GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahibkar Bakıda oksigen zavodunun reyder tərəfindən ələ keçirmək istədiyini bildirir – PANDEMİYANIN QIZĞIN VAXTINDA

Sahibkar Bakıda oksigen zavodunun reyder tərəfindən ələ keçirmək istədiyini bildirir – PANDEMİYANIN QIZĞIN VAXTINDA

Tarix: 2-11-2021, 10:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 516

Pandemiya ondan öz məqsədləri üçün istifadə edən fırıldaqçılar kimi qorxulu deyil… “Chinar-Servis” İstehsalat-Kommersiya Firmasının (İKF) rəhbəri İlyas Sadıxovun redaksiyamıza daxil olan müraciətini və onun yardım çağırışını oxuyanda adam məhz bu qənaətə gəlir.

Gundemxeber.az azinforum.az-a istinadən bildirir ki, onun  oksigen istehsalı üzrə zavodu Azərbaycan bazarında 1995-ci ildən təmsil olunur. Pandemiya zamanı İ.Sadıqovun biznesi minlərlə insanın həyatını xilas edib, lakin, necə deyərlər, taleyin hökmü ilə yüksək dairələrlə əlaqələri olan Nizami Hacıyevin maraq dairəsinə düşüb. N.Hacıyev həmin əlaqələrindən istifadə edərək bu biznesi ələ keçirməyə çalışır. Və adətən olduğu kimi, Azərbaycan Femidasının tərəzisinin gözündə əlaqələr və lazımlı insanlar qanunu və sağlam düşüncəni üstələyir. Amma hər şey barəsində ardıcıllıqla…

İ.Sadıqovun sözlərinə görə, Nizami Hacıyev ona on ildir ki, narahatlıqlar yaradır, indi isə biznesini əlindən almağa çalışır. Hər şey 2011-ci ildə, “Chinar-Servis” şirkətinin N.Hacıyevin vasitəçiliyi ilə Rusiyanın EKSİM şirkətindən oksigen istehsalı üzrə avadanlığın alınması barədə müqavilə bağladıqdan sonra başlayıb. “Chinar-Servis” İKF ilə EKSIM arasında bununla bağlı iki müqavilə imzalanıb. İ.Sadıqov elə həmin 2011-ci ildə 260 min dollar avans ödəyib, qalan hissəsini isə avadanlıq təhvil verildikdən sonra N.Hacıyevə il ərzində ödəyəcəyini öhdəsinə götürüb.

Lakin 2012-ci ilin mart ayında “Chinar-Servis” İKF-nin direktoru məcburi olaraq xaricə müalicəyə getməli olub, Bakıya qayıdarkən isə öyrənib ki, Nizami Rayon Prokurorluğunda N.Hacıyevə qarşı dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. Məlum olub ki, bundan əvvəl vasitəçi həmin texnikanı daha üç şəxsə satıb və onlardan 700 min dollardan artıq avans alıb. N.Hacıyevə qarşı cinayət işini bağlamaq üçün İ.Sadıqov, hətta AccessBank-dan 900 min dollar kredit götürmək məcburiyyətində qalıb. Amma N.Hacıyev avadanlığın qalan hissəsini bundan sonra da İ.Sadıqovun firmasına çatdırmayıb.

“Böyük qalmaqaldan sonra o, razılaşdırılmış texnikanı axır ki gətirdi, lakin o, yararsız vəziyyətdə idi. Sadə dillə desək, məni yenidən aldatdı. Cihazların bir hissəsi və hava təmizləyici bloku yox idi. Hacıyev bildirdi ki, bloku orada 480 min dollar borcu olan kreditorun borcunu bağlamaq üçün İrana göndərib”, – deyə biznesmen bildirir. Qeyri-müəyyən vəziyyət uzanıb və necə deyərlər, qartopu kimi böyüyüb.

Uzun sürən danışıqlardan sonra 2014-cü ildə N.Hacıyev Ukraynadan “Yuqtehqaz” firmasıdan 10 000 dollar məbləgində olan başqa hava təmizləmə blokunu gətirmək üçün bizimlə üç tərəfli müqavilə bağladı. Çinar-Servis İKF alıcı, “Yuqtehqaz” PBX satıcı, “Kriogen-n” ödəyici. Bakı Baş Gömrük İdarəsi bu avadanlığın gömrük rəsmiləşdirilməsi vaxtı alıcı “Chinar-Servis”İKF ilə, ödəyici “Kriogen-n” arasında olan müqaviləni və ödəniş sənədini tələb etdi.

Söhbətinə davam edən İ.Sadıqov deyir: Biz Nizami Hacıyevə müraciət etdik və o,”Kriogen-n” MMC ilə “Chinar-Servis”İKF arasında 10 noyabr 2014-cü il tarixli 12500 manat məbləğində alqı-satqı müqaviləsi bağladı və öz imzası ilə təsdiqlədi . BBGİ-nin keçmiş rəhbəri Vüsal Novruzovun adına hava təmizləmə qurğusunun dəyəri 12500 manat olan pulu nağd şəkildə aldığı barədə məktub yazdı. Biz, avadanlığın gömrük rəsmiləşdirilməsi zamanı gömrük rusumları,nəqliyyat və gömrük xidmətləri, yığımları üçün 7 min manat ödəyərək Çinar-Servis İKF-nin adına rəsmiləşdirdik. Ancaq aldığımız avadanlığın quraşdırılmasından sonra Rusiya Federasiyasından gəlmiş mütəxəsislər tərəfindən bizim qurğuya yararsızlığı barədə rəy veridilər. Və biz hava təmizləyici blokunu sökmək və onu başqa bir cihazla əvəz etmək məcburiyyətində qaldıq. Ukraynanın “Yuqtehqaz” şirkətindən vətəndaş N. Hacıyevin vasitəçiliyi ilə alınmış avadanlığı isə yararsız qurğu kimi metal tullantıları sexinə təhvil verdik”.

Xeyli müddət keçdikdən sonra N.Hacıyev Sabunçu Rayon Məhkəməsində “Çinar-Servis”ə qarşı iddia qaldıraraq müqavilənin ləğv edilməsini və hava təmizləyən qurğusunun ona qaytarılmasını tələb etdi. Guya “Çinar-Servis” İKF avadanlığı alan zamana avadanlığın dəyərinin ödəməyib. Məhkəmə prosesi zamanı Çinar-Servis İKF N.Hacıyevin avadanlığı gətirəndə pulu aldığı barədə BBGİ-də bağladığı müqaviləni və yazıdığı məktubu Məhkəmə orqanına təqdim etdi. Bu zaman Nizami hacıyev həmi sənədlərin saxta olduğunu bildirdi və məhkəmə təqdim olunmuş sənədləri ekspertizaya göndərdi. Məhkəmə-tibb ekspertizası sənədlərə baxış zamanı imza və möhürün N.Hacıyevə məxsus olduğu qənaətinə gəldi.

Bu zamanda, N.Hacıyevə havadarlıq edən Sabunçu rayon məhkəməsi hakimi İmran Burzuyev şirkətin direktorunun N.Hacıyev deyil , onun oğlu Ramin Hacıyevin olduğunu bildirərək gözləmədiyiimiz qeyri-qanuni məhkəmə qərarı çıxardı. Avadanlığın dəyərini oğlu Ramin Hacıyev yox, atası N.Hacıyev alımışdır və müqaviləni leğv olunaraq avadanlığın Hacıyev N. Qaytarılması qərarını çıxardı.

Sadıqov deyir -“Ramin Hacıyev “Kriogen-n” şirkətinin direktoru olmasına baxmayaraq, biz onu heç vaxt görməmişik, o da heç bir məhkəmədə iştirak etməyib”, Bundan sonra “Çinar-Servis”ə məxsus zavoda məhkəmə icraçıları gəldi. Hava təmizləyici qurğunun Metal qırıntıları qəbul edən məntəqəyə verdiyimizi dedik. Və xahiş etdik ki, avadanlıq olmadığı üçün avadanlığın dəyərini ödəməyi və yaxud həmin avadanlıqdan eynisini alıb Nizami Hacıyevə qaytaracağımızı təklif etdik. Lakin Hacıyev bundan imtina etdi.
Biz məcbur olaraq Binəqədi Rayon və Apellyasiya məhkəmələrinə müraciət etdik, amma heç birində şikayətimizi qəbul etmədilər”.

2017-ci ildə H.Hacıyevə bağlı yüksək vəzifəli məmurların təsiri ilə məhkəmə qanunsuz olaraq onsuz da mövcud olmayan (“metalloma” verilmiş) avadanlığın ona qaytarılması barədə qərar çıxarıblar. Bu arada, 2020-ci ilin fevralında Sabunçu məhkəməsində hakim Zaur Piriverdiyevin sədrliyi ilə keçirilən prosesdə də qanuna və sağlam düşüncəyə sığmayan qərar çıxarılıb. Məhkəmə “Çinar-Servis” İKF-ni 12 min 500 manatlıq nasaz hava təmizləyici qurğuya görə N.Hacıyevə 2 milyon 800 min manat ödəməyiniz barədə qərar qəbul edib! Bu qanunsuzluqlardan görünür ki, işlər mənə məxsus olan biznesin ələ keçirilməsinə doğru gedir. Sadıqov deyir. – Məhz bu məqsədlə Ədliyyə Nazirliyinin İstintaq İdarəsi mənə cinayət işi açıb. Hacıyev dəfələrlə məni keçmiş baş prokuror Zakir Qaralovun adı ilə şantaj etməyə cəhd edib, çünki baş prokurorun qardaşı Tahir Qaralov onun yaxın dostudur”.

Bütün bunların oksigen istehsalçısının başına pandemiyanın qızğın çağında gətirilməsi adamı daha çox heyrəttləndirir. “Çinar-Servis” şirkəti ölkənin 20-dən çox klinikasını və modul müalicə mərkəzini oksigen qazı ilə təchiz edir. Təkcə son bir ildə bu şirkət yerli xəstəxanaları 500 min ton-dan çox oksigenlə təmin edib – bu həcm göndəlik olaraq 6 min xəstənin oksigen ehtiyacını ödəyir.

Fırıldaqçıların tamah saldığı “Çinar-Servis” şirkəti öz xeyriyyəçiliyi ilə də tanınır – Çinar-Servis İKF-ə müraciət edən bütün xəstələr oradan oksigeni pulsuz əldə edirlər.

Hal-hazırda “Ölkə klinikalarında pandemiya ilə əlaqədar olaraq 300 min manatlıq avadanlıqlarımız pulsuz quraşdırılımışdır.
İndi müəssisəmiz bağlanmaq təhlükəsi altındadır, bu o deməkdir ki, yaxın zamanda xəstəxanalar, koronavirus xəstələrinin müalicəsində vacib olan oksigen çatışmamazlığı qarşısında qalacaqlar. Bir sözlə, xəstələrin həyatı və sağlamlığı təhlükə altında olacaq… Halbuki pandemiya zamanı oksigen qızıla bərabərdir. Bütün postsovet ölkələri oksigen qıtlığı hiss edirlər. Hətta Rusiya Federasıyası, Finlandiya və Çindən kovid xəstələri üçün oksigen almaq məcburiyyətindədir. Bizim Respublikamızda isə “Chinar-Servis” İKF-nın oksigen istehsalı sayəsində belə bir çatışmazlıq yoxdur”.

İ.Sadıqov və “Çinar-Servis” İKF-nin 50 nəfərlik kollektivi baş vermiş bu biabırçı insidentin obyektiv araşdırılması və qanunsuz qərarlar çıxaran hakimlərin məsuliyyətə cəlb edilməsi xahişi ilə ölkə prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezidenti Mehriban Əliyevaya və dövlət qurumlarına müraciət edirlər…

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib

    Prezident İlham Əliyev Bakıda oksigen zavodunun ...

    13-10-2016, 12:29

  • 
  • Həbs edilən gənc şirkət rəhbərinin işi - yüz minləri kim ələ keçirib?

    Həbs edilən gənc şirkət rəhbərinin işi - yüz ...

    4-06-2020, 11:30

  • 
  • Yadigar Sadıqovun məhkəməsi başlandı

    Yadigar Sadıqovun məhkəməsi başlandı ...

    5-11-2013, 16:05

  • 
  • "Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti-SİYAHI

    "Kirayədə yaşayıram" deyən İmişli İcra ...

    25-02-2020, 15:11

  • 
  • Gömrük monopoliyasında sement qadağası

    Gömrük monopoliyasında sement qadağası ...

    8-05-2013, 12:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu