Ülvi Kazımlı adlı istifadəçi "Müştəriyəm Şikayətim Var”qrupuna şikayət məktubu ünvanlayıb.
"Salam. Şikayətim "İrşad Electronics” dəndir. Bunlar öz ustalarına söz keçirə bilmir…” sözləri ilə başlayan məktubu oxucularına təqdim edirik:
"…Demək, İyunun 12-si "İrşad”ın Sumqayıt şəhərindəki filialından kondisioner götürdük. ("İrşad”da VİP müştəriyəm). Söz verdilər ki, İyunun 16-sı məhsulu gətirib quraşdıracaqlar (buna görə də həmin günə işdən icazə aldım ki, evdə olum). Nə isə, 16-sı heç nə gəlmədi, zəng vurdum, dedilər, bizdə 3 iş günüdür çatdırılma. Soruşdum, bəs niyə bunu alanda demədiniz, cavab verdilər ki,üzürlü sayın, dedim ok.
17 İyunda gətirib məhsulu evə qoyub gediblər. Zəng etdim ki, bəs niyə quraşdırmadınız, dedilər, bizim işimiz təhvil verməkdir, 3 iş günü ərzində başqaları gəlib quraşdıracaq. Halbuki, mənə bunu da deməmişdilər.
19 iyunda, 3 iş günü bitirdi, getdim filiala ki, niyə gəlib quraşdırmırsınız? Özünü filial müdiri kimi təqdim edən Elsevər üzr istəyib usta Talehin nömrəsini verdi. Ustaya zəng vurub soruşdum ki, nooldu bəs? Cavab verdi ki, qardaş, bağışla, vaxt edə bilməmişik. Dedim, a kişi, sən kimə tabesən? Şirkət söz verib, gətirib quraşdıracağıq deyib, sənsə deyirsən, vaxt yoxdur, usta dedi ki, iş bölgüsü mənlikdir, şirkətə aidiyyatı yoxdur.
Əlqərəz, söz verdi ki, iyunun 21-i, saat 10 tamamda ilk sizə gələcəyik kondinsioneri quraşdırmağa. Vaxt tamam oldu, ustadan xəbər çıxmadı, zənglərə də cavab vermədi. Filial müdiri Elsevərə zəng vurdum, dedi ki, ustalar gəlir yoldadırlar. Dedim, gələn ustanın nömrəsini ver, vermədi.
İndi "İrşad”da başbilən, sözü keçən bir adam varsa, gəlsin bu vəziyyətlə bağlı açıqlama versin. Yalan dediyimi iddia edən varsa, mənim telefonum səs yazandır gəlsin sübut edim.”/sfera.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?