GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » SABİQ NAZİRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Əli Abbasovdan açıqlama

SABİQ NAZİRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Əli Abbasovdan açıqlama

Tarix: 13-11-2021, 09:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 283


Ramiz Mehdiyevin artıq onu qoruya bilmədiyi iddia olunur 

Sabiq rabitə və informasiya texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsini tutan Əli Abbasovun həbsinə hazırlıq görülür. 

Gundemxeber.az bildrir ki, bu barədə musavat.com-a özəl mənbələrdən məlumat verilib.

Qaynaq qeyd edir ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudovun cinayətkar quldur dəstəsi ifşa olunandan sonra Əli Abbasov “çətir”ini dəyişdi, MTN şefinin düşməni Ramiz Mehdiyevin yanında qərarlaşdı. Sonrakı dövrdə həbs edilməməsi də Mehdiyevə biət etməsi ilə bağlı oldu. İndi isə vəziyyət dəyişib. Mehdiyev özü mövqelərini itirib, özünü belə qorumaq imkanları tükənib. Əli Abbasov ya növbəti dəfə özünə “çətir” tapmalı, ya da yaxasını istintaqçıların əlinə verməlidir.

Bu gün Əli Abbasovun böyük bir instituta direktorluq etməsi keçmişdə törətdiyi cinayətə bərabər əməllərinin araşdırılmaması anlamına gəlmir. “Rabitə işi”ni vərəqləmək, ətrafının məhkəmələrində dediklərini incələmək kifayətdir ki, Rabitə Nazirliyində illərlə baş verən çeşidli korrupsiya əməllərində onun rolu üzə çıxsın.



Ə.Abbasov rabitə naziri vəzifəsindən elə-belə qovulmayıb. O, rəhbərlik etdiyi nazirliyi faktiki olaraq “mahmudovçu”ların ixtiyarına vermişdi, Rabitə Nazirliyində korrupsiya və rüşvət bataqlığı yaratmışdı. Buna görə də Milli Təhlükəsizlik Nazirliyi ilə paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olundular. Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.

2015-ci il noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Amma Əli Abbasov bu günə qədər həbs edilməyib. O da Eldar Mahmudov kimi yaxasını istintaqdan kənar saxlaya bilirdi. Gələn məlumatlar onu deməyə əsas verir ki, nazir olarkən ətrafının “korrupsiya akademik”i adlandırdıqları Əli Abbasovun azadlıqla vidalaşmaq zamanı çatmaq üzrədir.

Müxtəlif dövlət qurumlarında Əli Abbasovun nazir kürsüsünə oturar-oturmaz topladığı rüşvət haqda müfəssəl məlumat uzun illərdir ki, var. Həmin məlumatlarda Əli Abbasovun Vidadi Zeynalovun əli ilə xərac toplaması xüsusi vurğulanır. Belə ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 4 poçt filial rəhbərləri - Arif Məmmədov, Əvəz Kərimov dərhal tələb olunan 40 min manatı gətirib təqdim edirlər. “Azərpoçt” Dövlət Müəssisəsi rəisi postu 100 min, BTRİB rəisi 300 min, “Aztelekom” İB-in rəisi olmaq 500 min manat, telefon qovşaq rəisləri 50 min ödəməli imiş.

Vəzifədə qalmaq üçün haqq ödəməyən Binəqədi poçt filialının müdiri Feyzulla Məmmədov postu ilə vidalaşıb. Bu hələ harasıdır?

Əli Abbasov nazir postunda ilk addımlarını atdığı günlərdə öyrənir ki, nazirliyin ehtiyat fondunda 8 milyon manat vəsait var. Sonrakı 2 ay ərzində pullar son qəpiyinədək nazirliyin müxtəlif strukturlarının adına təmir-tikinti, avadanlıqların alınması və s. adlar altında köçürülməklə, “otkat”la son qəpiyinəcən geri alınıb. Əli Abbasov mayanı çıxarandan sonra nazirliyin regionlardakı qurumlarına da “əl gəzdirib”.


2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu 300 min manat qarşılığında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkib. Bir müddət sonra isə Nəriman Salmanovun “qara günləri” başlayıb. Əli Abbasovun qeyri-rəsmi kuratoru Eldar Mahmudovun qara maskalıları onu günün günorta vaxtı kabinetindən oğurlayaraq MTN-ə aparıblar. 

Orada ona nazir Eldar Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir. Nəriman Salmanov təklifi geri çevirib, birmənalı şəkildə yerinə yetirməkdən imtina edib.

Nəriman Salmanov həmin vəzifədən istefa verib. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Əli Abbasov Eldar Mahmudovun qohumu Beytulla Hüseynovu ora təyin edib. Nazirliyin strukturuna daxil olan gəlirli idarələrdən biri də Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzi olub. İdarəyə Cəlil Cəfərov təyinat aldıqdan sonra mərkəzdə açıq-aşkar korrupsiya əməlləri tüğyan edib. Hesablama Palatası külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı akt tərtib edəndən sonra Əli Abbasov 5 milyon manat “yeyinti”nin dərhal verilməsi tapşırığını verib. Belə faktlar Əli Abbasovun nazirliyi dövründə bəs deyincə olub.

Bu cür “yeyintilər” Əli Abbasovun fəaliyyətinin ilk ilindən həyata keçirilməyə başlayıb. Əli Abbasovun faktiki olaraq Eldar Mahmudovun komandasına daxil olması onu nəzarətedici qurumların “diqqətindən kənar” saxlayıb. Məsələnin üstü açılanda isə Abbasov işdən çıxarılıb, ətrafı həbs edilib. O zaman onu xilas edən Ramiz Mehdiyevin patronajlığı altına keçməsi olub. Mehdiyev AMEA prezidenti keçəndən sonra Abbasovu da özü ilə ora aparıb, instituta baş direktor təyin edib. Artıq vəziyyət dəyişib, Mehdiyevin də “ulduzu” sönmək üzrədir. Əli Abbasov hər an həbs oluna bilər.

***



Sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsini tutan Əli Abbasov həbs olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Əli Abbasov Qaynarinfo-ya açıqlamasında deyib ki, hazırda İdarəetmə Sistemləri İnstitutununda işlərin səhmana salınması üçün ciddi tədbirlər həyata keçirir: "Mən hazırda elmlə məşğulam və başqa şey bilmirəm. Rəhbərlik etdiyim qurumda işin səviyyəsinin yüksəldilməsi üçün əlimdən gələn nə varsa edir və onun üçün bu dəqiqə iclasa tələsirəm".

Sabiq nazir barəsində yazılanları oxumadığını da bildirib: "Hələlik yazı ilə tanş deyiləm. Barəmdə KİV-də gedən yazı ilə bağlı məlumatlıyam. Özüm də yazı ilə tanış olacam”. 

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Etibar Pirverdiyevin qızı sabiq nazir oğlu ilə şirkət açdı - İLGİNC

    Etibar Pirverdiyevin qızı sabiq nazir oğlu ilə ...

    22-12-2018, 16:15

  • 
  • Əli Abbasov oğluna toy etdi-ÖZƏL

    Əli Abbasov oğluna toy etdi-ÖZƏL ...

    11-01-2014, 00:37

  • 
  • “Əli Həsənov son 5-6 ildə prezident olmaq istəyirdi” - MARAQLI İDDİA

    “Əli Həsənov son 5-6 ildə prezident olmaq ...

    24-09-2020, 21:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (333)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu