Əli Abbasov oğlunun Etibar Pirverdiyevin qızı ilə toyu oldu.Azərbaycanda iri məmurların bir-birinə qız alıb-verməsi, qohumlaşması geniş yayılmış haldır. Qohum olan iri məmurların siyahısına bu günlərdə daha ikisi əlavə olunub.Qohumluq əlaqəsii ilə daha da yaxınlaşan məmurlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdir. Belə ki, rabitə naziri oğluna Pirverdiyevin qızını alıb. Gündəm Xəbər.az saytına verilən xəbərə görə Toy dünən baş tutub. Nazir oğlunun toynda iştirak edənlərdən birinin verdiyi məlumt görə Əli Abbasov oğlunun Etibar Pirverdiyevin qızı ilə toyu paytaxtın ən elitni şdlıq saraylarının birində baş tutub.Mənbəmiz bildirir ki, toyda dövlət məmurrlarının əksəriyyətidə iştirak edib. Verilən bilgiyə görə toyda məmurlarla yanaşı tanınmış iş adamları da iştirak edib. toyda ancaq yüzlük və 50 dolarlıq əskinazlar "şabaş" olunub. Toydan çəkilmiş maraqlı video fraqmentlər yaxın saatlarda Gündəm Xəbər.az saytında yerləşdiriləcək
Qeyd edək ki, Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb. Hazırda Bakıda atasının nəzarətində olan sahədə – informasiya texnologiyaları sektorunda nəhəng bir özəl şirkətin sahibidir. E.Pirverdiyevin qızı isə Londonda təhsil alıb və yüksək ixtisaslı modelyerdir. O, hazırda atasının rəhbəri olduğu “Azərenerji” işçiləri üçün uniformalar hazırlayan şirkətə rəhbəlik edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?