GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şahdağ Milli parkının direktoru Nizaməddin Tağıyev meşələri vəhşicəsinə məhv edir... - Direktor parkın ərazisini məmurların istirahət mərkəzlərinə satır...

Şahdağ Milli parkının direktoru Nizaməddin Tağıyev meşələri vəhşicəsinə məhv edir... - Direktor parkın ərazisini məmurların istirahət mərkəzlərinə satır...

Tarix: 9-12-2021, 11:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 590


Nizaməddin  Tağıyev  heç nazir Muxtar Babayevi də saya  salmır...

Şahdağ Milli Parkı, yoxsa fermerlərin örüş yeri ? 


Yaşılıqların və meşə zolaqlarının qırılması, talan edilməsi, ümumiyyətlə, “yaşıl terror”la bağlı  ölkə mediası neçə illərdir ki, yazmaqda, həyəcan siqnalı çalmaqda davam edir. Amma “yaşıl terror” davam edir.
Bütün cəmiyyət düşünürdü ki, Ekologiya va Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov  vəzifəsindən gedərsə, bəlkə  vəziyyətdə dönüş yarana  bilər.
Amma…
Əmması odur ki, Hüseynqulu Bağırov nazir  postundan getdi və onu  Muxtar Babayev əvəz etsə də vəziyyət dəyişmədi. Əksinə  meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə, indi proses aşkar şəraitdə həyata keçirilir.
“Yaşıl terror”a  məruz qalan  parklarlımızdan  biri də Şahdağ Milli Parkıdır.
Təsəvvür edirsiniz, Cənubi Qafqazın ən böyük parklarından biri olan Şahdağ Milli Parkı  2006-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılıb.
Bəlkə də çoxlarına adi park kimi gələ bilər, amma bu parkın ərazisi  130 hektardır. Və ən əsası parkın ərazisinə Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı rayonları ərazisindəki meşə sahələri aiddir. Hətta Pirqulu Dövlət  Təbiət Qoruğu da…
Təsəvvür edirsiniz, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus  Pirqulu  Astrofizika Rəsədxanası da bu ərazidədir.
İri məmurların  bu Astrofizika  Rəsədxanasının  başına açdığı oyunlardan bəhs edəcəyik.
Öncə onu qeyd edək ki, Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda  nəsli kəsilməkdə olan növlərin, dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi olub. Həm də bu parkın ərazisində elmi-tədqiqat işlərinin  aparılması  nəzərdə tutulmuşdu.
Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alapaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.
Gundemxeber.Az gundelik-baku.com-a istinadla bildirir ki, hətta  Qafqazda sonuncu zubr (meşə kəli) 1927-ci ildə bu ərazidə  ovlanıb. İndi orada  zubr balaları var.
Parkı yaratmaqda məqsəd həm də ölkədə turizm  sektorunu inkişaf etdirmək idi. Axı, Prezident hər dəfə deyir ki, qeyri-neft sektoru…
Bu gün dünyada elə ölkələr var ki, dövlət büdcəsinin 30 faizi  turizmdən gəlir.
Bizim məmurlar isə Perzidentin  yaratdığı  Milli Parkı məhv edirlər.
Şahdağ Milli Parkı yaradılanda  bütün nəzarət  Ekologiya Nazirliyinə  həvalə edilmişdi. Amma ekonazirliyin gəlib-gedən rəhbərləri  bu parkın hesabına  milyonlar qazandılar, itirən isə Azərbaycan təbiəti oldu.
Çünki  Şahdağ Milli Parkının ərazisinin bir qismi  iri məmurlar tərəfindən zəbt olundu, həmin ərazidə villalar, istirahət mərkəzləri və iaşə obyektləri  tikildi.
Təsəvvür edirsiniz, İsmayıllıda Şahdağ Milli Parkının bir hissəsi olan  meşələr  ayrı-ayrı məmurlara  satılıb.
Hətta parkın ərazisində fermer təsərrüfatları var.
Allah qoymasa, bunun harası  Milli Park oldu ?
Hələ Şahdağ Milli Parkında ov edənlərdən, quş quşlayandan, kəl  ovlayanlardan bəhs etmirik.
Əə, bəs deyrisiniz, vəhşi ermənilər təbiətimizi məhv edir ?
Bəs siz məmurların məhv etdiklərini kim(lər)in ayağına yazaq ?
Yalandan ov edənləri  2-3 min manat cərimə edirsiniz və məsələ bitir. O məmur üçün 2-3 min manat  heç bir abbası, 20 qəpik də deyil...
Təsəvvür edirsiniz, Şahdağ Milli Parkına aid olan ərazidə  Pirqulu Astrofizika Rəsədxanası var, bu nadir elm  mərkəzidir.
Ancaq  SOCAR-ın bəzi məmurları, sabiq baş nazirin müavini Abid Şərifovun yaxınları həmin ərazidə binalar, otellər tikirlər.
Və ən dəhşətlisi odur ki, bu qanunsuz  tikililər  Rəsədxananın  teleskopunun qabağını kəsir...
Vallah, bunu əcnəbilər gəlib görə, üzümüzə...nə deyərlər..?
Bütün bunlar hamısı Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyevin gözünün qarşısında  baş verir.
Nizaməddin Tağıyev Şahdağ Milli Parkının ərazisində hər ovçudan, hər ağac kəsəndən, hər otel  tikəndən pulunu almasa, buna icazə verməz.
Bu adam parkın ərazisini  fermerlər üçün örüş yerinə çevirib.
Bakıda əyləşən iri məmurların əli həmişə Nizaməddin Tağıyevin cibində olur. Və əvəzində parkın ərazisində istirahət mərkəzləri inşa edilir.
Sözün qısası, Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyev  parkı dağıdır, satır, vəhşicəsinə məhv edir.
Hətta daxil olan məlumata görə, Nizaməddin Tağıyev nazir Muxtar Babayevi də  saymır, onun tapşırıqlarına barmaqarası baxır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahdağ Milli Parkında güclü yanğın

    Şahdağ Milli Parkında güclü yanğın ...

    17-08-2015, 14:11

  • 
  • İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?

    İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- ...

    14-04-2021, 13:48

  • 
  • Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib

    Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq ...

    1-07-2020, 15:37

  • 
  • “Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ GÖZ YUMULUR?

    “Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ ...

    28-02-2019, 15:37

  • 
  • “Ermənilər çaylara zəhərli maddələr axıdır” - Nazir

    “Ermənilər çaylara zəhərli maddələr axıdır” - ...

    29-04-2016, 01:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu