdində olan bu komissiyanın üzvlərindən birini tapın, açıqlama alın. Bu məsələ mənim üçün də maraqlıdır".

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ qazisi veteran statusu ala bilmir - ŞİKAYƏT

    Qarabağ qazisi veteran statusu ala bilmir - ...

    24-06-2021, 17:00

  • 
  • Sumqayıt səhiyyəsinin müdiri müharibə iştirakçısından 6 min rüşvət tələb edən həkimi müdafiə edib-VİDEO/FAKT

    Sumqayıt səhiyyəsinin müdiri müharibə ...

    19-01-2021, 13:44

  • 
  • Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

    Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - ...

    28-04-2021, 10:30

  • 
  • “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi

    “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi ...

    26-11-2020, 15:46

  • 
  • Daha bir əlil haqqını tələb edir... - Müraciət...

    Daha bir əlil haqqını tələb edir... - Müraciət... ...

    1-05-2021, 14:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu