GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Keçmiş icra başçısı miras qalan 52 sot torpağı necə satıb?

Keçmiş icra başçısı miras qalan 52 sot torpağı necə satıb?

Tarix: 2-11-2021, 13:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 347


Bakı şəhər Nizami rayonunun keçmiş icra başçısı Arif Qasımovun saxta yollarla hazırlatdığı sənədlərlə Keşlə qəsəbəsində atadan övladlarına miras qalan 52 sot torpaq sahəsi satılıb.

Gündəmxəbər.az bildirir ki, bu haqda “Yeni Sabah”a mirasçılardan biri - Cabbarov Teymur Fəxrəddin oğlu müraciətində deyib.
O, öz şikayətdə bildirir ki, 1994-cü ildə atası Cabbarov Fəxrəddin Ziyatxan oğlu tərəfindən qurulan “Dədə Qorqud-10” Kiçik Müəssisəsinin Bakı şəhər İH və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin ayrılmasına dair” 9502 nömrəli İnşaat pasportunda qeyd edilən Nizami rayonu, Babək prospekti, 328 nömrəli məktəbin arxasında yerləşən 0,52 ha ərazisi olub. Atası 2016-cı ildə vəfat edəndən sonra sahibkarın ikinci həyat yoldaşı Cabbarova Kifayət Məmməd qızı, İcra başçısı Arif Qasımov və şirkətdə 33 faiz payı olan Ələsgərov Xəlil Məhərrəm oğlu əlbir olaraq həmin ərazini tam satıblar.
Hətta şikayətçinin sözlərinə görə bu proses atası 2016-ci ildə vəfat etməmişdən öncə xəstəxanada müalicə olunduğu vaxtdan başlayıb. Atasının vəfatından sonra isə torpaqların qalan hissəsi satılıb. Onun sözlərinə görə torpaqlar F. Cabbarovun birinci nikahdan olan 4 övladı, 2-ci nikahdan olan 1 övladı və ikinci həyat yoldaşı arasında bərabər hissələrlə bölünməli idi. Lakin qeyri-qanuni yollarla birinci nikahdan olan 4 övladın vərəsəlik hüququ qeyri-qanuni yolla pozulub və ərazi satılıb.
Teymur Cabbarov deyir ki, 4 ildir məsələ ilə bağlı bütün aidiyyatlı qurumlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müayinə baxışı keçirilib və bəlli olub ki, həmin torpaq sahəsinin üzərində təxminən 27 ədəd bir və ikimərtəbəli fərdi yaşayış evləri inşa edilib.
Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə dəvət olunan şikayətçiyə qanunvericiliyin tələbləri izah edilib və Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunub.
“2017-ci ildən Respublika Prokurorluğu ilə yanaşı şəhər və Nizami rayon prokurorluğuna müraciətlər edirəm.  Müraciətlərimdən sonra 2019-cu ildə prokurorluq cinayət işinə başlayıb. Şəhər prokukorluğu bu cinayət işini 4 ildir aparıb hüquqi qiymət vermir, stolüstü kitab kimi, ancaq stolun üstündə saxlayır. 4 ildir bu idarədən o idarəyə göndərməklə, aparıb şəhər prokurorluğunda cinayət işini saxlamaqla məşğuldur. Respublika Prokurorluğuna, Korrupsiya İdarəsinə dəfələrlə müraciət etsəm də, bizim müəssisənin torpaqlarının qeyri-qanuni zəbt olunması haqda real addım atılmır. Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər İH-də olan bəzi məmurlar dələduzlarla əlbir olub, satıb talayıblar. Bu faktları – korrupsiya və dələduzluq faktını ört-bastır edirlər.
Ortada konkter faktlar olsa da, dələduzların əməllərinə, Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin və digər məmurların əməllərinə göz yumulur. Onların əməllərinə hüquqi qiymət verilmir. 4 ildir ki, idarələrdə dolaşıram, hələ də nəticə yoxdur. Bu insanları məsuliyyətdən yayındırırlar”.
Şikayətçi deyir ki, cinayət işi açılsa da, işin aparılmaması ortaya suallar çıxarır. O, özünün və qardaş-bacılarının varislik hüququnun bərpa olunmasını tələb edir.
Yazıda adı çəkilən şəxslərin qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

    Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA ...

    25-01-2021, 12:15

  • 
  • Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? – Özəl

    Nizami İH araşdırılır: müavinlər nələrə şərik ...

    15-09-2020, 13:22

  • 
  • Şeyxin qudası Vasif Talıbovun övladlarına 110 sot torpaq satıb - SƏNƏDLƏR

    Şeyxin qudası Vasif Talıbovun övladlarına 110 sot ...

    23-09-2020, 14:36

  • 
  • Saatlı rayonu satışa çıxarılıb?

    Saatlı rayonu satışa çıxarılıb? ...

    13-06-2013, 15:20

  • 
  • Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara satılır

    Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara ...

    27-12-2013, 22:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu