Gundemxeber.az » GündəmXəbər » Məhv olmaq üzrə olan kəndin sakinləri Mehriban Əliyevadan imdad diləyir - VİDEO
Lənkəran rayonu Təngivan kənd sakinləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, baş nazir Əli Əsədova, baş prokuror Kamran Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ediblər.
Gundemxeber.az AzToday.az-a istinadən xəbər verir ki, müraciətdə sakinlər kəndin ortasından keçən Lənkərançay çayının yatağının “PROFCO” MMC tərəfindən qazılaraq daşınmasının yaşayış məntəqəsi üçün yaratdığı təhlükənin qarşısının alınmasını xahiş ediblər. Təbiətin amansız şəkildə dağıdılmasının qarşısını alınmağını istəyən Təngivan sakinləri müvafiq dövlət qurumlarının hansısa səbəbdən hərəkətsizliyinin kəndin məhv olunması ilə nəticələndiyini bildirirlər. Lənkəranın icra başçısı Taleh Qaraşovdan və Ekologiya Nazirliyindən şikayət edən sakinlər çayın yatağının qazılaraq daşınmasının rayonun başqa kəndləri üçün də təhlükə(sel, daşqın və s.) yaratdığını deyirlər.
Lənkəran çayının yatağının vəhşicəsinə məhv olunmasının görüntüləri
GUNDEMXEBER.AZ
26-06-2016, 18:45
5-08-2013, 14:52
9-12-2016, 13:46
10-05-2021, 14:31
4-04-2015, 14:05
Sorğu
Yeni dizaynımız necədir?