GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO

"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO

Tarix: 3-12-2021, 12:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 374


Tanıdığım savadlı, peşəkar bir həkim deyirdi: - "Sağalmayan xəstəlik yoxdur". Doktor bu ifadəni işlədərkən, yəqin ölkəmizdə çox məmurların, istər dövlət idarələrində çalışan, istərsə də özəl şirkətlərdə, müəssisələrdə çalışan səlahiyyətli şəxslərin yoluxduğu bir xəstəliyi unutdu.

"Rüşvətxorluq".

Əslində bunu həm də pis vərdiş də adlandırmaq olar.

Bəli, nə yazıq ki, sıravi vətəndaşların işinin düşdüyü çox səlahiyyət sahibləri bu pis vərdişin artıq aludəçisinə çevriliblər. Elə bu səbəbdən də nə ölkə başçısının xəbərdarlıqları, nə də həbslər onları bu vərdişlərindən çəkindirə bilmir.

Əlacı yalnız təmiz vicdan olan bu xəstəlik zatən vicdanlı insanlara yoluxmur da. Vicdanının bəlli qiyməti olan səlahiyyət sahibləri onların vicdanını nəğd satın alan vətəndaşlara qarşı son dərəcə "diqqətli və mülayim" olurlar. Hissə-hissə ödəniş etmək istəyən, yaxud "səxavət" uman vətəndaşlara qarşı isə olduqca sərt aqressiya nümayiş etdirirlər.

Nə yazıq ki, sözügedən "xəstəliyə yoluxmuş" nümayəndələr demək olar, ölkənin hər yerində fəaliyyət göstərən bütün idarələrdə var. Eləcə də Yardımlı rayonunda.

Onu da qeyd edək ki, əslində sözügedən "xəstəliyin daşıyıcıları" hamısı biri-biriylə əlaqəli, biri birindən asılı olur.

Məsələn, indi sizə bir vətəndaşın narazı olduğu məlumatı təqdim edəcəyik, sonunun hara gedib çıxdığını özünüz də görəcəksiniz.

"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO

Belə ki, Yardımlı rayon, Separadi kənd sakini Rövşən Dadaşov saytımıza müraciət edib.

Vətəndaş müraciətində bildirir: - "5 azyaşlı övladım var. Heç yerdən gəlirim yoxdur. Ailəmin dolanışığını təmin edə bilmirəm. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə sənədlər, arayışlar toplayıb təqdim etmişəm, imtina gəlib. Axırda məndən rüşvət istədilər ki, onun müqabilində ünvanlı sosial yardım düzəltməkdə kömək etsinlər. Mən də vermədim. Çünki, onsuz da imkanım yoxdur. Camaatın uşağı məktəbə "sapoçqi" ilə gedir, mənim uşaqlarım rezin qaloşla. Yoldaşları onlara gülür buna görə. Çox xahiş edirəm aidiyyəti qurumlardan. Komissiya göndərilsin, gəlib mənim şəraitimi, yaşayışımı görsünlər. Əgər mənə ünvanlı sosial yardım düşürsə, versinlər. Düşmürsə, niyə rüşvət istəyirlər, onu izah etsinlər.
Yardımlı rayonunda özbaşınalıq, rüşvətxorluq baş alıb gedir."



Qeyd: Yeri gəlmişkən Yardımlı rayon Təhsil şöbəsində, həmçinin Mərkəzi rayon Xəstəxanasında nələr baş verir, bu barədə növbəti yayımlarımızda məlumat verəcəyik.

Gördüyünüz kimi Yardımlı rayon, Separadi kənd sakini Rövşən Dadaşovun də hamı kimi, narazılığı Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Yardımlı rayon şöbəsindəndir. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən. Hansı ki, ölkə əhalisinin bəlkə də 99% -ni narazı salan, xalqa problem yaratmaqdan başqa bir işə yaramayan bu qurumun rəhbəri bütün bunlara baxmayaraq, hələ də "nazir" vəzifəsini icra etməkdə, daha doğrusu o adı daşımaqda davam edir.

Əslində, bizim "nazir tutduğu vəzifədən azad edilsin" - deyə bir tələbimiz yoxdur. Ancaq, əgər cənab Sahil Babayev (eləcə də digər məmurlar) bu vəzifəni qəbul edibsə, zəhmət çəkib o vəzifənin tələblərini də yerinə yetirməlidir.

Əslində, ölkənin demək olar ki, hər yerində Rövşən Dadaşov kimi acınacaqlı durumda olan ailələr var və təəssüflər olsun ki, çoxdur. Lakin, elə Rövşənin özünün də vurğuladığı kimi onlara ünvanlı sosial yardım, yaxud həqiqi əlilliyi olan şəxslərə pensiya verilməsi müqabilində, onlardan fantastik məbləğdə rüşvət tələb olunur. İmkanı olan o məbləği verib, işini düzəltdirir, Rövşən kimi imkansızlara isə, yalnız oturub onların haqqını yeyənləri və yedizdirənləri izləmək qalır.

Gundemxeber.az bildirir ki, "DogruXeberuz.az" informasiya agentliyinin redaksiyasına, eləcə də digər sosial medialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində kifayət qədər vətəndaş müraciətləri daxil olur. Hansı ki, onlar media vasitəsilə ölkə başçısına müraciət edirlər.

Bəlkə, ölkə başçısı onların səslərini belə eşidər, mövcud problemləri aradan qaldırar deyə, bir ümiddir media vasitələri. Bu da ölkə adına, aidiyyəti qurumlar adına utanclıqan və acı gülüşdən başqa heç bir şey qazandırmır.

Əksinə, şəxsi adlarına da, qurum adına da, ölkə adına da başıaşağılıq gətirir.

Xalq susduqca hüquqları daha da tapdanır, haqqları yeyilir, danışdıqda düşmən eşidir. Yəni, hər iki halda olan xalqa olur. Heç bir halda, heç bir reaksiya sözügedən səlahiyyətli şəxslərin qüruruna toxunmur.
Əsas odur cibləri doludur.

Allah hər dövrün şairi Mirzə Ələkbər Sabirə rəhmət eləsin.
Deyir: "Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!"

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!


GündəmXəbər.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Səhiyyə naziri gedib Almaniyada müalicə olunursa,...” – Klinikalardakı ölüm hallarına sərt reaksiya

    “Səhiyyə naziri gedib Almaniyada müalicə ...

    21-12-2017, 13:27

  • 
  • Çirkin piştaxtalar xəstəlik mənbəyidir

    Çirkin piştaxtalar xəstəlik mənbəyidir ...

    20-02-2015, 01:01

  • 
  • "Epilepsiya xəstələri daha ehtiraslı olur"

    "Epilepsiya xəstələri daha ehtiraslı ...

    30-10-2018, 16:52

  • 
  • Şəkiliyevin MƏQSƏDİ NƏDİR? - Başçı Şəhid ailələrinə QARŞI...

    Şəkiliyevin MƏQSƏDİ NƏDİR? - Başçı Şəhid ...

    10-07-2021, 12:44

  • 
  • Şəhid ailəsinin nifrətini qazanan Qax məmurları... - VİDEO

    Şəhid ailəsinin nifrətini qazanan Qax ...

    9-07-2021, 16:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu