GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakının qalmaqallı iki məmurunun beton biznesi - 2 milyona görə MTK-dan neçə ev alıblar?

Bakının qalmaqallı iki məmurunun beton biznesi - 2 milyona görə MTK-dan neçə ev alıblar?

Tarix: 27-10-2021, 16:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 450


Bakıda yüzlərlə insana qarşı dələduzluq edən və nəticədə həbs olunan iş adamı Cahangir Alışovun əməllərindən hələ də əziyyət çəkənlər var. Cahangir Alışov həbsdə olsa da onun yeni dələduzluq əməlləri üzə çıxır. İş adamının bu əməllərini həbsxanadan idarə etməsi barədə iddialar var.

Gundemxeber.Az musavat.com-a istinadən xəbər verir ki, Cahangir Alışov “Yeni Yasamal” MTK və "Yüksəliş-C" MMC-nin direktoru vəzifəsində işləyərkən yüzlərlə vətəndaşa qarşı dələduzluq edib. Onun əməllərindən zərər çəkən şəxslərin sayı o qədər çox idi ki, iki ayrıca cinayət işi açılmışdı. Hər iki cinayət işi üzrə yüzlərlə insanın mənzil alarkən aldadıldığı, bir mənzilin 2, 3 və hətta 4 nəfər satılması üzə çıxmışdı. Onun cinayət işi üzrə məhkəmə prosesləri keçirilərkən insanlar məhkəmə binaları önünə toplanır, daha sonra şikayətlərini çatdırmaq üçün rəsmi qurumların binaları qarşısına yığılırdılar. Cahangir Alışov və onun kimi digər MTK sahiblərinin bu qanunsuz əməllərindən zərərçəkənlərin problemlərinin həlli hökumət səviyyəsində nəzarətə götürüldü və zərərçəkmişlərin demək olar ki, böyük hissəsi “Şərur” MTK tərəfindən evlə təmin olundu.
Ömürünün 10 ilə yaxınını həbsxanada keçirməli olan Cahangir Alışovun oğlu da həbsdədir və o da eyni əməllərdə suçlanır.
Amma bununla da Alışovların əməlləri bitmək bilmir. İndi isə məlum olur ki, prokurorluğun araşdırdığı, cinayət işi açdığı və yekunda həllinə nail olunan problemin ardından daha bir dələduzluq əməli çıxıb.
Belə ki, 2008-ci ildə Nəsirov Saleh Həmzə oğlu “Yeni Yasamal” MTK-dan ev alıb. MTK-nın sədri Cahangir Alışovla razılaşaraq 12 mərtəbədə 202 saylı 4 otaqlı mənzil alıb və buna görə də 105 min 210 manat pul ödəyib.
2013-cü ildə mənzilinə qapı qoyduran Saleh Nəsirov öz mobil nömrəsini də qapıya yazıb. Çünki həmin ərəfədə mənzillərin bir neçə nəfərə satıldığını biliblər.
“Bu yolla digər aldadılan şəxsləri müəyyənləşdirmək istədik. Belə də oldu. Həmin şəxslər Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə baş İdarəsinə müraciətlər etdilər. Cinayət işi açıldı və həmin şəxslər zərəçəkmiş kimi tanındı. “Şərur” MTK-nın binalarında onlara ev verildi. Mənzilin birinci sahibi biz olduğumuz üçün ev də bizim adımıza sənədləşdirildi, su, işıq, qaz sayğacları da mənim adımadır”,- deyə Saleh Nəsirov bildirib.
Bütün bu baş verənlərdən 10 ildən artıq vaxt keçəndən sonra sözü gedən mənzilə qarşı daha bir nəfər iddia ilə çıxış edib. Həmin şəxsin kimliyi isə maraqlıdır.
Belə ki, 2019-cu ildə Hüseynov Yuris Xələf oğlu “Yeni Yasamal” MTK və Nəsirov Saleh Həmzə oğluna qarşı iddia qaldırıb. Yuris Hüseynov bildirib ki, onun 2007-ci il tarixli müqaviləsi var və həmin mənzil onundur.
Bu işlə bağlı davam edən məhkəmə çəkişməsi zamanı Yuris Hüseynov deyib ki, Cahangir Alışova 67 min manat pul ödəyib və həmin mənzili alıb.
MTK-nın vəkili isə bildirib ki, Y.Hüseynovdan tikinti üçün beton alıblar və əvəzində ona mənzil veriblər.
Əvvəlcə MTK Yuris Hüseynovun təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırıb. Amma sonra nədənsə həmin iddianı geri götürüb.
İndi vətəndaş Saleh Nəsirov haqlı olaraq sual edir ki, prokurorluğun araşdırması zamanı belə bir adam, mənzil sahibi yox idisə, indi həmin evlə bağlı müqaviləni Yuris Hüseynov necə əldə edib? Prokurorluğun ortaya çıxarmadığı çıxarışı, müqaviləni köhnə tarixlə hazırlayan kimdir? Və şirkət niyə mövqeyini sonradan Yuris Hüseynovun xeyrinə dəyişib?
Araşdırma zamanı maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi Əliheybət Şirinov həmin idarənin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu MTK-nın sədri Cahangir Alışova 1.8 milyon qiymətində beton veriblər, betonun qarşılığında nağd pul və girov olaraq bir neçə mənzil götürüblər. Yuris Hüseynova 3 ədəd mənzil verilib.
Xatırladaq ki, Əliheybət Şirinov və Yuris Hüseynov adlı məmurlar bizə daha əvvəl ölkə gündəmini zəbt etmiş qalmaqaldan tanışdılar. Hər iki şəxs paytaxt Bakıda Müşfiqin heykəlinin icazəsiz olaraq götürülməsinə görə cəzalandırılmışdı. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şərurlu İsfəndiyarın adı daha bir işdə - 200 nəfəri aldadan iş adamı çıxış yolu axtarır

    Şərurlu İsfəndiyarın adı daha bir işdə - 200 ...

    10-07-2019, 11:38

  • 
  • "Akif Çovdarov işi"ndə zərərçəkmişə qarşı dələduzluq edən şəxsə bəraət verilib

    "Akif Çovdarov işi"ndə zərərçəkmişə ...

    24-12-2018, 20:42

  • 
  • Sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum edilib

    Sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum ...

    20-04-2016, 23:34

  • 
  • Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı

    Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı ...

    23-05-2019, 14:11

  • 
  • Cahangir Hacıyevlə birlikdə həbs edilən şəxs ad və soyadını niyə dəyişib?

    Cahangir Hacıyevlə birlikdə həbs edilən şəxs ad ...

    5-07-2019, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu