Ötən həftə səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi iclasda özəl klinikalar haqqında ağır ittihamlar səsləndirdi. Nazir 2008-ci ilin fevralından Azərbaycandakı dövlət xəstəxanalarında pulsuz tibbi müalicə və müayinəyə keçildiyini də xatırlatmışdı.Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb. Dövlət xəstəxanalarında pulu olmayan xəstəni nəinki müalicə, heç müayinə də etmirlər. Zaqatala sakini Məryəm Süleymanova artıq 5 gündür M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutun(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalni” deyilir) cərrahiyyə şöbəsində ağır vəziyyətdə yatsa da adıçəkilən xəstəxanada onu əməliyyat etmək istəmirlər. Xəstənin yaxınlarının Bolgexeber.com-a bildiridiyinə görə xəstəxananın şöbəsinin həkimi Anar həkim onlardan əməliyyatda istifadə olunacaq hansısa aparata görə 500 manat istəyib. Ancaq əməliyyata 2 gün qalmış dövlət xəstəxanasından onlardan daha 2500 manat pul tələb ediblər. Xəstənin adamları buna etiraz edəndə isə xəstəxananaın həkimləri ümumiyyətlə xəstəni əməliyyat etməkdən imtina ediblər və onu başqa xəstəxanaya getməyi məsləhət biliblər.Qeyd edək ki,xəstənin vəziyyəti get-gedə ağırlaşır. Məsələ ilə ilə bağlı biz xəstəxananın baş həkimin də mövqeyini öyrənməyə çalışdıq. Lakin məsələdən hali olan baş həkim öz işçisinin tərəfini tutdu və şöbə müdirinin düzgün etdiyini bildirdi. Belə çıxır ki,ağır vəziyyətdə olan xəstə imkanı,pulu olmadığından ölməlidir... Məsələni diqqətdə saxlayacayıq.Bolgexeber.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?