Gundemxeber.az » GündəmXəbər » Dövlətin pulu uşaq bezləri ilə belə silinir: "Uşaq Psixonevroloji Mərkəzi"ndə-NONSES
"Uşaq Psixonevroloji Mərkəzi" Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka sorğusuna yekun vurulub.
Gundemxeber.Az yenixeber.org.-a istinadla bildirir ki, Müsabiqənin qalibi "Podium AS" MMC olub. 25.08.2021-ci il tarixdə start götürən müsabiqə 20.10.2021-ci ildə yekunlaşıb: "Podium AS" MMC "Uşaq Psixonevroloji Mərkəzi"ni birdəfəlik uşaq bezləri ilə təmin edəcək və qarşılığında 19481 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... "Uşaq Psixonevroloji Mərkəzi" bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən... "Uşaq Psixonevroloji Mərkəzi" "Podium AS" MMC-ni seçib və 19481 manat büdcə vəsaitini etibar edib.
"Uşaq Psixonevroloji Mərkəzi" həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur, "Uşaq Psixonevroloji Mərkəzi" nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?
Biz belə bir görünməz zərurətin hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə bu ayın 21-də "Uşaq Psixonevroloji Mərkəzi"nin direktoru hörmətli xanım Kəmalə Talıbovaya online sorğu ünvanladıq. Sorğumuzda Mərkəzdə bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsinin zərurət və metodunun səbəbləri barədə, eləcə də seçib müqavilə bağladığı "Podium AS" MMC haqqında verilməsi mümkün olan məlumatları istəmişdik.
Təəssüf ki, sorğumuza cavab ala bilmədik. Bu istiqamətdəki telefon cəhdimiz də nəticəsiz qaldı.
***
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada müsabiqənin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.
Kotirovka müsabiqəsinin qalibi olan “Podium AS” Məhdud Məsuliyyətli Cəmiyyətinin hansısa əlaqə vasitəsinə rast ola bilməsək də(?) haqqında müəyyən məlumatlar öyrənə bildik…“Podium AS” MMC 2020-ci ilin dekabr ayının 14-də təsis edilib, hüquqi ünvanı Xəzər rayonu, Zirə qəsəbəsi Bünyad Sərdarov ev 2 ünvanıdır. On manat nizamnamə kapitalı olan “Podium AS” MMC-nin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızıdır. Şotiyeva Aygün Hacıqabul rayon sakinidir.
“Podium AS” MMC-nin işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur(?) Yuxarıda da qeyd etdiyimiz kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Bir ayda iki şirkət, üstəgəl bir gündə üç şirkət-il 2020
Bu arada yenixeber.org-un araşdırmaları ilə “Podium AS” MMC-nin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı ilə bağlı müəyyən suallar doğuran faktorlar da meydana çıxdı... Məlum oldu ki, Şotiyeva Aygün Ağaqulu qızı eyni ünvanda, eyni ildə (Bəzən eyni günlərdə. Red.), dəyişməz nizamnamə kapitalı ilə (10 manat) nə az, nə çox-beş şirkət təsis edib(?):
"BİKARDİ 2020" Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 26.08.2020
"SAVELLİ HOLDİNQ" Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 27.08.2020
"SAYPA MM" Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 14.12.2020
"PODİUM AS" Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 14.12.2020
"QALANDI AS" Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 10 manat Şotiyeva Aygün Ağaqulu 14.12.2020
***
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”
Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib.
Mövzunun davamı olacaq.
Gundemxeber.Az
17-12-2020, 11:47
22-02-2021, 16:12
13-03-2018, 18:22
27-08-2021, 17:01
27-11-2020, 16:12
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?