Bu gün saat 15.30-da Lənkəran şəhərində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Əməkdaşımızın Lənkərandan verdiyi xəbərə görə, Yadigar Sadıqovun valideynləri, vəkilləri, tələbələri və partiya yoldaşları məhkəmə prosesində iştirak etmək üçün məhkəmə binasına gəliblər.
Reportyorumuz bildirir ki, polislər fotoreportyorlara, habelə müşahidəçi qismində gələnlərə fotoşəkil çəkməyi yasaqlayıb, bəzi adamlardan fotoaparatları müsadirə ediblər.
Xatırladaq ki, Müsavat Partiyasının fəalı Yadigar Məmmədov iyun ayının sonunda Lənkəran şəhərində öyrədilmiş adam tərəfindən təxribata çəkilib. O, onunla dalaşmaq istəyən şəxsə reaksiya verməsə də, sonradan həmin şəxs özünə xəsarət yetirərək şikayətçi olub və bundan sonra Y.Sadıqov barədə cinayət işi qaldırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?