GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Havar Məmmədovun batırdığı TƏHSİL OCAĞI... - Və ya rüşvət ənənəsinin ağrılı transferi

Havar Məmmədovun batırdığı TƏHSİL OCAĞI... - Və ya rüşvət ənənəsinin ağrılı transferi

Tarix: 7-12-2021, 12:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 571


Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş Havar Məmmədovun Bakı Mühəndislik Universitetinə ( keçmiş Qafqaz Universiteti ) rektor təyin olunması təhsil tariximizə ironiyadır.


Niyə ?

Ondan başlayaq ki, Fətullah Gülən, FETO məsələsini bir kənara qoysaq ( bu siyasi məsələdir ), Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində ən səviyyəli, ən nümunəvi təhsil ocağı idi.
( Kimin şübhəsi varsa, buyurub Qafqaz Universiteti ilə bağlı dövlət rəhbərlərimizin, nazirlərimizin dediyi fikirlərin videosuna baxa bilərlər).
Əslində Qafqaz universitetinin rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin şübhəsi də yoxdur.
Bəli, biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi.
Əlbəttə, qardaş Türkiyənin istəyinə də anlayışla yanaşmalı idik. Bunlar hamısı normal. Amma...
Əmması odur ki, 1 manat rüşvətin olmadığı universitetə 16 il Texniki Universiteti rüşvət yuvasına, sözün həqiqi mənasında bazara çevirən Havar Məmmədovu rektor qoymaq...çox dəhşətli məsələdir. Bu elə bil “bazarkom”u mənəvi-təlim-tərbiyə ocağına rəhbər qoymaqdır.
Axı, əslində əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq olmazdı.
Bəli, Qafqaz Universiteti ləğv olunanda bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu ( bu daha məqsədə uyğun idi ), sonra necə oldusa, ayrıca universitetə çevrildi – Bakı Mühəndislik Universiteti oldu, rektoru da Havar oldu.
Nə isə...4 ildir ki, Havar Məmmədov BMU-ya rəhbərlik edir.
Biz əbəs yerə yazmadıq ki, Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi.
Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmadı?
Gundemxeber.Az gundelik-baku.com-a istinadla bildirir ki, 16 il il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrildi.
Təsəvvür edirsiniz rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ?
Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu hansı pulla almısan ?
Bəs 4 milyonluq villanı necə?
Əlbəttə, universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə villa tikdirdin.
Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını soruşaq ?
Bax, istintaq Havar Məmmədovdan bunları soruşmalıdır .
Biz hələ “kafi”, “yaxşı”, “əla” qiymətləri neçəyə yazması, it boğuşdurmaqdan qazandığı pullar barədə yazmırıq, çünki bunlar “xırda summa”lardır.
Yuxarıda qeyd etdiyimiz suallara aydınlıq gələndən sonra hamıya bəlli olacaq ki, Havar kimi birisini Qafqaza rektor qoymaq həqiqətən də ironiyadır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qafqaz Universitetinə yeni rektor təyin olunub

    Qafqaz Universitetinə yeni rektor təyin olunub ...

    2-09-2016, 12:09

  • 
  • “Qafqaz” Universiteti haqda son qərar verildi — Fəaliyyətini davam etdirəcək

    “Qafqaz” Universiteti haqda son qərar verildi — ...

    20-07-2016, 18:05

  • 
  • Qafqaz Universitetinin sabiq dekanı axtarışa verildi

    Qafqaz Universitetinin sabiq dekanı axtarışa ...

    4-08-2016, 17:51

  • 
  • "Qafqaz"ın tələbələri gülənə "amin" deməkdən şikayətlənir - Məktub

    "Qafqaz"ın tələbələri gülənə ...

    27-12-2013, 10:47

  • 
  • Ölkənin ən pullu  məktəbləri bunlardır

    Ölkənin ən pullu məktəbləri bunlardır ...

    26-11-2013, 22:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu