GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanda türk vətəndaşı “tələyə necə düşüb?” –İLGİNC FAKTLAR

Azərbaycanda türk vətəndaşı “tələyə necə düşüb?” –İLGİNC FAKTLAR

Tarix: 2-11-2021, 11:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 081


Xeyli müddətdir ki, Gundem Xeber.Az saytında Türkiyədəki əmlakını satıb Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gələn türk vətəndaşının, ailə üzvləri ilə birlikdə olmazın oyunlara düçar olmaları haqda silsilə məqalələr yayımlamaqdayıq. Buna səbəb, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini heç bir halda əsirgəməyən, bir sözlə bizə qarşı qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikası vətəndaşının sahib olduğu əmlakın müxtəlif yollarla əllərindən alınmasıdır. Belə bir olay olduqca həssas məsələ olsa da, hələ ki, qardaş ölkənin vətəndaşı Azərbaycanda ayrı-ayrı məhkəmələrin və digər dövlət qurumlarının qapılarında sürünməkdədir. Belə ki, Gundem Xeber.Az saytının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, Y. Hüseynov küç, döngə-3, ev-15, mən-4 ünvanında qeydiyyatda olan və yaşayan Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Necdet Uzun Mustafa oğlu həm özünün, həm də həyat yoldaşının adından redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir: “Mən Məmmədova Nailə Maarif qızı ilə 22 may 2003-cü il tarixdə ailə həyatı qurmuşam və birgə nikahımızdan ikı övladımız var. Hər kəsə bəllidir ki, ana vətənim Türkiyə Cumuriyyəti ilə Azərbaycan Respublikası qardaş dövlətdirlər. Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Qeyd edım ki, bugünə kimi başımıza gətirilən olayların əsas səbəbkarı Abdullayev Rövşən Hüseyn oğlu adlı şəxs olub. Yəni, bu şəxs 14 ildir ki, bizə məxsus əmlakımızı əlimizdən alıb. 1997-ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəki əmlaklarımı satıb Azərbaycana köçdüm və əldə etdiyim pul vəsaitlərimi Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu ilə birlikdə “Lüks Sönməz” MMC-ni təsis etdik və bu MMC-nin balansında, hansı ki, indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, daha dəqiq desəm Sumqayıt şössesi-6 ünvanında 0,79 ha toraq sahəsi var idi. Qevd edim ki, hal-hazırda həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini vaxtilə öz vəsaitimlə ərsəyə gətirmişəm. 2007-cı ildə bizə məxsus əmlak işlək vəziyyətdə olarkən, Rövşən Abdullayev qeyd olunan ərazidə üçmərtəbəli ticarət mərkəzi inşa etmək istəyində olduğu fikirini mənə çatdırdı. O, əvvəlcə bildirdi ki, əgər ona torpaq sahəsi versək, qeyd olunan ərazidə tikinti ışlərini başa çatdıracaq. Çox çəkçevirdən sonra Rövşən Abdullayev bu məsələ barədə məni razı sala bildi və biz belə bir şərt daxilində razılığa gəldik ki, o, ilk öncə “Lüks Sönməz” MMC-nə təsisçi kimi qəbul olunsun və  bunun müqabilində üç il ərzində aparacağı tikinti işlərini başa çatdırsın. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə, Rövşən Abdullayev təsisçilikdən çıxmalı idi. Beləlıklə, bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdıq etdirdik. Qeyd edim ki, həmin vaxtlarda Rövşən Abdııllayev mənə 170.000 manat məbləğində borc pul verdi və həmin pulu “Lüks Sönməz” MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bildirim ki, bu şəxs üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini ondan soruşduqda, o, hər dəfə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə eləcə də qaldı və bundan sonra vəziyyətim gündən-günə ağırlaşdı. Çünki, əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldik. Belə bir qərara gəlsək də, Rövşən Abdullayev bizə məxsus əmlakın 50 faiz payçısı olduğundan o, alqı-satqı işlərinə razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub onu təsisçilikdən çıxarmaq üçün məhkəməyə müraciət etdim. Rövşən Abdullayev hansısa yollarla məhkəməyə təsir etdi və həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Rövşən Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və mənə bıldırdi ki, borca verdiyi 170.000 manat pulu 55 faizlə hesablamış və həmin pulun faizi üstüstə 785.000 manat edir. Çox keçmədi ki, Rövşən Abdullayev verdiyi pulu ona qaytarmağımızı tələb etdi və “Əgər pulu qaytarmasan, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi. Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adı çəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Belə ki, həyat yoldaşım Nailə Məmmədova “Lüks Sönməz” MMC-nin təsisçilərindən biri olduğu üçün, onunla Rövşən Abdullayev arasında notarial qaydada kredit müqaviləsi imzaladıq və qeyd olunan əmlak satıldıqdan sonra, biz həmin pulu ona qaytaracağımıza bağlı razı olduq. Həmin vaxt biz bu şəxsin digər kələk işlərindən xəbərsiz idik. Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bizə müraciət etsə də, Rövşən Abdullayev hər dəfə onları ərazidən uzaqlaşdırdı və alqı-satıqı işlərinə mane oldu. Bu şəxslə aramızda olan kredit müqaviləsının vaxtı başa çatdıqdan sonra o, məhkəməyə müraciət etdi və kredit müqaviləsində qeyd olunan 170.000 manat pulu və ona hesablanmış faiz borcu tələb etdi. Beləliklə, başımız məhkəmələrə qarışdı və hər dəfə o, məhkəmələrdə bizə qalib gəldi. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərildi və həmin vaxtlarda çoxsaylı qanunsuzluq halları baş verdi. Çünki, Binəqədi Rayon Icra və Probasiya Şöbəsi bizə məxsus əmlakı təxminən 1.500.000 manat dəyərində qiymətləndirdi və heç bir halda xəbərim olmadan 50 faizlik payı Rövşən Abduilayevin adına rəsmiləşdirir. Bundan sonra adı çəkilən bu şəxs bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə bizə qarşı təzyiqlər etdi. Əslində bizim əmlakın dəyəri təqribən 4-5 milyon manat civarında ıdi. Buradan da görünür ki, o, məqsədli şəkildə bizə məxsus əmlakı ələ keçirib. Belə bir olaylardan sonra, əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdik və bu dəfə əmlakımız 4.500.000 manat dəyərində qiymətləndirildi. Belə olan halda Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelliyasiya şikayəti verdi. Bakı Apellyalsiya Məhkəməsində təkrar ekspertiza keçirildi və bizə məxsus əmlak 1.918.700 manat məbləğində qiymətləndirildi. Bu dəfə də həmin qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etdik və işə yenidən baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da, bu məhkəmə instansiyasında bizim iştirakımız təmin olunmadı, qaldırdığımız vəsatətlərin heç biri təmin edilmədi. Məhkəmə tərəfindən yenidən təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi əmlakımızın dəyərini 1.968.700 manat qiymətləndirdi. Tərəfımizdən verilmiş təkrar vəsatət əsasında məhkəmə əmlakımızın dəyəri haqda daha dəqiq rəy əldə etmək üçün, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi məqsədilə sorğu göndərdi. Baxmayaraq ki, Bakı Apelllyasiya Məhkəməsi tərəfindən əvvəlcə qiymətləndirilmə keçirilmiş və MBA LTD MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyində “Lüks Sönməz” MMC-ə məxsus torpaq sahəsinin real bazar qiymətinin 1.587.200 manat, qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş tikililərin qiyməti isə 363.000 manat dəyərində qiymətləndirilməklə, ümumi qiymətin 1.950.200 manat olması qənaətinə gəlinmişdir. Artıq neçə ildir ki, Rövşən Abdullayev bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər gəlirlər də əldə edir”.

Zərərçəkən şəxslər pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün, xeyli müddət bundan öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti edirlər və bu məhkəmə instansiyası 25 may 2021-ci il tarixdə Nailə Məmmədovanın şikayətinin qismən təmin olunması, eyni zamanda Bakı Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2020-ci il tarixli 2(103)-5081/2020 qətnaməsinin ləğv olunması, işin yenidən apellyasiya baxışına göndərilməsi haqda qərar qəbul edir. Hal-hazırda bu iş Bakı Apelliyasiya Məhkəməsinin hakimi cənab İkram Şirinovun icraatındadır. Qeyd edək ki, bir neçə gün bundan öncə bu işlə bağlı Bakı Apelliyasiya Məhkəməsində məhkəmə prosesi keçirilərkən, ilk öncə hakim hər iki tərəfə barışıq əldə olunması haqda təklif verir. Zərərçəkən şəxslər isə, onların pozulmuş hüquqlarının bərpası, yəni əllərindən alınmış əmlakın geri qaytarılacağı, onlara vurulmuş maddi və mənəvi zərərin tam şəkildə ödəniləcəyi halda barışığın əldə oluna biləcəyini bildirirlər. Bir sözlə, hal-hazırda Necdat Uzun Mustafa oğlu və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızı, Abdullayev Rövşən Hüseyn oğlunun “oyun qaydaları”ndan qurtulmaq istəyindədirlər. Onu da bildirək ki, zərərçəkən şəxslərin redaksiyamıza təqdim etdikləri şikayət ərizəsi əsasında bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova və digər vəzifə sahiblərinə rəsmi qaydada məktubla müraciət etmişik. İnanırıq ki, zərərçəkən Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının pozulmuş hüquqlarının bərpa olunması diqqətdə saxlanılacaq və Bakı Apelliyasiya Məhkəməsinin hakimi cənab İkram Şirinov, ədalətli məhkəmə qətnaməsinin çıxarılmasını təmin edəcək. Bu işlə bağlı növbəti məhkəmə prosesi 03 noyabr 2021-ci il tarixə təyin olunub.

Mövzu diqqətimizdədir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda türk vətəndaşının əmlakı hansı fırıldaq yollarla ələ keçirilib? - ŞOK FAKTLAR

    Azərbaycanda türk vətəndaşının əmlakı hansı ...

    3-11-2020, 10:15

  • 
  • Yəqin ki, Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərinə əməl edəcək

    Yəqin ki, Bakı Apellyasiya Məhkəməsi Ali ...

    19-10-2021, 18:03

  • 
  • Azərbaycanda 5 min İran vətəndaşı yaşayır

    Azərbaycanda 5 min İran vətəndaşı yaşayır ...

    21-11-2013, 15:42

  • 
  • Bakıda daha 14 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI

    Bakıda daha 14 qanunsuz heyvan kəsimi məntəqəsi ...

    1-07-2021, 09:55

  • 
  • Türkiyəli iş adamından şikayət: - KİM HAQLIDIR...

    Türkiyəli iş adamından şikayət: - KİM HAQLIDIR... ...

    9-04-2021, 11:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu