GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Apellyasiya Məhkəməsi 4 aydır qərarını vermir

Bakı Apellyasiya Məhkəməsi 4 aydır qərarını vermir

Tarix: 24-11-2021, 22:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 294



Səadət Bəktaşi və Afaq Nuriyevanın da öz(əl) məcəlləsi var?


Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) və İnzibati Prosessual Məcəlləsinin (İPM) tələblərinə görə, məhkəmə sənədləri müəyyən olunmuş prosessual müddətdə rəsmi qaydada verilməlilidir. MPM-in 266.1 maddəsinə əsasən, məhkəmə qərardadları çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlilidir. Məhkəmə qərarlarının və qətnamələrinin verilməsi də rəsmi qaydada MPM-in tələblərinə uyğun olaraq həyata keçirilir və 3-10 gün müddətində “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada işdə iştirak edən şəxslərə sifarişli məktubla poçt qəbzinə imza atdırmaqla verilir. Dİ gəl, nə birinci , nə də apellyasiya və kassasiya instansiyasında bu tələblərə əməl edilir. Məhkəmə sənədlərinin verilməsi günlərlə yox, aylarla, illərlə ölçülür və ümumiyyətlə, verilməsindən imtina olunur. Məhkəmə Hüquq Şurasına, hüquq (müdafiə) qurumlarına şikayətlər də səmərə vermir, elə bil, məhkəmə instansiyalarının özlərinin özəl məcəllələri var!?

Bizi “barıtı çox etməkdə” suçlayanlara Ali Məhkəmənin Ağsu RİH və digərlərinə qarşı 17.03.2020 tarixli gizlin çıxardığı qərarını 2 ilə yaxındır rəsmi qaydada verməkdən imtinasını vurğulayaq. Rəsmi verilməsə də, çoxsaylı şikayətlərdən sonra 15.03.2021-ci il tarixdə elektron qaydada verilən bu qərardan fərqli olaraq, DİN-Ə qarşı 12.02.2020 tarixli kassasiyanın mümkün sayılmaması haqqında qərardadın heç elektron qaydada verilməsindən də 22 aydır imtina edilir. 2 il qabağa gedib, “köhnə palan içi sökməyək” , məhkəmələrin qeyri-prosessual peşəkarlığı sayəsində 2 aydır “qatı açılmayan” qəttəzə “palan içi”nə nə gəlib? Ali Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Səyyad Kərimov, hakimlər Rahib Nəbizadə və Zakir Quliyev ) DİN-ə qarşı 06.10.2021 tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin (h. İlqar Cabbarov ) saxta qərardadını Konstitusiya aktı kimi qəbul edib, məhkəmə təminatı hüququna qadağa qoyan “ali” qərarı hələ də verilməyib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə 14.04.2021 tarixli qərardadını 7 ay yarımdır verməkdən imtina edir , amma gizlin ayrılan vəkil şikayəti yazıb və vurğuladığımız kimi, bu şikayət üzrə 06.10.2021 tarixli qərar verilmir. Bakı Apellyasiya Məhkəməsinin sədri Afaq Nuriyeva olan Səadət Bəktaşi və Azər Hüseynovdan ibarət üçlüyü də “daxili məcəllə”yə uyğun olaraq, 06.08.2021 tarixli qərardad(lar)ını 4 aydır verməkdən imtina edir. Yenə da “özəl prosessual məcəllə” tətbiq olunub və ayrılan vəkil qərarla tanışlıq sonucunda şikayəti yazıb. Hazırda şikayətin Ali Məhkəmənin icraatında olduğu bildirilib. Səadət Bəktaşinin sədri olduğu, əvvəllər işin baxılmasında iştirak edən Aida Hüseynin tərkib üzvü olduğu heyət isə Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN tabeliyindəki DSMF-ə qarşı iddiası üzrə 03.08.2021 tarixli qərarını 4 aydır verməkdən imtina edir. Çoxsaylı şikayətlərə baxmayaraq, dələduzluqla və məhkəmə təminatsızlığı ilə pensiyası yarıqat edilən qazi qeyri-prosessual məcəllə ilə kassasiya şikayəti hüququndan da məhrum edilib. Ali Məhkəmənin hakimi Elşad Şamayevin Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi 3 ildir 3-cü şəxs Qarabağ qazisinə vəkil ayırmaqdan imtinası və 3 ildən sonra ərizəyə baxılaraq vəkil ayrılmasından imtina etməsi isə qeyri-prosessuallığın zirvəsi sayıla bilər. 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarov məhkəməyə vəkillik edərək 3 il qabaq vəkil ayrıldığını, amma telefona cavab verilmədiyindən (?) şikayətin yazılmadığını bildirib. Yəqin, şikayətin telefonla yazılması da Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının özəl məcəlləsində doğrulanıb. (?)


Birinci instansiya məhkəmələrinin özbaşınalığından heç danışmağa dəyməz. Təsəvvür edin, Yasamal məhkəməsi 3-cü şəxs Təhsil Nazirliyi olmaqla BDU-ya qarşı “təhsil hüququna qadağa qoyulması nəticəsində pozulmuş hüquqların bərpası” tələbi ilə Qarabağ qazisinin 21.04.2021 tarixli iddiasına 7 aydan çoxdur baxmır. Şikayətlərin sonucunda 6 ay dan sonra anonim məhkəmə işçisi 08.05.2021 tarixli qərardadla iddia ərizəsinin icraata qəbulundan imtina edildiyini elektron qaydada bildirib. Hələ də bu qərardad da verilmir və anonim qərardaddan verilən şikayətə də baxılmasından soraq yoxdur.

Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlinin “Azəriqaz”a qarşı 15.05.2020 tarixli müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin edilməsindən imtina barədə qərardadı da həmin gün verilməli olduğu halda, 1, 5 ildir verilmir. 17.06.2020 tarixli qazdan istifadə etməyə qadağa qoyan qərar da eləcə Sabunçu məhkəməsindən ezam olunmaqla ləğv edilmiş qərardadı üzrə işə hakim “sırınan” (başqa ifadə mümkün deyil -M. B ) Rüstəm Kərimli də Nərimanov bələdiyyəsindən götürdüyü qeyri-prosessual öhdəliyi elə can – başla yerinə yetirir ki, gizlətdiyi işi hələ də “tapıb” sifarişli poçtla göndərməkdə acizdir.


Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun -Konstitusiyanın 125-ci maddəsində məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apellyasiya və birinci instansiya məhkəmələrinin həyata keçirmələri doğrulanıb. Birinci instansiya qərarını vermirsə, apellyasiya hüququ, apellyasiya instansiyası vermirsə, kassasiya hüququ, kassasiya instansiyası vermirsə, Konstitusiya ( Konstitusiya Məhkəməsinə müraciət etmək ) hüququ, bütövlükdə məhkəmə təminatı hüququ pozulur. Bu pozuntunun aradan qaldırılması isə dövlətin üzərinə düşür. Ana Qanunun 12-ci maddəsinə görə, DÖVLƏTİN ALİ MƏQSƏDİ İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARINI QORUMAQ, AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ LAYİQLİ HƏYAT SƏVİYYƏSİNİ TƏMİN ETMƏKDİR.


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır

    Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, ...

    6-05-2021, 16:59

  • 
  • Məhkəmə aktları, prosessual qərarlar şifahi çıxarılır və gizlədilir? !

    Məhkəmə aktları, prosessual qərarlar şifahi ...

    19-10-2021, 15:46

  • 
  • Konstitusiya Məhkəməsi bankların müflis elan olunması ilə bağlı mübahisəli məsələlərə dair qərarını açıqlayıb

    Konstitusiya Məhkəməsi bankların müflis elan ...

    14-07-2017, 19:12

  • 
  • Bakı İnzibati Məhkəməsindən  növbəti ÖZBAŞINALIQ

    Bakı İnzibati Məhkəməsindən növbəti ÖZBAŞINALIQ ...

    8-11-2021, 12:06

  • 
  • Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər qərarla, qətnamə ilə qərardadın fərqini bilmir! (?)

    Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər ...

    15-04-2021, 13:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu