GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » FEYZİYEVİN İNGİLİSLƏRƏ VERDİYİ “HESABAT” – Deputat İngiltərə məhkəməsinə təqdim etdiyi sənədləri cəmiyyətə niyə açıqlamır?

FEYZİYEVİN İNGİLİSLƏRƏ VERDİYİ “HESABAT” – Deputat İngiltərə məhkəməsinə təqdim etdiyi sənədləri cəmiyyətə niyə açıqlamır?

Tarix: 3-11-2021, 14:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 678


Son günlərin ən böyük qalmaqallarından biri Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin İngiltərədəki banklarda olan 20 milyon dollardan artıq puluna həbs qoyulması təhlükəsilə bağlıdır. 

Gundemxeber.az azpolitika.info-ya istinadla bildir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə, onun həyat yoldaşına, oğluna və bir qohumuna məxsus bank hesablarındakı 20,5 milyon dollara (15 milyon funt sterlinq) həbs qoya bilər. Bu barədə məlumatı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) yayıb. Agentlik belə hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirilir ki, 15 milyon funt sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə məxsusdur. Pərvanə Feyziyeva və oğlu Orxan Cavanşir sözügedən ölkədə yaşamaq imkanını təmin etmək üçün bu pulun bir hissəsini Böyük Britaniyanın investisiya vizası proqramına yatırıblar. Ümumi məbləğin bir milyon funt sterlinqi isə Feyziyevin qohumu Elman Cavanşirə məxsusdur.

Sözügedən məsələ ilə bağlı deputat Cavanşir Feyziyev mətbuata açıqlamasında bildirib ki, 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb. Deputat özünü arxayın göstərməyə çalışaraq, burada hər hansı qeyri-qanuni məqamın olmadığını və sözügedən vəsaitlərin mənbəyini göstərə biləcəklərini deyib: “Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik və mətbuatda yayılmış xəbərin əsassız olduğunu bildirmişik. Məsələyə İngiltərə məhkəməsində baxılmasını istəmişik və inanırıq ki, məhkəmə hər iki tərəfin arqumentlərini ədalətli şəkildə dəyərləndirəcək. Belə bir məsələnin araşdırılması İngiltərədə qəbul olunmuş yeni qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.

Birincisi, bu vəsaitlərin doğrudan da əvvəlcədən qanuni əsasları, sənədləri vardısa, məhkəmə nədən bu işi araşdırmaq qərarına gəlsin? Deməli, ortada həmin pulların “çirkli” olduğuna dair ciddi şübhələr var.

Digər yandan, göründüyü kimi, C.Feyziyev təkcə İngiltərə banklarında 20 milyon dollardan artıq pulunun olduğunu və xarici agentliyin yayımladığı məlumatın həqiqiliyini təsdiq edir. Üstəgəl, İngiltərənin, xüsusilə Londonun dünyanın ən bahalı ərazilərindən biri olduğunu nəzərə alsaq, deputatın bu ölkədə məskunlaşan ailə üzvlərinin yaşadığı malikanələrin də bir neçə milyon funt-sterlinq dəyərində olduğu şübhə doğurmur. Bunun üzərinə deputatın ailəsinin İngiltərədəki bizneslərini də gəlsək, belə çıxır ki, onun təkcə İngiltərədəki varidatı ən azı bir neçə on milyon dəyərindədir.

Azərbaycana gəldikdə isə, Feyziyevin malikanələrinin, obyektlərinin sayı-hesabı bilinmir. Hətta bir müddət əvvəl onun müğənnilərdən birinin adına 10 milyonluq obyekt alması barədə həmin müğənninin özünün açıqlaması dərc edilmişdi. Təbii ki, bu da onun mal-mülkünün siyahısında heç də əsas və yeganə bənd deyil. Bundan əlavə deputatın Zağulbada 4 hektarlıq ərazidə villaya, Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetrlik 10 milyonluq obyektə, Şəkidə fəaliyyət göstərən dörd ulduzlu "Şəki Saray" hotelinə və s. malik olmasına dair mətbuatda çoxsaylı məlumatlar dərc olunub ki, bunların da heç birini millət vəkili rəsmən təkzib etməyib.

Yaxşı, nə qədər sadəlövh səslənsə də, sual yaranır ki, deputat bu qədər pulu harada qazanıb? Təbii ki, Azərbaycanda. Belə olan təqdirdə, deməli, İngiltərə məhkəməsinə də Azərbaycanın vergi orqanının sənədini təqdim edib (əgər edibsə-red.). Elə isə həmin sənədləri Azərbaycan cəmiyyətinə, məsələn, özünün sosial şəbəkə səhifəsində açıqlaya, paylaşa bilərmi? Məntiqlə öz reputasiyasının, adının qeydinə qalan və bir millət vəkili kimi həm də siyasi fəaliyyətlə məşğul olan şəxs bunu böyük həvəslə etməlidir. O zaman açıqlasın, görək, bu deputat-biznesmen böyük varidatını hansı biznesdən və nə vaxt qazanıb. Ən əsası izə həmin qazancından büdcəyə nə vaxt və nə qədər vergi ödəyib...

C.Feyziyev 2010-cu ildən deputatdır. Bu isə o deməkdir ki, bizneslə məşğul olmayıb (qanunla-red.). Belə olan təqdirdə, özünün də boynuna aldığı kimi, 2017-ci ildə təkcə ingilis banklarında aşkarlanan 20 milyon dollardan artıq pulun gerçək mənbəyi nədir? Bəli, deputat olmazdan əvvəl biznesi olub. Bəs, doğrudanmı məhz həmin dövrdə şəffaf bizneslə bu qədər varidat əldə edib və həmin gəlirə görə də vergi ödəyib? Onu da qeyd edək ki, vergi orqanının reyestrində nə bu şəxsə, nə də onun ailə üzvlərinə aid hər hansı məlumat əldə etmək olmur. Dövlət Vergi Xidmətinin sistemində, məsələn, Feyziyevin oğlu Orxan Cavanşir adına axtarış versəniz, qarşınıza "Bu ada uyğun VÖEN müəyyən edilmədi!" məlumatı çıxacaq. Bəs, belə olan təqdirdə, görəsən Feyziyev İngiltərə məhkəməsinə hansı sənədləri təqdim edib?

Olmazmı ki, İngiltərə məhkəməsi qarşısında “boynu qıldan incə” olan Feyziyev eyni həssasiyyəti Azərbaycan cəmiyyətinə, öz seçicilərinə qarşı da göstərsin. Və miqyası 10 milyonlarla, bəlkə də yüz milyonla ölçülən varidatının mənbəyini, bu varidatı əldəetmə prosesində ödədiyi vergiləri açıqlasın. Əlbəttə ki, olmaz və bunu heç zaman etməz. Azərbaycanda isə İngiltərədən fərqli olaraq, sözügedən deputatı buna məcbur edəcək cəmiyyət, nə məhkəmə, nə hüquq-mühafizə, nə də vergi orqanı var...

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqviləyə oğlu imza atır...

    Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ ...

    18-08-2021, 13:50

  • 
  • Deputat "Quska"nın milyonlarla dəyəri olan obyektini müğənninin adına niyə keçirib? - İşin içində Cavanşir Feyziyevin də adı var

    Deputat "Quska"nın milyonlarla dəyəri ...

    24-04-2019, 12:47

  • 
  • Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları açıqlanacaq - TƏFƏRRÜAT

    Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın ...

    28-05-2021, 11:46

  • 
  • Cavanşir Feyziyevin gözqamaşdıran varidatı - SİYAHI

    Cavanşir Feyziyevin gözqamaşdıran varidatı - ...

    9-05-2020, 14:10

  • 
  • Deputat Cavanşir Feyziyevin maşını ilə adam öldürən şəxsə CƏZA VERİLDİ

    Deputat Cavanşir Feyziyevin maşını ilə adam ...

    21-06-2019, 14:24


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu