GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

Tarix: 22-02-2021, 16:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 540
Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES


Azərbaycanda Dövlət satınalmaları ilə bağlı yumşaq desək ictimai rəyin birmənalı olmaması sirr deyil. Azərbaycan Respublikası Hesablama Palatasının məlumatlarına görə, dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi dövlət satınalmaları vasitəsilə icra edilir.

Təəssüf ki, dövlət satınalmalarında şəffaflıq problemləri hələ də aktuallığını qorumaqdadır. Son illər isə Azərbaycanda dövlət satınlamalarındakı problemlər o qədər ciddiləşib ki, narahatlıqlar Prezident İlham Əliyev səviyyəsində ifadə olunur. Ekspertlər başda olmaqla media illərdir ki, bu sahədə olan korrupsiya ilə bağlı həyəcan təbili çalır.

Baş nazir Əli əsədov yanvarın 25-də hökumətin iclasında bu məsələni xüsusi qabartmışdır: "Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir"... “Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir”.
Baş nazir bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir".

***

Yenixeber.org-a Mingəçevir Dövlət Universitetinin (MDU) “MAYA-AK İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əməkdaşlığından bəhs olunan məlumatlat daxil olub. Bu məlumatlarda da büdcə vəsaitinin xərclənməsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin icrasına şübhə doğuran faktlar yer alır...

(Xatırladaq ki, Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır.)

Mingəçevir Dövlət Universiteti “MAYA-AK İNŞAAT” MMC ilə cari təmir işləri ilə bağlı 12.02.2021-ci il tarixdə 78770 manat dəyərində müqavilə bağlayıb.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Dövlət Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən... Mingəçevir Dövlət Universiteti “MAYA-AK İNŞAAT” MMC-ni seçib, 78770 manat büdcə vəsaitini etibar edir.

Mingəçevir Dövlət Universiteti həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu təhsil ocağının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, Mingəçevir Dövlət Universiteti nədən bu qanunu “unudub”? Mingəçevir Dövlət Universitetində cari təmir işləri nə dərəcədə təcili və əhəmiyyətlidir ki, müvafiq tender baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?

Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

Şahin Bayramov

Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi Mingəçevir Dövlət Universiteti də hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, olur. Yəni bu kimi bu kimi işlərə təlabatın olacağı gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Başqa sözlə Mingəçevir Dövlət Universitetinin “MAYA-AK İNŞAAT” MMC ilə cari təmir işləri ilə bağlı “qaçaraq” müqavilə bağlanmasına bir zərurət görünmür...

Biz belə bir görünməz zərurətin hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə bu ayın 9-da Mingəçevir Dövlət Universitetinin rektoru hörmətli Şahin Bayramova online sorğu ünvanladıq. Sorğumuzda Universitetdən bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsinin zərurət və metodunun səbəbləri barədə, eləcə də seçib müqavilə bağladığı “MAYA-AK İNŞAAT” MMC haqqında verilməsi mümkün olan məlumatları istəmişdik.

Sonrakı telefon cəhdimizdən sonra sorğumuza cavab verildi... Baş mühasib Ş.Muradovun imzası ilə elektron poçtumuza daxil olan cavab belədir: Sorğunuza cavab olaraq bildiririk ki, Mingəçevir Dövlət Universiteti tərəfindən elan olunan açıq tender elektron platforma üzərindən həyata keçirilib. Bu zaman Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun müvafiq tələbləri gözlənilib.

Tenderin qalıbi olmuş podratçı təşkilat zəruri olan bütün sənədləri müvafiq qaydada təqdim edib. Müqavilədə nəzərdə tutulan bütün işlər vaxtında və müvafiq keyfiyyətlə icra olunub”.

Bunun nə dərəcədə cavab olduğunu buraxaq oxucularımızın və aidiyyatı dövlət orqanlarının ixtiyarına.

***

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.

Digər tərəf-“MAYA-AK İNŞAAT” MMC ilə isə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Səbəb isə bu qədər büdcə vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümid edək ki, qarşıdakı günlərdə hər iki tərəf Mingəçevir Dövlət Universitetinin cari təmir işləri ilə bağlı redaksiyamıza geniş məlumat verəcək./yenixeber.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-NONSES

    Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət ...

    27-11-2020, 16:12

  • 
  • Azərbaycanda tenderlərdə şəffaflıq və korrupsiya problemi

    Azərbaycanda tenderlərdə şəffaflıq və korrupsiya ...

    29-09-2018, 09:54

  • 
  • Azərbaycan korrupsiya ilə mübarizə üzrə yeni Dövlət Proqramı qəbul edəcək

    Azərbaycan korrupsiya ilə mübarizə üzrə yeni ...

    3-06-2017, 14:31

  • 
  • Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

    Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu ...

    8-05-2020, 12:15

  • 
  • Hesablama Palatasının yeni sədri seçildi: O kimdir?

    Hesablama Palatasının yeni sədri seçildi: O ...

    22-11-2013, 12:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu