Gundemxeber.az » GündəmXəbər » “İrşad Electronics” Qarabağ Qazisinə QARŞI… – GİLEY
GÜNDƏMXƏBƏR.AZ gundelik-baku.com-a istinadla bildirir ki, şirkət 2000-ci ildə “I&R Telecom” adı altında yaranıb, 2018-ci ildən 2021-ci ilə kimi “İrşad Electronics” adı ilə, 2021-ci ilin mart ayının birindən etibarən “irşad” adı altında fəaliyyətini davam etdirir. Bakı və Sumqayıt şəhərləri daxil olmaqla 37 şəhər və rayonda mağazalar şəbəkəsi, 700-dən çox dilleri mövcuddur.
Az qala ölkənin yarısından çoxunda faəliyyət göstərən və dövriyyəsi milyonlarla ölçülən bu boyda şirkətin 5-10 manata görə Qarabağ qazisini məhkəməyə verməsi ən azı utanc hissi yaradır. Şirkət Füzuli istiqamətində gedən döyüşlərdə tankda yanaraq ağır yaralanan qazini məhkəməyə verib.
Qazi deyir ki, hazırda pensiya sənədləri təsdiqlənmədiyinə görə, pulumu ala bilmirəm və bu səbəbdən “İrşad Electronics”ə olan kredit borcumu hələ ki, ödəyə bilmirəm.
Bundan artıq nə demək olar ?
Vətən uğrunda vuruşan, tankda yanaraq səhhətində ciddi problemlər olan qazimiz deyir ki, sənədlərim düzələn kimi borcumu ödəyəcəm.
Ey, İRŞAD-ın sahibi, o qazi BORC-unu artıqlaması ilə ödəyib. Başa düşdünmü ?
Qazi deyir ki, hətta bu barədə şirkətə məlumat da vermişəm.
Qeyd edək ki, kredit borcu olan qazi “Cəbrayılın və Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.
Bu misal “İrşad”ın əsl mahiyyətini ortaya qoyur.
Ümumiyyətlə, şirkətdən şikayətlər bitib tükənmək bilmir.
Şirkətin öz müştərilərini zaman-zaman aldatması ilə bağlı mediada müraciətlər yayılıb.
Başqa bir Qarabağ qazisi deyir ki, 2020-ci ilin sentyabr ayında “İrşad” şirkətindən mobil telefon aldım və hərbi qulluqçu olduğum üçün döyüş bölgəsinə ezam olundum. Ona görə də şirkətdən xahiş etdim ki, krediti dondursunlar, onlar da razı oldular.
Müharibədən sonra bəlli olub ki, şirkət qazinin kreditini nəinki dondurmayıb, hətta onu məhkəməyə verib.
Təsəvvür edirsiniz, bu boyda şirkətin Vətən Müharibəsi qazisini məhkəməyə verməsi sadəcə rüsvayçılıqdır.
Bütün bunlar azmış kimi şirkətin operatorları müştərilərin zənglərinə kobud cavab verir, müştəri xidmətlə bağlı sual verirsə, suallar cavabsız buraxılır.
Müştərilər dəfələrlə şirkətdən mobil telefon, notebook alıblar. Və bir neçə gün sonra telefon, yaxud notebook donub, işləməyib. Müqaviləyə görə, alınan məhsullar şirkətin servisində ya təmir edilməli, ya da dəyişdirilməlidir. Ancaq şirkət xarab məhsulu nə təmir edir, nə də yenisi ilə əvəz etmir.
Başqa bir müştəri şikayət edir ki, yayın qızmarında kondisioner almışam, amma 9 gündür şirkət gəlib öz məhsulunu quraşdırmır. Hansı ki, kondisioneri alanda söz vermişdilər ki, 2 günə quraşdırılacaq.
Bir sözlə, “İrşad Elektronics”dən şikayətlər səngimək bilmir.
Görəsən dövlətdən hər ay yüksək maaş alan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır ?
27-08-2021, 13:03
27-03-2019, 14:18
25-06-2020, 13:31
18-10-2018, 13:32
31-03-2021, 12:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?