GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 100 MİLYONLUQ KREDİTİ MİLYON-MİLYON “ƏRİTMƏK”... – Əmək Nazirliyindəki tender korrupsiyasının yeni detalları

100 MİLYONLUQ KREDİTİ MİLYON-MİLYON “ƏRİTMƏK”... – Əmək Nazirliyindəki tender korrupsiyasının yeni detalları

Tarix: 30-11-2021, 14:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 333

Uzun çək-çevirdən, süründürməçilikdən sonra hansısa pensiyaçının, əlilin qanunla ona düşən haqqını bərpa edəndə bunu az qala gecə-gündüz və dəfələrlə reklam edən, camaata minnət qoyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nədənsə qurumdakı tender korrupsiyası ilə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə geniş yayılan faktlara və iddialara qarşı susqunluq göstərir, səsini çıxarmır.

Xatırladaq ki, nazir müavini Anar Kərimovun vaxtilə partnyoru və əsas simalarından biri olduğu, indi isə qaynının rəhbərlik etdiyi “EKVİTA” MMC adlı yerli şirkət nazirlikdən “məsləhət vermək” adı altında əvvəlcə 1 milyon manata yaxın, ardınca isə başqa şirkətlərlə konsorsium şəklində 9 milyon 265 min manatlıq tenderlər alıb. Mütəxəssislər belə tenderlərin korrupsiya yüklü olduğunu bildirirlər. Bununla bağlı konkret faktlar, rəqəmlər, sənədlər ortaya qoyulsa da, nazirlik bunları görməzdən gəlir. Eynilə prokurorluq orqanları kimi...

Gundemxeber.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, ƏƏSMN-dəki tender korrupsiyasına dair yeni məqamlar üzə çıxıb. İctimai fəallardan olan iqtisadçı Rəşad Əliyev (Rashad Aliyev) öz “feysbuk” səhifəsində bu mövzuyla bağlı yazıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit hesabına həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi"ndəki tenderlərlə bağlı qaranlıq məqamların ardı da var imiş. Bu ilin oktyabr ayında Dünya Bankının elə eyni 100 milyonluq kredit layihəsi çərçivəsində, eyni satınalma metodu ilə başqa bir tender də keçirilib – “Əmək Bazarının qiymətləndirilməsi və VTC strategiyasının hazırlanması”.

1 oktyabr 2021-ci ildə tenderin qalibi olan konsorsiumla 1 milyon 274 min ABŞ dolları məbləğində müqavilə imzalanıb. Tenderin qalibi olmuş konsorsiuma daxil olan “GLOBAL LEGAL” MMC adlı yerli şirkətin qanuni təmsilçisi Sevil Yəhyayeva adlı şəxsdir. Araşdıranda məlum olur ki, “Ekvita” şirkətinin hüquq menecerinin də adı Sevil Yəhyayevadır (skrinşotlar əlavədə). Hələ sən demə, 920.000 manatlıq "peşə standartlarının hazırlanması" tenderində də “Ekvita” MMC şirkəti tək yox, “Global Legal” MMC şirkəti ilə konsorsium şəklində qalib gəlibmiş (bu barədə rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində yayımlanmış bildirişin şəkli əlavədə). Bir az da araşdıranda məlum oldu ki, qalib konsorsiumun digər üzvü olan "IBF INTERNATIONAL CONSULTING" şirkətinin mütəxəssisi olan bir şəxs isə eyni zamanda “Ekvita” şirkətinin işçisidir (skrinşot əlavədə). Yəni belə görünür ki, oktyabrda keçirilmiş bu 1.3 milyon dollarlıq tenderin qalibi olmuş şirkətlər də, avqustdakı 9,2 milyonluq layihənin qalibi olan və nazir müavininə çox yaxın hesab edilən “Ekvita” şirkəti ilə bu və ya digər şəkildə əlaqəli şirkətlərdir.”

Göründüyü kimi, sonradan dövlətin hesabına qaytarılacaq xarici kreditlər nazirlik rəhbərliyi tərəfindən özlərinə yaxın şirkətlər vasitəsilə “məsləhət, “peşə standartlarının hazırlanması” və s. adlarla milyon-milyon silinməkdədir. Və yəqin ki, şəxsən nazirin bütün bunlardan xəbəri yoxdur. Olsa, aləmi dağıdardı. Sahil müəllim prinsipial adamdır axı...

Bu gedişlə nazirliyin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit yaxın müddətdə “əridiləcək”. Ola bilsin ki, Dünya Bankında Azərbaycanda onun kreditlərinin necə “kreativ” şəkildə həzmi-rabedən keçirildiyini bilmirlər. Hansı ki, əslində bank bu pulların təyinatı üzrə istifadəsilə maraqlanmalı və belə qaranlıq məqamlar üzə çıxarkən krediti dayandırmalıdır.

Nazirliyin sözçüsü isə “AzPolitika.info”-nun bu məsələ ilə bağlı sualını cavablandırmaqdan yayınıb. “Gənc”, “Avropa təhsilli”, “müasir menecerlik təfəkkürünə malik” və s. kadrlarla doldurulmuş nazirlik belə mövzularda susmağa üstünlük verir. Görünür, deyiləcək sözləri yoxdur, çünki “görünən dağa bələdçi lazım deyil”...


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...

    Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn ...

    23-11-2020, 11:01

  • 
  • Nazir müavininin DÖVLƏT HESABINA QAYIN SEVGİSİ... - İLGİNC FAKT

    Nazir müavininin DÖVLƏT HESABINA QAYIN SEVGİSİ... ...

    25-11-2021, 11:26

  • 
  • Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

    Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq ...

    10-02-2021, 10:43

  • 
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev tikintisi üçün müqavilə bağlayıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev ...

    5-08-2016, 00:23

  • 
  • Keçmiş məmurların tender imperiyası – Milyonlar necə GÖYƏ SOVRULUR?

    Keçmiş məmurların tender imperiyası – Milyonlar ...

    24-06-2021, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu