GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yəqin ki, Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərinə əməl edəcək

Yəqin ki, Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərinə əməl edəcək

Tarix: 19-10-2021, 18:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 254


MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.


Ölkəmizin həssas və taleyüklü vaxtlarında qardaş Türkiyə dövlətinin Azərbaycana qarşı hər zaman siyasi və mənəvi dəstək verməsinə baxmayaraq, artıq neçə illərdir ki, Necdat Uzun Mustafa oğluna və bu şəxsin ailə üzvülərinə məxsus bir neçə milyonluq əmlakları əllərindən alınıb. Xeyli müddət bundan öncə belə bir problemlə bağlı Gundem Xeber.Az saytının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, Y.Hüseynov küç, döngə-3, ev-15, mən-4 ünvanında qeydiyyatda olan və yaşayan Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Necdet Uzun Mustafa oğlu həm özünün, həm də həyat yoldaşının adından redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd etmişdi ki, “Mən həyat yoldaşım Məmmədova Nailə Maarif qızı ilə 22 may 2003-cü il tarixdə ailə həyatı qurmuşam və birgə nikahımızdan ikı övladımız var. Hər kəsə bəllidir ki, ana vətənim Türkiyə Cumuriyyəti ilə Azərbaycan Respublikası qardaş dövlətdirlər. Azərbaycanda yaşadığım illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Qeyd edım ki, bugünə kimi başımıza gətirilən olayların əsas səbəbkarı Abdullayev Rövşən Hüseyn oğlu adlı şəxs olub. Bu şəxs 14 ildir ki, bizə məxsus əmlakımızı əlimizdən alıb. 


Bildirim ki, 1997-ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəki əmlaklarımı satıb Azərbaycana köçdüm və əldə etdiyim pul vəsaitlərimi Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu birlikdə “Lüks Sönməz” MMC-ni təsis etdik. Təsis etdiyimiz bu MMC-nin balansında indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, daha dəqiq desəm Sumqayıt şössesi-6 ünvanında 0,79 ha toraq sahəsi var idi. Qevd edim ki, hazırda həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini öz vəsaitimlə ərsəyə gətirmişəm. 2007-cı ildə əmlakım tam işlək vəziyyətdə olarkən Abdullayev Rövşən Hüseyn oğlu adlı şəxs mənə yaxınlaşıb təklif etdi ki, qeyd olunan ərazidə üçmərtəbəli ticarət mərkəzi inşa etmək istəyir. Rövşən Abdullayev bildirdi ki, əgər ona torpaq sahəsi versəm o da, qeyd olunan ərazidə tikinti ışlərini başa çatdıracaq. Çox çəkçevirdən sonra Rövşən Abdullayev məni bu məsələ barədə razı sala bildi. Son olaraq belə bir şərt daxilində razılığa gəldik ki, bu şəxs “Lüks Sönməz” MMC-nə təsisçi kimi qəbul olunsun və o, bunun müqabilində üç il ərzində aparacağı tikinti işlərini tam şəkildə başa çatdırsın. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə, təsisçilikdən çıxmalı idi. Beləlıklə, biz bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdıq etdirdik. Qeyd edim ki, həmin vaxtlarda Rövşən Abdııllayev mənə 170.000 manat məbləğində borc pul verdi və həmin pulu “Lüks Sönməz” MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bildirim ki, o, üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini soruşduqda hər dəfə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə eləcə də qaldı və bundan sonra vəziyyətim günü- gündən ağırlaşmağa başladı. Çünki, əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldim. Belə bir qərara gəlməyimə baxmayaraq, Rövşən Abdullayev əmlakın 50 faiz payçısı olduğu üçün o, buna razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub payçı kimi onu təsisçilikdən çıxarmaq məqsədilə məhkəməyə müraciət etdim. Rövşən Abdullayev hansısa yollarla məhkəməyə təsir etdi və o, həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Rövşən Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və bıldırdi ki, borca verdiyi 170.000 manat pulu 55 faizlə hesablamış və bu pulun faizi üstüstə 785.000 manat pul edir. 


Çox keçmədi ki, Rövşən Abdullayev həmin pulu ona qaytarmağımı tələb etdi və mənə “Əgər pulu qaytarmasan, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi. Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adı çəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Belə ki, həyat yoldaşım Məmmədova Nailə Marif qızı “Lüks Sönməz” MMC-nin təsisçilərindən biri olduğu üçün, onunla Abdullayev Rövşən Hüseyn oğlu arasında notarial qaydada kredit müqaviləsi imzaladıq və qeyd olunan əmlak satıldıqdan sonra, məhz həmin pulun ona qaytarılacağı ilə bağlı razılığa gəldik. Biz həmin vaxt Abdullayevin digər kələyindən xəbərsiz idik. Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bağlı bizə müraciət etsə də, Rövşən Abdullayev hər dəfə onları ərazidən uzaqlaşdırır və alqı-satıqı işlərinə mane olurdu. Belə ki, onunla aramızda olan kredit müqaviləsının vaxtı başa çatdıqdan sonra o, məhkəmyə müraciət etdi və kredit müqaviləsində qeyd olunan 170.000 manat pulu və ona hesablanmış faiz borcunu tələb etdi. Çox keçmədi ki, başımız məhkəmələrə qarışdı və hər dəfə o, məhkəmələrdə bizə qalib gəlməyi bacardı. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilir və həmin vaxtlarda çoxsaylı qanunsuzluq halları da baş verdi. Əvvəlcə Binəqədi Rayon Icra və Probasiya Şöbəsi mənə məxsus əmlakı təxminən 1.500.000 manat dəyərində qiymətləndirdi və heç bir halda xəbərim olmadan 50 faizlik payımı Rövşən Abduilayevin adına rəsmiləşdirir. Bundan sonra o, bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə mənə qarşı təzyiqlər etməyə başladı. Əslində bizim əmlakın dəyəri təqribən 4-5 milyon manat civarında ıdi. Buradan da görünür ki, o, məqsədli şəkildə bizə məxsus əmlakı ələ keçirmişdir. Belə bir olaylardan sonra, əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və bu dəfə əmlakımız 4.500.000 manat dəyərində qiymətləndirildi. Çox keçmədi ki, Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelliyasiya şikayəti verdi. Bakı Apellyalsiya Məhkəməsində təkrar ekspertiza keçirildi bizə məxsus əmlak 1.918.700 manat məbləğində qiymətləndirildi. Bu dəfə də həmin qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etdim və işə yenidən baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da bizim iştirakımız təmin olunmadı du, qaldırdığımız vəsatətlərin heç biri təmin edilmədi.


 Məhkəmə tərəfindən yenidən iş üzrə təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi əmlakımızın dəyərini 1.968.700 manat qiymətləndirdi. Tərəfımizdən verilmiş təkrar vəsatət əsasında məhkəmə əmlakımızın dəyəri barədə daha dəqiq rəy almaq məqsədilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi üçün sorğu göndərib. Baxmayaraq ki, Bakı Apelllyasiya Məhkəməsi tərəfindən əvvəlcə qiymətləndirilmə keçirilmiş və MBA LTD MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyində “Lüks Sönməz” MMC-ə məxsus torpaq sahəsinin real bazar qiyməti 1.587.200 manat, qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş tikilinin qiyməti 363.000 manat qiymətləndirilməklə, ümumi qiymətin 1.950.200 manat olması qənaətinə gəlinmişdir. Artıq neçə ildir ki, Rövşən Abdullayev bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər də gəlir götürür”.

Hal-hazırda Bakı şəhəri, Binəqədi r-u, Biləcəri qəs., Y.Hüseynov küçəsi dönğə-3, ev-15, mən-4 ünvanında yaşayan Məmmədova Nailə Maarif qızı, pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün xeyli müddət bundan öncə vəkili vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti edir və bu məhkəmə instansiyası 25 may 2021-ci il tarixdə Nailə xanımın kassasiya şikayətinin qismən təmin olunması, eyni zamanda Bakı Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5081/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunması,  işin yenidən  apellyasiya baxışına göndərilməsi haqda qərar qəbul edir. Düşünürük ki, Ali Məhkəmənin Mülki Kollegiyası Nailə Məmmədovanın pozulmuş hüquqlarının bərpa olunması istiqamətində ədalətli qərar qəbul etdiyi kimi, 20 oktyabr 2021-ci il tarixdə, saat 10:00-da keçiriləcək məhkəmə prosesində Bakı Apelliyasiya Məhkəməsinin hakimi İkram Şirinov da, məhz adı çəkilən xanımın pozulmuş hüquqlarının bərpa olunması istiqamətində ədalətli qərar qəbul edəcək.

Mövzunu diqqətdə saxlayacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır

    Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, ...

    6-05-2021, 16:59

  • 
  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib

    Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir ...

    18-12-2018, 22:24

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

    Ali Məhkəmə Mehman Hüseynovun kassasiya ...

    25-06-2018, 17:23

  • 
  • Əli İnsanovun işinə yenidən baxılacaq

    Əli İnsanovun işinə yenidən baxılacaq ...

    7-01-2014, 13:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu