GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Aşıq adını daşımaq hər kişinin işi deyil, nər kişinin işidir ​

Aşıq adını daşımaq hər kişinin işi deyil, nər kişinin işidir ​

Tarix: 12-11-2021, 11:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 669


Hər kəsə məlumdur ki, aşıq sənəti ilə məşğul olan şəxslər sırasında Aşıq Namiq Fərhadoğlunun (Namiq Hüseynov) adı daha çox qalmaqallarda hallanan sənət adamı hesab olunur. Qeyd edək ki, bir müddət bundan öncə bir çox media qurumlarında, əksər sosial şəbəkə istifadəçilərinin facebook səhifələrində və s, bu şəxsin qadına qarşı seksual zorakılıq etməsi ilə bağlı yayılmış səs yazısı geniş müzakirələrə səbəb olmuşdur. Unutmaq olmaz ki, ictimai arenada az-çox tanınan Aşıq Namiq Fərhadoğlunun belə bir addımı çox keçmədi ki, geniş ictimaiyyətin qəzəbi ilə qarşılandı və tam əksəriyyət bu şəxsə qarşı kəskin mövqeyini də ortaya qoydu. Belə bir yanaşma ona görə baş verdi ki, mediaya verdiyi müsahibələrinin birində “Dünən sənətə gəlib sinəsinə döyənlərdən deyiləm. Uşaq yaşlarımdan səhnədəyəm. Ona görə də dilim də, dilçəyim də var” deyən Aşıq Namiq Fərhadoğlunun, özünün çirkin addımına öz düşüncəsindən haqq qazandırmağa çalışması oldu.

 Yayılmış səs yazısında qadının ona “Bura uşağım üçün gəlmişəm. Burax məni, ürəyimdə problem var, burax”, bu şəxsin isə ona “Səndən xoşum gəlir, özünü ələ al” deməsi, əslində aşıq sənətini “yaşadan” bu şəxsin efir mədəniyyətinin göstəricisi oldu. Bəlkə də həmin vaxtlarda hər kəs düşünürdü ki, belə bir qalmaqallı olayla gündəmdə qalan bu şəxs, bundan sonra “özünə yığşırılacaq”, necə deyərlər atdığı hər addımı yüz ölçüb bir biçəcək. Təəssüflər olsun ki, bu heç də belə olmadı. Çünki, bir-iki gün bundan öncə Aşıq Namiq Fərhadoğlu özünün facebook səhifəsində hansısa restoranda süfrə arxasında əyləşməsini, süfrənin üstündə bahalı balıq və digər yemək növlərinin, həmçinin bahalı sprirtli (viski) içkilərin olması ilə bağlı paylaşım edib. Əslində belə bir paylaşımı etmək onun Konstitusion hüququdur və bu heç də ona qadağan olunmur. Amma, məsələnin həm mənəvi, həm də əxlaqi tərəfi var. Yəni, bu gün bir çox həyətlərdə, mərasim evlərində 44 günlük müharibədə şəhid olanların il mərasimləri keçirilir, Qəhrəmanlarımızın xatirələri yada salınır, ruhlarına dualar oxunur. Bir sözlə, şəhidlərimizin axan qanlarının tam qurumadığı bir vaxtda, yuxarıda qeyd etdiyimiz kimi ictimai arenada az-çox tanınan Aşıq Namiq Fərhadoğlunun belə bir paylaşım etməsi heç də yolverilməz haldır. Ona görə ki, özünü daim “Mən dağlaroğluyam, saf əqidəli, saf amallıyam” deyə təqdim və təbliğ edən bu şəxsin bir sənət adamı olaraq etdiyi paylaşım, yəqin ki, kimlərdəsə, ələlxüsus şəhid analarında, şəhidlərin digər əzizlərində hansısa formada qıcıq yaradır, nifrət hissi oyadır. Yəni, bizim qənaətimiz belədir. Çünki, digər sahələrdə çalışanlarla bərabər, müasir aşıq sənətimizi yaşadan hər kəs də, məhz belə anlarda həssas və diqqətcil olmalıdır. Unutmayaq ki, şifahi xalq ədəbiyyatımızın bir qolu olan aşıq sənəti yarandığı tarixi dönəmlərdən indiyə kimi ustad aşıqlarımız həm davranışığı, həm danışığı, həm də digər göstəriciləri ilə ətrafa nümunə olublar. Necə deyərlər, məclislərdə əxlaq dərsi keçiblər, bu sahəni yaşadıblar, aşıq sənətinin müqəddəsliyini təbliğ etməyə çalışıblar. Bu belə olmalı olduğu halda, Aşıq Namiq Fərhadoğlunun ortaya qoyduğu nümunə də budur!. Bu cür əməl və amal sahibi olanların atdıqları addımların nəticəsidir ki, “LİDER” televiziyasının fəaliyyətinə son qoyuldu. Çünki, “LİDER” kanalında belə şəxslər, o cümlədən Aşıq Namiq Fərhadoğlu layihə həyata keçirirdi, kimlərinsə birincilər sırasına çıxmaları üçün külli miqdarda pullarını ələ keçirirdi, saatlarla televiziyanın efir məkanını zəbt edirdilər. Unutmayaq ki, təkcə bu şəxs deyil, bu gün bəzi televiziya kanallarında da şəhid qanı qurumamış yüngül əxlaqlı qadın müğənnilərin konsert proqramları verilir, şəhid ruhuna hörmətsizliklər olunur. Əslində, belə bir şəxsləri televiziya məkanına buraxmağın özü bir cinayətdir. Çünki, əxlaqi-mənəvi dəyərlərimizi tapdaqlar altına atan belə şəxslərdən, kim hansı nümunəni götürə bilər? Odur ki, həm diqqətcil, həm də ayıq olmalıyıq ki, bu cür sənət adamlarının sənətdən biryolluq “çıxdaş olmalarına” nail ola bilək.


GundemXeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aşıq Namiqin qadına qarşı seksual zorakılıq etdiyi anların SƏS YAZISI

    Aşıq Namiqin qadına qarşı seksual zorakılıq ...

    17-07-2021, 20:31

  • 
  • Aşıq Namiqin qadına qarşı qeyri-etik davranışı... - DİN

    Aşıq Namiqin qadına qarşı qeyri-etik ...

    1-12-2020, 11:36

  • 
  • Aşıq Namiq 54500 manatını və təqsirləndirilənlərin həbsini istədi

    Aşıq Namiq 54500 manatını və ...

    7-02-2018, 12:56

  • 
  • Səhhəti pisləşən aşıq Azər Türkiyədən Malayziyaya aparıldı

    Səhhəti pisləşən aşıq Azər Türkiyədən Malayziyaya ...

    8-04-2016, 11:12

  • 
  • İtlərin toyunda oxuyan aşıq bunu da edibmiş – VİDEO

    İtlərin toyunda oxuyan aşıq bunu da edibmiş – ...

    5-05-2017, 20:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu