Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali təhsil ocağında özünə unikal biznes imkanları yaradıb. İlk təsəvvürdə onun tələbələrdən semestr imtahanlarında rüşvət yığması ağıla gəlirsə, yanlışdır, rektor tamamilə fərqli addımlar atıb. Biz onlardan yalnız birini açıqlayacağıq, sonrakı məlumatlarımızda isə digər biznes sahələri haqda xəbər verəcəyik.
Gundemxeber.Az TİA.Az-a istinadla bildirir ki, rektor V. Vəliyev universitetdə bərbərxana açıb. Bu xidmətin açılmasını belə izah edib ki, tələbələr və müəllimlər saçını kəsdirməyə, saqqalını təraş etdirməyə əziyyət çəkib uzağa getməsinlər. Ona görə də tələbələr və müəllimlər ATU – da yerləşən rektorun bərbərxanasına müraciət edə bilərlər. Nə qədər gülməli olsa da, V. Vəliyev biznesin inkişafını bunda görüb. Halbuki tələbələr və müəllim heyəti bir o qədər rektorun bərbərinə həvəs göstərmirlər, o da təbiidir, hər kəsin yaşadığı ərazidə saç ustası olur. Üstəlik, universitet təhsil almaq üçündür, təmizlənmək yox… Ancaq heç bir rektorun ağlına gəlməyən işi tutub Vəliyev. Kimisi rüşvət alır, kimisi obyekt tikdirir, o isə bərbərxana açdırıb. Məlumata görə, bu da son deyil, Vəliyev universitetdə təsəvvür edilməyən digər xidmət sahələri də qurub. Sadəcə, maraq üçün hələlik açıqlamırıq və yaxın günlərdə məlumat verəcəyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?