GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazirin saxta əlilliklə bağlı göstərişinə İmişli DSMF-da şöbə müdiri qarşı gəlir? - İDDİA //VİDEO

Nazirin saxta əlilliklə bağlı göstərişinə İmişli DSMF-da şöbə müdiri qarşı gəlir? - İDDİA //VİDEO

Tarix: 24-11-2021, 13:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 482


Hazırda ölkə əhalisinin də, ölkə mediasının da sağdan-soldan, dörd bir tərəfdən dayanmadan ən çox zərbə endirdiyi dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, məmur isə bu quruma rəhbərlik edən Sahil Babayevdir.

Sahil Babayev haqqında əhali arasında narazılıq yaradan səbəblərdən biri sağlamlığında heç bir problemi olmayanların pensiya alması, xəstəliyi, əlilliyi olduğu halda, maddi imkanı olmadığı üçün pensiya ala bilməyənlər idi.
O qədər dedilər, o qədər yazdılar ki, Cənab nazir axırda dözməyib hamının pensiyasını kəsdi və qərar verdi ki, bu günə qədər pensiya alan hər kəsin səbəbləri yenidən araşdırılsın.

Hər hansı bir qurumda baş verənlər üçün həmişə təbii olaraq, qurumun rəhbərliyini qınayırıq. Amma, bir məsələnin fərqinə varmırıq ki, qurum rəhbəri tabeçiliyində çalışan bütün işçilərin hər birinə tək-tək nəzarət edə bilməz.

Doğrudur, işçilərinə özbaşınalıq etməyə risk edəcək qədər cəsarəti və sərbəstliyi verən rəhbərliyin nəzarətsizliyidir.

Amma, yenə də deyirik, hər hansı quruma rəhbərlik edən heç bir məmurun rəhbərlik etdiyi quruma, işçilərinə tək-tək nəzarət edəcək qədər vaxtı yoxdur. Onun da öz işləri, öz biznesləri var.

Əlqərəz...

Qayıdaq pensiya məsələsinə.
Bildiyimiz kimi artıq bir neçə müddətdir ki, dərəcəsindən asılı olmayaraq, çox sayda əlillərin pensiyaları ləğv edildi və yenidən araşdırılmağa başladı.

Amma, nə faydası?!...

Deyəsən, yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyli sayda işçiləri, eyni zamanda səhiyyəmizin "Hippokrat andına sadiq" bəzi həkimləri, əl-ələ, baş-başa verib, həmrəylik nümayiş etdirirlər. Yəni, yenə də pulu olan "pensiya kartı"nı təkrar əldə edə bildi, pulu olmayanlar, lakin həqiqi əlilliyi, xəstəliyi olanlar, hətta əmək qabiliyyəti ümumiyyətlə olmayanlar isə xəstəxana qapılarında, Dövlət Sosial Müdafiəsi Fondu (DSMF) qapılarında hər gün tezdənnən gəlir, axşama qədər növbə gözləyib, gedirlər...

Beləcə, "pensiya ümidi" ilə qalan ömürlərini də gözləmə zallarında yaşamağa davam edirlər.

Söhbətə bu cür başlayıb, bu qədər uzun-uzadı danışmağımız əbəs yerə deyil.

GUNDEMXEBER.AZ  bildirir ki, "DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına İmişli rayon, Aranlı kənd sakini Əliyev Mehman Qədir oğlu müraciət edib.

Mehman Əliyev müraciətində bildirir ki: - "Həmkəndlim Yadigarov Bayraməli İxtiyar oğlu "maklerlik" edir. Belə ki, o tanıdığı, bildiyi adamlardan pul alıb, onlara pensiya düzəldir. Bundan əlavə, Yadigarov Bayraməli özü heç bir xəstəliyi olmadığı halda, birinci qrup əlilliyə görə pensiya alır. Həmçinin, həyat yoldaşı Nigar, iki qızı - Aytəkin və Tünzalə, 4 nəvəsi - Zəhra, Məhəmməd, Amil və Elton hazırda saxta yollarla pensiya alaraq, dövlət büdcəsinə ziyan vururlar.

Yadigarov Bayraməlinin bu cür saxta əməllərlə məşğul olmasında ən böyük yardımçısı, daha doğrusu işlərin başında duran isə oğlu Yadigarov Turaldır.

Yadigarov Tural Bayraməli oğlu İmişli regional Dövlət Sosial Müdafiə Fondunda (DSMF) şöbə müdiri vəzifəsində çalışır.

Tural özü də yerli sakinlərdən pul alaraq, onlara pensiya, yaxud ünvanlı sosial yardım alması üçün saxta sənədlər düzəldir. Misal olaraq qeyd edə bilərəm ki, İmişli rayon, Qaralar kənd sakini Xudiyev Sabir bir neçə ildir ki, 7 uşağına görə ünvanlı sosial yardım alırdı. Uşaqlardan biri 18 yaşına çatdığı üçün, bu yaxınlarda onların hamısının yardımı dayandırıldı. Yenidən digər 6 uşağa görə ünvanlı sosial yardım almaq üçün Sabir Xudiyev DSMF-na müraciət edib. Orada, Sosial müavinətlər şöbəsində müdir vəzifəsində çalışan Tural Yadigarov onunla şərt kəsib ki, "mən sənin sənədlərini düzəldəcəm və ilk 6 ayını mən alacam."

Razılaşıblar. Lakin, sonra Sabir Xudiyev verdiyi sözü geri götürüb.
Yəni, alacağı ünvanlı sosial yardımın ilk 6 ayını Tural Yadigarova verməkdən imtina edib.

Y. Tural da X. Sabirin bu hərəkətindən bərk əsəbiləşib və ona deyib ki, "Mən sənin yardımını kəsim, sən də bax". Artıq, 4 aydır ki, Sabir Xudiyev ünvanlı sosial yardım ala bilmir. Hazırda bu məsələ Sabir Xudiyevin iddiası əsasında İmişli rayon prokurorluğunda araşdırılır."

Əslində, Mehman Əliyevin həmkəndlisi Yadigarov Bayraməli haqqında sürdüyü iddialar təkcə yuxarıda qeyd etdiklərimizdən ibarət deyil.

Mehman Əliyev daha sonra Bayraməli Yadigarovun onu silahla hədələməsi, ona böhtan atması və sair bu kimi digər iddiaları barəsində geniş yazıb, izləyicilərimizi yormaq istəmirik.

Bütün iddia olunanlar barəsində daha ətraflı aşağıdakı linkə toxunaraq, "MUM.TV" "You Tube" kanalımızda, elə Mehman Əliyevin öz dilindən eşidə bilərsiniz.



P.S: Yeri gəlmişkən, onu da bildiririk ki, Mehman Əliyevin bütün iddiaları barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Yadigarov Bayraməliyə zəng etdik. O söhbətimizin əvvəlində bütün suallarımıza - "yalan deyir, hamısı böhtandır. Onun oğlu mənim nəvəmi maşınla vurub, uşaq Şirvanda xəstəxanada yatdı. İndi ambulator müalicə alır. Oğlum Tural da pensiya işinə baxmır. Yalan deyir o", deyərək cavab verdi.
Sonra əlavə etdi ki: - "Mehman mənə 5.000 (beş min) manat pul borcludur, nə vaxt pulumu istəsəm mənə böhtan atır. O yalan danışır, siz onu niyə yazırsınız?"

Biz Bayraməli Yadigarovun diqqətinə çatdırdıq ki, bizim işimiz vətəndaşın müsahibəsini, eyni zamanda qarşı tərəfin mövqeyini yayımlayıb, ictimailəşdirmək və aidiyyatı qurumların diqqətinə çatdırmaqdır. Araşdırmaq və barəsində qanuni tədbirlər görmək isə hüquq-mühafizə orqanlarının işidir. Biz bütün bu məsələlərin araşdırılması üçün aidiyyəti qurumlara sorğular göndərəcəyik. Əgər faktlar öz təsdiqini taparsa, qurumlar özləri bu barədə lazımi tədbirlər görəcəkdir. Yox, əgər sizin də vurğuladığınız kimi, şər-böhtan olduğu ortaya çıxarsa, sizin ixtiyarınız var ki, o adama qarşı iddia qaldırasınız."

Bundan sonra, Bayraməli Yadigarov israrla bizim bu məlumatları ictimailəşdirməmizə təsir etməyə çalışdı. Hətta, bizi güya ona "hədə-qorxu" gəlməkdə də günahlandırdı.

Qeyd: Qeyd edirik ki, redaksiyamızda aparılan telefon danışıqları tərəfimizdən hər zaman qeydə alınır və hər dəfə də bu qarşı tərəfin diqqətinə çatdırılır.

Daha sonra Bayraməli Yadigarov bizə bildirdi ki, "mən sabah əlimə bir butulka benzin götürüb, gedəcəm Heydər Əliyevin büstünün yanına. Orda gəlib məndən müsahibə götürərsiniz."

Bayraməli Yadigarovun bu addımının nə demək olduğunu hələ ki, anlamış deyilik. Amma, onu bütün izləyicilərin diqqətinə bir daha çatdırırıq ki, "DogruXeber.az" informasiya agentliyinin kimsə ilə qərəzi, yaxud hər hansı bir şəxsi prinsipi yoxdur. Kimliyindən asılı olmayaraq, hər kəsin fikirlərini və məlumatlarını, eyni zamanda qarşı tərəfin mövqeyini ictimailəşdirmək və aidiyyatı qurumların diqqətinə çatdırmaq bizim peşə borcumuzdur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GÜNDƏMXƏBƏR.AZ 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

    Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ...

    13-04-2021, 12:53

  • 
  • İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün rüşvət necə toplanır – VİDEO

    İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün ...

    30-07-2020, 12:10

  • 
  • Nazir gözü tutulan xərçəng xəstəsinin pensiyasını kəsib - ETİRAZ

    Nazir gözü tutulan xərçəng xəstəsinin pensiyasını ...

    20-08-2021, 14:00

  • 
  • Saxta əlillik dərəcəsi alanlara pensiya verilməsi dayandırıldı

    Saxta əlillik dərəcəsi alanlara pensiya verilməsi ...

    13-07-2018, 11:19

  • 
  • Sahil Babayev nazirliyi necə idarə edir... - İDDİA

    Sahil Babayev nazirliyi necə idarə edir... - İDDİA ...

    3-03-2021, 12:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu