Biz dəfələrlə aktualxeber.az -da Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qaranlıq işlərin çevrildiyi haqda oxucularımıza məlumatlar vermişik. ADAU-nun Aqronomluq fakültəsinə dekan seçkiləri başa çatmış hesab olunmasa da, rəsmən bu barədə hansısa qərar elan edilməsə də, artıq indidən qələbəsini qeyd edənlər var. Bütün vasitələrlə İsmayıl Məhərrəmovun dekan seçilməsinə çalışan rektor İbrahim Cəfərov istəyinə nail olub və yaxud da olmaq üzrədir. Artıq İsmayıl Məhərrəmov öz “qələbəsini” qeyd edərək, hamıya yenidən dekan postuna seçildiyini bəyan edir. Bundan əlavə redaksiyamıza yeni daxil olan məlumata görə ADAU-nun tədris şöbəsinin müdiri Elay Zeynallının elmi işi plagiatdır. Cəmi 25 yaşı olan bu şəxs öz elmi işini UNEC-in 2017-ci ildə məzunu olmuş Məmmədzadə Elvin Rasim oğlunun magistr işinin 80 faizini köçürüb və əlavə olaraq da Türkiyədən bəzi materialları tərcümə edərək plagiatlıq etmişdir. Elə buna görə də AAK tərəfindən bu iş təsdiq olunmur. Amma rektor onu hər yerdə müdafiə edir. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?