GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səngəçalda işçilərə divan tutan KİMDİR? - NARAZILIQ!

Səngəçalda işçilərə divan tutan KİMDİR? - NARAZILIQ!

Tarix: 23-10-2021, 10:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 356

Səngəçalda yerləşən “Müasir Qaz, Beton Zavodu AAC” MMC-də əvvəllər direktor olmuş Ceyhun Əliyev işçilərə qarşı yaxşı münasibətdə olmayıb. Zavod Hörgü Blokları və əhəng istehsalı ilə məşğuldur. İşçilərin bildirdiyinə görə, bir dəfə əvvəlki direktor Ceyhun Əliyev 65 işçinin əmək haqqını qanunsuz olaraq aşağı endirib. Nəticədə həmin işçilərin hamısı ayağa qalxaraq etirazlarını bildiriblər. Məsələnin çox şişdiyini görən C.Əliyev məcbur olaraq işçilərin əvvəlki əmək haqqını bərpa edib. Amma onu yeyib-dağıtmaq kimi əsas məqsədindən döndərən işçilərdən qisas almağa vaxt tapmayıb. Çünki şikayətçi işçilərin müxtəlif dövlət orqanlarına yazdıqları şikayət məktubları sayəsində C.Əliyev işi ilə vidalaşmalı olub. Ancaq yaxın dostu və həmyerlisi olan (Tovuzdandır) Ayaz Əliyevi hansı yollarlasa, yerinə direktor təyin etdirməyə nail ola bilib.

Deyir, əl əli yuyar, əl də üzü. İşçilərin “Təzadlar"a verdiyi məlumatlara görə, Ayaz Əliyevin qardaşı Aydın Əliyev Şəmkirdə hansısa zavodun rəhbəridir. Işdən çıxarılan Ceyhun Əliyev də elə Aydın Əliyevin müavini vəzifəsinə işə düzəlib. Yəni, Ayaz Əliyev onu direktor edən dostuna borclu qalmayıb və ona qardaşının yanında dərhal vəzifə verdirib...

Təzə direktor köhnənin tapşırıqlarını qisas almaqla icra etməkdə...

Gundemxeber.Az  tezadlar.az-a istinadla bildirir  ki, Ayaz Əliyev də işə başlayan kimi qılıncını sıyırıb, heç bir əsas olmadan həmin 65 etirazçı işçilərin üstünə düşüb. Adi qaydada işə gələn işçiləri işə buraxmayıb, işdə olanları isə elə fəhlə paltarında zavoddan bayıra çıxartdırıb. Beləliklə, 65 işçidən 60 nəfərə yaxını artıq işdən azad olunub. Qalan 5-6 nəfərdir ki, onlar da, sanki “çemodan” üstündə oturublarmış kimi, acı talelərini gözləyirlər. 65 işçini indiki zamanda çörəksiz qoymağın nə olduğunu şərh etməyə ehtiyac yoxdur. Özü də işdən çıxarılan işçilərə əmək qanunvericiliyinin tələblərinə görə, verilməli olan 4 aylıq müavinət də verilmir. Bununla bağlı işdən çıxarılan işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinə və bir çox dövlət qurumlarına şikayət ünvanlayıblar. Artıq 4 nəfər işçi isə öz haqlarını hüquqi müstəvidə qorumaq üçün məhkəməyə müraciət edib. Yəqin ki, Ayaz Əliyevdən işçilərin belə kütləvi şəkildə işdən çıxarılmasının səbəbini soruşan olacaq.

***

Redaksiyamıza müraciət edən işçilər bildirdilər ki, Ayaz Əliyev qanunsuz olaraq 10 ildən çox işləyən bu insanları işdən çıxardıb, yerlərinə ancaq Tovuz rayonundan olanları təyin edir... Əks tərəfin mövqeyini öyrənmək məqsədilə verilmiş mobil telefon nömrəsinə zəng edib direktor A.Əliyevlə danışmaq istədim. Özü də çox arxayın və inamlı danışmaq istəyirdim ki, A.Əliyev Tovuzdandır axı. Bu, o deməkdir ki, hətta problem həllini tapmasa belə, A.Əliyevlə səmimi söhbətimiz alınacaq. Ancaq sən saydığını say, gör Ayaz Əliyev nə sayır? A.Əliyevin verilən telefon nömrəsinə zəng edib salamlaşandan sonra, təbii ki, özümün və təmsil etdiyim qəzetin adıni bildirərək, bircə kəlmə soruşdum:

- Ayaz müəllim, sizin vaxtınızı iki dəqiqə ala bilərəmmi?

O, dərhal- nəfəs dərmədən “Yox” – deyib, telefonu qapatdı. Yəni, qulağımın dibinə “adboy” verdi. Fikirləşdim, bəlkə əlaqə texniki səbəbdən kəsildi. Təkrar etdiyim zəngə yenə “adboy” verəndə anladım ki, bu, artıq etika məsələsidir. A.Əliyev bilməli idi ki, jurnalist hörmətli Prezident cənab İlham Əliyevin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna uyğun olaraq, əks tərəfin mövqeyini öyrənməlidir. Görünür, A.Əliyevin bir məmur kimi bu qanundan xəbəri yoxdur. Axı haradan xəbəri olsun? Başı qarışıb əvvəlki dikrektor Ceyhun Əliyevin qisasını almağa və qarşıda onu gözləyən mal-dövlətə, sərvətə sahiblənməyə. Məsələni belə görüb “Votsap” vasitəsi ilə Ayaz Əliyevə səsli mesaj da göndərdim. Mesajın qısa olaraq məzmunu belə idi: “Ayaz müəllim, əvvəla, tovuzlu olan bir kəsdən belə bir addım gözləmirdim. Tovuzlular çox xeyirxah və mehriban insanlardır. Tovuz adı gələndə ilk yada düşən nəinki Azərbaycanın və Türkiyənin, hətta bütün türk dünyasının tanınmış şairi, qəzetimizin yaxın dostu Məmməd İsmayıl yada düşür. Həmçinin çox nüfuzlu və hörmətli iş adamı, hüquqşünas, professor, qəzetimizin redaksiya heyətinin üzvü, Putinin dostu kimi tanınan İlham Rəhimov, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, hörmətli Ramiz Zeynalov, elə Səngəçal ərazisinin də daxil olduğu Qaradağ rayonunun deputatı Aydın Hüseynov və digər hörmətli tovuzlular... Amma sizin, Ayaz müəllim, mənim məramımı, məqsədimi dinləmədən telefona ardıcıl olaraq dərhal “adboy” verməyiniz, düzgün hərəkət deyildir. Əvvəlcə bir məni dinləyin, sonra qəti qərara gələrsiniz ki, mənimlə danışmaq lazımdır, ya yox? Bəlkə sizə hansısa bir mühüm məlumat verirəm, bəlkə zabodunuzu gözləyən hansısa yanğın təhlükəsindən xəbərdar etmək istəyirəm...”.

Mesajın oxunduğu göründü, amma A.Əliyev zəng etmədi. Neyləyək, qoy bu mövqesizlik də olsun onun mövqeyi.... Lakin işçilər bizə onun haqqında heç də xoş olmayan sözlər dedilər. Bu sözlərdən aydın olur ki, bu zavodda kütləvi yeyintiyə başlamaq üçün plan qurulur və bu köhnə işçilər, onların məqsədləri yolunda əngəl törədirlər. Ona görə də həm əvvəlki müdir Ceyhun Əliyevin qisasını almaq və həm də kütləvi yeyintiyə başlamaq məqsədi ilə 65 işçidən xilas olmaq istəyir.

A.Əliyevin Prezident İlham Əliyevin imzaladığı “KİV haqqında” Qanundan xəbərsiz olduğu kimi, Prezidentin daha bir göstərişindən də xəbərsiz olduğu ortaya çıxır. Məlum olduğu kimi, Prezident İlham Əliyev pandemiya başlayan kimi, qəti şəkildə göstəriş verib ki, heç bir dövlət müəssisəsi və özəl şirkətlər işçilərini işdən çıxara bilməz. A.Əliyevin gözünün qarşısında oynayan milyonlar onun başını necə dumanlandırıbsa, prezidentin göstərişinin əleyhinə getməsinin fərqinə varmır. Fikirləşir ki, Səngəçal Bakıdan bir qədər uzaqdır və orada etməyə hazırlaşdığı qanunsuzluqlar barədə yuxarı dairələrin xəbəri olmayacaq. Amma cidanı çuvalda gizlətmək mümkün deyil. İllərlə bir müəssisədə işləyən insanlara qarşı çox böyük haqsızlıq olub və hələ ki, Ayaz Əliyevə “dur” deyən yoxdur.

Tovuzun deputatı məsələyə qarışmalı oldu...

İşçilərin bildirdiyinə görə, Ayaz Əliyev həm də öz yerlisi və yuxarıda nüfuzlu tovuzlu kimi adını çəkdiyimiz və Qaradağ rayonundan deputat seçilmiş Aydın Hüseynova güvənir. İşçilər bir çox tələblərində və istəklərində haqlı olsalar da, onların bu fikri ilə qətiyyən razılaşmadım. Çünki seçildiyi ərazinin problemləri ilə yaşayan və onların həllinə çalışan az sayda deputatlardan biri də Aydın Hüseynovdur. Şəxsən şahidiyəm ki, A.Hüseynov seçiciləri olan şəhid ailələri və qazilərin, rayonun ətraf qəsəbə və kəndlərinin çoxsaylı problemlərini həll edib və həmişə də onları diqqətdə saxlayıb. Elə ona görə də Aydın Hüseynova zəng edib bu məsələyə də münasibətini öyrənmək istədim. Millət vəkili yenə də şəhid ailələri ilə görüşdə olduğu üçün, köməkçisi taınınmış jurnalist Mikayıl Nərimanoğlu ilə danışdıq. M.Nərimanoğlunun dedikləri: “Bu məsələdən Aydın müəllimin xəbəri var, hətta həmin şikayətçilərlə görüş də keçirib. Onların şikayətlərinin həll olunması üçün aidiyyəti ünvanlara göndərib. Bu işçilərin də problemi Aydın müəllimin diqqətindədir. Əgər zavodun direktoru, bir yerli kimi, Aydın Hüseynovun adını çəkib, ona güvəndiyini deyirsə, bu, düzgün informasiya deyil. Aydın müəllim heç vaxt belə şeylərə yol verə bilməz”.

Göründüyü kimi, “Müasir Qaz, Beton Zavodu AAC” MMC-də direktor Ayaz Əliyevin sayəsində ciddi problemlər yaşanır. İndiki pandemiya dövründə 60-a yaxın işçini işdən çıxarmaq və onların ailələrini bir tikə çörəyə möhtac qoymaq nə dövlətimizin siyasətinə, nə də insanlıq qanunlarına sığışmır. İnanırıq ki, aidiyyəti qurumlar bu məsələyə diqqət ayıracaq və problem tezliklə həllini tapacaq.

***

P.S. Yazını çapa hazırlayarkən millət vəkili Aydın Hüseynov mənə zəng edib bunları dedi:”...Özünüz yaxşı bilirsiniz ki, mən daim seçicilərimin arasında oluram. Bir az əvvəl siz zəng edəndə şəhid ailələri ilə görüşürdüm, üzrlü sayın. Sizin maraqlandığınız məsələ ilə bağlı deyə bilərəm ki, bəli, o işçilər işdən çıxarılıb. Mən şikayətçilərlə görüşmüşəm. Onların müraciətlərini lazımı ünvanlara göndərmişəm. Problemlə yaxından maraqlanıram və diqqətimdədir. Siz də bu barədə çox düzgün olaraq yazmaq istəyirsiniz və yazın...”.


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşçilərin əməkhaqları 10 faiz artırılacaq

    İşçilərin əməkhaqları 10 faiz artırılacaq ...

    23-09-2013, 11:11

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • GÖYGÖL ŞƏRAB ZAVODUNDA FƏHLƏ ÜSYANI

    GÖYGÖL ŞƏRAB ZAVODUNDA FƏHLƏ ÜSYANI ...

    4-07-2013, 12:06

  • 
  • “ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır - NARAZILIQ!

    “ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır ...

    16-02-2021, 11:32

  • 
  • Yüksək əmək haqqını kimlər alıb?

    Yüksək əmək haqqını kimlər alıb? ...

    11-11-2013, 13:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu