Redaksiyamıza M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə bağlı ("Eksperimantalnı” xəstəxana kimi tanınır.) ilginc məlumat daxil olub. Videoçəkilişin də əlavə olunduğu məlumatlarda bu səhiyyə müəssisəsində xəstələrin "soyulmasından”, müayinə və müalicələrin yazılmamış qiymətlərindən bəhs olunur…
Gundemxeber.az xeberal.az-a istinadla bildirir ki, videogörüntüdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsas binasının birinci mərtəbəsində, 14№-li kabinetdə- kompyuter tomoqrafiyada rüşvətin alınması görüntülənib. Hadisə bu ayın 2-də saat 1200 radələrində baş verir. Həkim Gülnaz xanım (Gülya kimi tanınır.) xəstələrdən 130, 260 manat kimi müxtəlif "ödənişlər” alır. Ən dəhşətlisi də odur ki, "ödənişdə” güzəşt olunmur-deyilən məbləğ qeyd-şərtsiz verilməlidir. Etiraz edən də isə bütün dərman və preparatların özləri tərəfindən-şəxsi vəsaitləri ilə alındığını bildirir(?) Məlumatlarla bağlı həm şöbə müdirini, həm də M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyini məlumatlandırıb, mövqelərini öyrənməyə cəhd etdik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Səlahiyyət sahibləri heç nə baş verməyibmiş kimi susqunluq nümayiş etdirdilər. Həkimlərə qarşı hansısa cəza tədbiri haqqında da məlumat eşitmədik(?) Belə məlum olur ki, nə bu həkim kontingentinin, nə də Mərkəz rəhbərliyinin son aylar həmkarları ilə bağlı hüquq-mühafizə orqanlarının atdıqları addımlardan ya xəbərləri yoxdur, ya da bilmək istəmirlər. Öz qanunlarından başqa qanun tanımaq yaddır bunlar üçün… Olayla bağlı TƏBİB-dən də açıqlama ala bilmədik. Azərbaycan siyasi rəhbərliyinin səhiyyə siyasəti göz önündədir- dövət ölkə insanı üçün səhiyyə xidmətini günbəgün təkmilləşdirir, dövlət milyonlar xərcləyir, bu sahədə hər gün bir yeniliyə imza atılır. Təəssüf ki, hələ də bəzi həkim və səlahiyyət sahibləri dövlətin bu nəcib siyasətinə kölgə salmaqda davam edirlər İctimai nəzarətin aktuallığını yaxın günlərdə cənab prezident də vurğulamışdır… Bu istiqamətdə hər bir vətəndaşın fəallığı vacibdir və davamlı olmalıdır. Bəhs etdiyimiz kimi eybəcərliklərin həlli yolu həm də ictimai nəzarətdən keçir. Mövzu diqqətimizdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?