GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “MERO”lar vətəndaşların cibinə necə girir? – ŞOK TƏFƏRRÜATLAR (VİDEO)

“MERO”lar vətəndaşların cibinə necə girir? – ŞOK TƏFƏRRÜATLAR (VİDEO)

Tarix: 14-12-2021, 13:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 534


Azərbaycanda həyata keçirilən instusional islahatlar cəmiyyətdə böyük gözləntilər yaradıb. Təsadüfi deyil ki, 2018-ci ilin prezident seçkilərindən sonra hakimiyyətin bütün qollarını – qanunverici, icraedici, məhkəmə və digər sahələri əhatə edən kompleks islahatlar nəticəsində dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 

Lakin nədənsə uzun illərdir fəaliyyəti kəskin tənqid olunan, bürokratiyanın hökm sürdüyü Dövlət Yol Polisi (DYP) sistemi bu dəyişikliklərdən qorunmağı bacarıb.  Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanması missiyasını daşıyan DYP sistemi nəinki yeni dövrün çağırışları ilə ayaqlaşa bilir, əksinə, uzun illərdir bu sistemdə hökm sürən korrupsiya şəbəkəsi və mexanizmi bu gün də tam gücü ilə işləyir. 

Qeydiyyat-imtahan və texniki baxış şöbələrində baş verən özbaşınalıqlar isə vətəndaşları kütləvi şəkildə narazı salmaqla yanaşı, onların dövlətin idarəçilik sisteminə olan inamını da ciddi şəkildə sarsıdır. Ən qəribəsi də odur ki, ölkəboyu fəaliyyət göstərən bu şöbələr sanki and içibmişlər kimi, hamısı eyni eyni qaydada fəaliyyət göstərir. Bu qaydalar isə peşəkar sürücüləri yetişdirmək, onları müəyyənləşdirmək, avtomobillərin texniki vəziyyətinə obyektiv baxış keçirmək yox, daha çox gəlir əldə etmək uğrundadır. Bu isə bütün hərəkət iştirakçılarını, istər sürücüləri və sərnişinləri, istərsə də piyadaları təhlükə altına atır.

Gundemxeber.az bildirir ki, Asiya TV el arasında “MERO” adı ilə məşhurlaşan Qeydiyyat-imtahan və texniki baxış şöbələrində baş verən özbaşınalıqlarla bağlı silsilə araşdırmalara başlayır. Ona görə silsilə araşdırmalar ki, bu sahədə mövcud olan özbaşınalıqları və neqativ halları obyektiv işıqlandırmaq üçün zatən yeganə yol budur. 

Bu qəbildən ilk araşdırmamız texniki baxış zamanı sürücülərin başına gətirilən süründürmələr, kütləvi rüşvətxorluq faktları barədədir.

 

 Texniki baxış nədir? 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq nəqliyyat vasitələri istehsal edildiyi dövrdən 4 (dörd) il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları dövrdən 10 (on) il keçdikdə isə ildə bir dəfə texniki baxışdan keçməlidirlər. Nəqliyyat vasitələri texniki baxışdan qeydiyatda olduqları ərazi üzrə rayonlararası Qeydiyyat-imtahan və texniki baxış şöbələrində keçməlidirlər. 

Texniki baxış zamanı nəqliyyat vasitələrində yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması, dəm qazı, şinlərin protektoru, işıqların vəziyyəti, təhlükəsizlik kəməri, əyləc sistemi və s. yoxlanılıb, tərtib edilən müayinə aktında qeyd edilir.

 

Son illər avtomobil qəzaları niyə artıb?

Statistikaya nəzər salsaq görərik ki, ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzaları çoxalıb. Qəzaların artma statistikası ilk növbədə nəqliyyat vasitələrinin çoxalması, tıxaclar üzündən yaranan yol gərginlik göstərilir. Sürücülük vəsiqəsinin verilməsi zamanı meydana çıxan qanunsuzluqlar, sürücülük kurslarının gözardı edilməsi də qəzaları doğuran əsas səbəblərdəndir. Sürücülük vəsiqəsinin daha çox rüşvətlə verilməsinə dair iddialar isə çoxdur.

Digər səbəb nəqliyyat vasitələrinin texniki baxışı zamanı yol verilən qanunsuz hərəkətlərdir. Son bir il ərzində qəza törədən nəqliyyat vasitələrinə nəzər salsaq, onların əksəriyyətinin istismara yararsız olması faktına şahidlik edərik. 

 

Azərbaycanda texniki baxışı necə həyata keçirilir?

Pandemiyadan öncə nəqliyyat vasitələrinin texniki baxışı müxtəlif sığorta şirkətlərinin işçiləri tərəfindən həyata keçirilirdi. Sürücülər avtomobillərini sığorta etdirərkən sığorta şirkətinin əməkdaşı onlara rayonlararası Qeydiyyat-imtahan və texniki baxış şöbələrinə getmədən nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi təklif edirdilər.

Belə sığorta işçiləri qeyri rəsmi olaraq “MERO”larla əməldaşlıq edir, sürücülərə “əziyyət” vermədən yerindəcə avtomobilləri texniki baxışdan keçirirdilər. Bütün növ nəqliyyat vasitələri üçün texniki baxışın dövlət rusumu 30 AZN olduğu halda bu işbazlar “MERO”ların təyin etdiyi qiymətə əsasən minik avtomobilləri üçün fiziki şəxslərdən 70-140, yük avtomobilləri üçün 90-200 AZN qanunsuz rüsüm alırlar. Hüquqi şəxslər üçün texniki baxış isə daha yüksək məbləğə başa gəlir. Belə ki, qiymətlər minik avtomobilləri üçün 100-150, yük avtomobilləri üçün 160-200 AZN civarında dəyişir.

Moto və yük avtomobilinin qoşqusunun dövlət rüsumu 10 manat olduğu halda onlar da texniki baxışdan 70 manata keçirilir.

 

Virtual dünyaya səyahət: “WhatsApp”la texniki baxış…

Sərt karantin dövründə “MERO”lar sürücülərin hərəkət məhdudiyətini nəzərə alaraq bu işi biraz da “asanlaşdırdı”. Belə ki, onlar nəqliyyat vasitələrinin texnki baxışını dəllalları vasitəsi ilə “WhatsApp”-la həyata keçirməyə üstünlük verdilər.

Sürücülər heç yerə getmədən şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin texniki pasportunu və mobil nömrəsini sığorta dəllalları vasitəsi ilə “MERO”ya göndərir, bir neçə saat ərzində qarajda olan avtomobillərini “texniki baxışdan keçirdilər.

Həmin ərəfədə müştərilərin çox olmasına görən “MERO”lar şənbə günləri qısa iş gün olmasına baxmayaraq, saat 20:00-a, bəzən isə bazar günləri də işləyirdilər. Hansı ki, daxili təlimata görə, adıçəkilən şöbənin əməkdaşları həftənin ara günləri tam, şənbə günü isə yarım gün işləməlidir. Bazar günü isə ümumiyyətlə iş günü deyil.

Hətta iş o yerə gəlib çatdı ki, bəzi “MERO”larda onlara müraciət edən sürücülərin şəxsiyyət vəsiqələri qarışıq salınır və bir sürücünün şəxsiyyət vəsiqəsi ilə bir neçə sürücü üçün rüsum ödənişi edilirdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə belə “əməliyyat” üstündə cəzalanan, işdən kənarlaşdırılan “MERO” əməkdaşlarının sayı da az olmayıb.

Xərac toplama fəaliyyətini intensivləşdirmək, təhlükəsizliyi təmin etmək məqsədi ilə “MERO” rəisləri rüsum ödənişlərini bank kartları vasitəsi ilə həyata keçirməyə başladılar.  Belə ki, hər gün iş saatının sonunda “MERO” əməkdaşları gördükləri “iş”in pulunu dəllallar vasitəsi ilə yaxın qohumlarının adlarına açılan bank hesabına yüklədirlər. “MERO”ların digər qanunsuz hərəkəti isə öz ərazi dairələrində qeydiyyatda olmayan nəqliyyat vasitələrinin də texniki baxışdan keçirmələridir.

Rüşvət vermədən texniki müayinə mümkündürmü?

Bəs görəsən sürücülər özləri şəxsən avtomobili ilə rayonlararası Qeydiyyat-imtahan və texniki baxış şöbələrində texniki baxışdan keçmələri mümkündürmü? Əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, bu hal faktiki olaraq mümkün deyil. 

“MERO” əməkdaşları texniki müayinə zamanı avtomobillərdən mütləq bir “nöqsan” tapacaq və yekunda sürücüləri qanunsuz ödəniş etməyə məcbur edəcəklər. Lakin bu zaman biraz insaflı davranılır və “daxili qaydalara” görə,   60 AZN miqdarında rüşvət tələb edilir.

Bir çox “MERO”ların müayinə boksları və texniki avadanlıqları yalnız kiçik ölçülü nəqliyyat vasitələri üçün nəzərdə tutulduğu halda burada böyük həcmli yük  avtomobilləri sayılan TIR-lar da “müayinə edilir”. Əslində isə adıçəkilən nəqliyat vasitəsi həcminə görə həmin bokusa girib texniki baxışdan keçməsi qeyri mümkündür. Həmin nəqliyat vasitələrinin boksa girmədən müayinəsi isə mümkünsüzdür.

Növbəti yazımızda “WhatsApp”-la texniki baxışdan keçən avtomobilləri təqdim edəcəyik. 

Qarşı tərəf olaraq Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin də açıqlamasını dərc etməyə hazırıq.


GundemXeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yol polisindən sürücülərə texniki baxışla bağlı VACİB AÇIQLAMA

    Yol polisindən sürücülərə texniki baxışla bağlı ...

    18-05-2020, 13:10

  • 
  • Yol qəzalarının qarşısını almaq üçüb dövlət proqramı hazırlanacaq

    Yol qəzalarının qarşısını almaq üçüb dövlət ...

    19-11-2013, 13:21

  • 
  • BDYPİ mətbuatda yayılanları təkzib edir...

    BDYPİ mətbuatda yayılanları təkzib edir... ...

    15-06-2021, 11:36

  • 
  • DYP sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirdi

    DYP sosial şəbəkələrdə yayılan məlumatlara ...

    22-04-2021, 10:52

  • 
  • Yevlax “MERO”su özünü təmizə çıxarmaq istəyir, amma... – VİDEO/FAKT

    Yevlax “MERO”su özünü təmizə çıxarmaq istəyir, ...

    26-08-2021, 11:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
cassino brasil online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu