GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AKKORD”la subpodratçı şirkətlər arasında çəkişmə - Zakir Qaralov şirkətin rəhbərliyinə qayıdıb və...

“AKKORD”la subpodratçı şirkətlər arasında çəkişmə - Zakir Qaralov şirkətin rəhbərliyinə qayıdıb və...

Tarix: 1-12-2021, 14:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 415

Uzun müddət Azərbaycanda ən böyük tikinti layihələrinin icrasını həyata keçirərək, dövlət büdcəsindən milyardlarla manat pay alan, paytaxtda və iri şəhərlərdə çoxlu sayda yaşayış kompleksləri, qeyri-yaşayış binaları tikib sataraq külli miqdarda qazanc götürən, ancaq gördüyü işlərin bir çoxu keyfiyyətsiz çıxdığı üçün bazardakı mövqelərini itirən “Akkord” Şirkətlər Qrupu nüfuzunu yenidən özünə qaytarmaq uğrunda hərəkətə keçib.

Gundemxeber.az xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya daxil olan məlumatda bildirilir ki, Ağstafa-Qırmızı Körpü avtomobil yolunun çəkilişi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elan etdiyi tenderdə “Akkord” şirkəti “ən cəlbedici” təkliflə iştirak edib və tenderi qazanıb. Daha sonra isə yolun tikintisinin icrasına başlanılıb.

Ancaq şirkətin, işə başlayandan az sonra, öz öhdəliklərini pozduğu bildirilir. Belə ki, yol tikintisi tenderini qazanmaq üçün "Akkord" SHB, “Elit”, “United”, “Projekt Centr” kimi şirkətləri də subpodratçı kimə işə cəlb edib. Onlar da üzərlərinə düşən işi həyata keçirməyə başlayıblar. Ancaq bir müddətdən sonra subpodratçılara gördükləri işlərin müqabilində ödəniş dayandırılıb.


“Hazırda“Akkord” subpodratçı şirkətlərə pul ödəməkdən tamamilə imtina edir. Şirkətin rəhbərliyinə yeni gətirilən, vaxtilə vergi cinayətlərində adı hallanan Vüqar Süleymanov ən müxtəlif bəhanələrlə, bəzən isə təhdidlərlə bağladıqları müqavilələrin şərtlərinə əməl etmir”, - məlumatlı mənbə bildirir.

O da qeyd olunur ki, “Akkord” rəhbərliyi ilə ən ciddi qalmaqal Türkiyənin HDS şirkəti arasında yaranıb: ““Akkord” HDS şirkətindən tikinti materialları sifariş edib və Türkiyə şirkəti də ilkin materialları göndərib. Ancaq göndərilən malın dəyəri – 200 min avro ödənilmədiyindən, HDS materialların ardının göndərilməsini dayandırıb”.

Məlumata görə, "Akkord”un özündə də ciddi problemlər yaşanır. Belə ki, şirkət əməkdaşları 4 aydır əməkhaqqı ala bilmir.

Ancaq bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinin heç nədən çəkinmədiyi, hətta hər kəsə hədə-qorxu gəldiyi vurğulanır.

Qeyd edək ki, bir müddət öncə “Akkord”un eyni variantı Gürcüstanda da tətbiq etdiyi haqda məlumat yayılmışdı. Belə ki, Gürcüstanda bir sıra layihələr həyata keçirən şirkətin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olmuşdu.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, “Akkord” tenderdə iştirak və sənədlərin qaydaya salınması üçün M.Avalişvili və N.Natsvlişvili adlı şəxslərlə konsaltinq müqaviləsi imzalayıb.

“Bu şəxslər öz qrupları ilə lazımi işləri görüb, “Akkord” 145 milyon larilik iki tenderi qazanıb. Müqaviləyə uyğun olaraq, konsultantlara ödənilməli olan 1 milyon 450 min larinin (tenderdə udulan məbləğin 1%-i) verilməsindən imtina edilib. Əvəzində “Akkord” Bakının Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, guya öz əməkdaşı, Biznes İnkişaf Şöbəsinin müdiri Elmir Babayevin konsaltinqlərlə müqaviləyə imza atmaq hüququnun olmadığını bildirərək, onlarla müqaviləyə xitam verdirməyə nail olmuşdu” - məlumatda bildirilirdi.

Ancaq Tiflis Şəhər Məhkəməsinin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarını tanımamış və prosesi davam etdirmişdi.

İndi isə vəziyyət bir qədər fərqlidir. Bütün məhkəmə prosesləri Azərbaycanda keçirilir və burda “Akkord” rəhbərliyinin hansısa məhkəmədən qərar almaqda, onu “tanıtdırmaqda” problem yaşamayacağını düşünməyə əsas verir.

Qeyd edək ki, uzun illərdir "Akkord" şirkətinin sahibi kimi sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. Vəzifəsindən azad edildikdən sonra Qaralovun şəxsən şirkətin idarəetməsini həyata keçirməyə başladığı bildirilir.

İddia edilir ki, "Akkord"un rəhbərliyi məhz Zakir Qaralovun keçmiş statusu və hazırkı əlaqələrinı güvənərək, subpodratçıları məhkəməyə verəcəyi, müqavilələrinin ləğv ediləcəyi, hətta bu vaxta qədər ödənilən məbləği geri tələb edəcəyi ilə təhdid edib.

Yazıda qeyd olunanlarla bağlı "Akkord”Şirkətlər Qrupunun da mövqeyini işıqlandırmağa hazırıq.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

    Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi ...

    23-06-2020, 15:11

  • 
  • “AKKORD” şirkətinin inşa etdiyi yaşayış binasında yanğın olub

    “AKKORD” şirkətinin inşa etdiyi yaşayış binasında ...

    25-12-2016, 20:58

  • 
  • “Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası - İTTİHAM

    “Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası - ...

    21-05-2018, 12:03

  • 
  • Müdir xanım işçiyə əxlaqsızlıq təklif etdi- “Akkord”da rüsvayçılıq

    Müdir xanım işçiyə əxlaqsızlıq təklif etdi- ...

    3-11-2014, 23:49

  • 
  • “Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi - VIDEO

    “Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi ...

    12-01-2021, 13:17


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu