"Eurovision 2011" qalibimiz Eldar Qasımov epilepsiya xəstələrinə dəstək olub.
Bu haqda ifaçının özü danışıb: "Növbəti layihə mənim üçün hər hansısa sıradan və hər zamankı halloweenlərdən deyil. Mənim üçün hər zaman uzaq və bir an içində doğmalaşan nəyəsə toxunmaq şansıdır. O şey ki, onu heç kim görmür, hiss etmir, eşitmir. Amma o hər zaman var və bizim yanımızdadır. Bir zamanlar, çox keçmişdə Hippokrat bunu müqəddəs xəstəlik adlandırıb. Mənim üçün bu xəstəliyi olan insanlar çox fərqlidirlər. Mülayim, qəddar, şad, qüssəli, pissimist, optimist, bütün bunlara baxmayaraq onlar çox özünəməxsusdurlar. Onların gündüzləri və axşamları çox fərqlidir. Yüksəlişləri və enişləri olur. Biz hər zaman onları hiss edirik və yanında oluruq. Nə yazıq ki, sonra qədər anlamırıq, heç bu lazım da deyil. Əsas onların yanında olmaqdır. Bu bütün insanlara lazım olan bir şeydir. Öyrəndim ki, mənim dostumda epilepsiya var. Ancaq bu heç bir şeyi dəyişmədi. Biz yenə həmişəki kimi kinoya gedirik, saatlarla telefonda danışırıq, bir-birimizin evinə qonaq gedirik, küsüb barışırıq, bir yerdə çalışırıq. Heç bir şey dəyişməyib, dəyişən yeganə şey gündəlik qəbul olunan dərmanlar və azadlıq hissinin itməsidir. Azadlıq yalnız sənin öz içində olan hissdir. Xəstəlik bu hissi səndən ala bilməz. Çünki xəstəlik sizə məxsusdur, siz xəstəliyə deyil. Əminəm ki, istənilən tutmalara qalib gəlmək olar. Əgər siz öz arzularınız üçün mübarizə aparıb, əldə olunan ən xırda uğuru dəyərləndirməyi bacarırsınızsa. Bilirsiniz əsas nədir? Əsas odur ki, bu cür xüsusi insanların yanında qalamaqdır. O insanlar istənilən dərmandan daha yaxşı təsir göstərir. İstəyirəm ki, cəmiyyətimizdə epilepsiya xəstəliyindən əziyyət çəkən insanlar tək olmadıqlarını bilsinlər. Onlar xəstəlikləri haqda heç nədən utanmadan danışa bilərlər. Çünki epilepsiya xəstəliyi ilə mübarizə inanılmaz güc və bacarıq tələb edir. Niyə? Çünki bu insanlar hər bir şeyi daha dərindən başa düşür, tez kövrəlirlər, böyük ümidlərlə gələcəyə baxırlar. Daha açıq sevirlər və bütün hissləri daha ehtiraslı yaşayırlar. Məhz budur onların inanılmaz gücü... Hansı ki bizdə yoxdur"...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?